Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il sonun başlanğıcı
30 il əvvəl, Sovet regiminin tarixində ilk dəfə müxtariyyət Sovet İttifaqının tərkibindən çıxdığını bəyan etdi. Yalnız bir il yarımdan sonra, 1991-ci ilin sentyabrınıda Baltık yanı ölkələr müstəqilliyə qovuşa bildilər, həmin ilin sonunda isə Sovet İttifaqının özü dağıldı.
Yenixeber.org: 1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamankı Sovet İmperiyası rəhbərliyinin buna şərait yaratması, Azərbaycana qarşı siyasi və iqtisadi təyziqlərin artması, xalqımızın azadlıq və müstəqillik arzularının boğulması cəhdləri getdikcə güclənməkdəydi. Bakı şəhərində qanlı yanvar hadisəsi kimi yaddaşımızada qalmış qırğınları törətməyə hazırlaşan imperiya ordusu və represiv aparatı ölkəmizin digər hissələrində, o cümlədən Naxçıvanda da bu siyasətini davam etdirmək niyyətindəydi. 1990-cı ilin yanvar ayından başlayaraq erməni silahlı birləşmələri Naxçıvanın ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlar təşkil edərdi. Belə bir şəraitdə Naxçıvan rəhbərliyi İttifaq rəhbərliyindən konstitusiyada olan öhdəliklərinə əməl edərək muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsini tələb edirdi. Keçmiş SSRİ rəhbərliyi nəinki bunu etmir, əksinə bir çox hallarda Naxçıvana hücumlar zamanı erməni (o zamanlar qeyri-qanuni fəaliyyət göstərən) hərbi dəstələrinə kömək edir, bir sıra hallarda isə bilavasitə bu hücumlarda iştirak edirdi. Yanvar ayında 15-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki anklavı işğal olunmuşdur. Bütün bunların son məqsədi Naxçıvan muxtariyyətinin əhalisi arasında ümidsizlik vəziyyəti yaradaraq bölgənin yerli əhalisinin tərəfindən buranı boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Yanvar ayından düşmənin Sədərək istiqamətində hücumu baş verdi, toqquşmalar getdikcə intensivləşdi. Türkiyə ilə dar bir zolaqda sərhəddi yerləşən bu strateji məntəqənin ermənilər tərəfindən nəzarətə götürülməsi Naxçıvan eksklavındakı azərbaycan əhalisinin vəziyyətini ağırlaşdıra, bölgədə Azərbaycanın varlığına son qoya bilərdi.
Mövcud kritik vəziyyətin yaraması səbəbindən Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox əhali muxtar respublika Ali Sovetinin fövqəladə sessiyasının çağırılmasını tələb edirdi. Naxçıvan MSSR-ın Ali Sovetinin (o zamankı parlament) fövqəladə sessiyasında 19 yanvar 1990-cı il axşam saatlarında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul etdi. Parlamentin bu qərarı ilə Naxçıvan müstəqil respublika elan olunmuşdur. İmperiyanın periferiyasında yerləşən və kiçik bir bölgənin SSRİ-nın tərkibindən ayrılması barədə qərarı SSRİ rəhbərliyində şok effekti yaratdı, bir neçə gün isə bu xəbər dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Əslində Naxçıvandan gələn bu xəbər Sovet İmperiyası üçün bir əcəl zəngi idi. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-ci ildə ləğv etsə də, siyasi baxımdan bu cəsarətli addım olduqca əhəmiyyətli idi. Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması barədə qərər kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu. Bu bir tərəfdən SSRİ-i rəhbərliyini Bakıdakı qanlı 20 yanvar hadisələrinin Naxçıvanda da təkrarlamaq niyyətindən çəkindirdi, bura Sovet Qoşun hissələri yeridilmədi, digər tərəfdən isə erməni hərbi ekspansiyasi barədə dünya ictimaiyyətinin məlumatlandırmaq baxımından əhəmiyyətli oldu. Naxçıvan parlamentinin cəsarətli addımı həmçinin o zaman Azərbaycanda rəhbərlikdə olan və imperiya mərkəzinin antimilli siyasətinə qarşı çıxış etməkdə özündə cəsarət tapa bilməyən şəxslərə də bir mesaj oldu. Naxçıvan muxtariyyətində Sovet rejiminin represiv aparatının bərqərar olmasının qarşısının alınması isə sonrakı dövrdə muxtar respublikanın müdafiəsinin təşkili, milli dövlətçiliyin inkişafı üçün zəmin yaradaraq, bölgəni Azərbaycanın müstəqilliyi, demokratikləşməsi proseslərinin ön cərgəsinə gətirdi. Ümummili lider Heydər Əliyev Naxçıvan MSSR Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarını nəzərdə tutaraq qeyd edirdi: “Naxçıvanılıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi….Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduğunu sübut etdi, nümayiş etdirdi”.