Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qara Yanvar Britaniyada yad edildi- Foto

 

 

Böyük Britaniya parlamentində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

 

Yenixeber.org: Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, parlament üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Blekmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, habelə 40-dək xarici diplomat, Azərbaycan diasporunun fəalları və ölkəmizin yaxın dostları iştirak ediblər.

Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə əməkdaşlığı şəraitində baş tutub.

Anım mərasimində vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycanın yaxın tarixində baş vermiş ən qanlı hadisələrdən biridir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet hərbi kontingentinin Bakıdakı dinc nümayişçilərə qarşı amansız davranışı tarixə qanlı hərflərlə yazılıb. Onlar Sovet İttifaqı Kommunist Partiyasının sonuncu baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazovun birbaşa əmri ilə hərəkət ediblər. 20 Yanvar qətliamı Azərbaycanın 1991-ci ilin 18 oktyabr tarixində əldə etdiyi dövlət müstəqilliyinə aparan yolun başlanğıcı olub.

1995-ci ildə M. Qorbaçov “Bakıda fövqəladə vəziyyətin elan edilməsi mənim siyasi karyeramda ən böyük səhv idi” deməklə, tarixi səhvini etiraf etmiş olub. 2015-ci ildə ona Qanlı Yanvarla bağlı sual verildikdə, o, “1990-cı ilin yanvar ayında baş vermiş hadisələr haqqında hər hansı bir şərh vermək istəmirəm. Ona görə ki, bir çox xatirələr, təhlil və dərin düşüncələr olmadan o gecə haqqında danışmaq çətindir” deməklə, günahkar olduğunu bir daha təsdiqləyib.

Tədbirdə çıxış edən B. Blekman bunları deyib: “Sovet dövründə Azərbaycan tamam fərqli bir ölkə idi. Aydındır ki, o dövrdə təzyiq altında olan insanlar azadlıq arzusu ilə yaşayırdı və Sovet İttifaqı dağılma nöqtəsində idi. Mixail Qorbaçovun Bakıdakı sülh nümayişlərinin qarşısını almaq məqsədi ilə hərbi qüvvədən istifadə etməsi faktı Azərbaycan xalqının müstəqillik uğrunda təbii istəyini boğmaq cəhdi idi”.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə isə qeyd edib ki, 20 Yanvar qırğını ölmək üzrə olan Sovet rejiminin sonu idi: “Əslində, biz, bu qanlı olaydan sonra Kommunist Partiyasının sıralarını tərk edənlərin sayının durmadan artmasının şahidi olduq və bunun nəticəsində antisovet ovqatı bütün Azərbaycanı bürüdü. Rejim təzyiq altında idi. Lakin qərbdə ümidlər var idi ki, Qorbaçov ölkəni dəyişə və kommunizmə "insan siması" gətirə bilər. Fikrimcə, Sovet İttifaqında bu, mümkün deyildi. Bakıda baş vermiş silahlı təzyiq bunun mümkünlüyünə dair qərbin illüziyalarını dağıtdı və həmin məqamda onlar anladı ki, Sovet rejimi islahatlardan uzaq idi. Bakıda baş verən hadisələr ümumilikdə Sovet İttifaqının dağılması üçün böyük katalizator oldu. Şəhidlər Xiyabanında dəfn edilən Qara Yanvar qurbanları arasında çoxmillətli Azərbaycan cəmiyyətinin tərkib hissəsi olan gürcülər, ruslar və yəhudilər də var. Biz beynəlxalq arenada özünəməxsus yer tutmağa qarşısına məqsəd qoyan çoxmillətli, mütərəqqi ölkə olmuşuq və olmaqdayıq. Biz, 1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində şəhid olmuş bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik”.

Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam