Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İRANIN VARİS ŞAHZADƏSİ” NİYƏ ÖLKƏDƏ GÜCƏ ÇEVRİLƏ BİLMİR? –ABŞ-ın İranda rejimi dəyişmək cəhdləri alınmır - TƏHLİL

Mehdi Xələci

“The Washington Post”, 23.05.2019

 

ABŞ və İran arasında qarşıdurma gərginliyi və ABŞ-İran müharibəsi perspektivi prezident Trampın həm özü, həm ABŞ Konqresi, həm də ABŞ müttəfiqlərinin şübhəsi ilə qarşılanıb. Birləşmiş Ştatlar öz işçilərini, müttəfiqlərini və maraqlarını iddia olunan İranın təhdidindən qorumaq və əlbəttə, uzun müddətli strategiyada – evdə və xaricdə bu, getdikcə daha çox populyar mövzu olaraq qalacaq – vətəndaş cəmiyyətini gücləndirmək yollarını tapmaq üçün İran daxilində real siyasi dəyişiklik yaratmaq istəyindədir.

Yenixeber.org: Tramp administrasiyasının yüksək səviyyəli üzvləri və illərlə İran rejiminə qarşı olanlar ölkədən kənarda olan müxalif qrupları məzlum İran xalqı üçün xilaskar kimi görürlər. Təəssüf ki, bu qruplar gələcək üçün az ümid təklif edirlər: onlar intellektual möhkəmlikdən məhrumdur, dərin siyasi bölünmələrdən əziyyət çəkir və yerlərdə təşkilatlanma bacarıqlarını itiriblər.

“Mücahidin-e Xəlq” (MEK) və qürbətdəki İran monarxistləri kimi qruplar Tramp administrasiyasının “maksimum təzyiq” kampaniyasını qidalandırırlar. Onlar hakim rejimin devrilməsi, İranın regional hegemoniyasına son verilməsi və İranın liberal dünyaya çevrilməsi, regionda ABŞ və onun müttəfiqləri ilə dostlaşmaya dair birgünlük ssenarilərdə əsas oyunçuları kimi nəzərdən keçirilirlər.

ABŞ rəsmiləri öz baxışlarını təsdiqləməyə can atırlar. Milli təhlükəsizlik məsləhətçisi Con Bolton və prezidentin şəxsi vəkili Rudolf Culiani MEK-in tərəfdarlarıdır və onun mitinqlərində çıxış edirlər. Bolton 2017-ci ildə Parisdə təşkil edilən MEK toplantısında deyib: “Ayətullahların hakimiyyətinə qarşı müxalifət var və həmin müxalifət bu gün bu zalda toplaşıb. Rejimin davranışları və hədəfləri dəyişməyəcək və buna görə də, yeganə həll – rejimi dəyişdirməkdir”.

Məhəmməd Rza şah Pəhləvinin “qədim rejimi” üçün xiffət yalnız bütün dünyaya yayılmış “İran diasporu” deyil, həm də İran daxilində canlandırılır. Sosial şəbəkələrin birində “Bərgərd, şah!” (Geri dön, şah!”) haştaqı peyda olub. Onun ritmi İslam inqilabının ən məşhur şüarına – “Mərg bər şah!”-a (“Şaha ölüm!”) oxşayır.

Bu mühitdə şahın 58 yaşlı oğlu Rza Pəhləvi sürgündəki İran müxalifətinin ən görkəmli rəmzlərindən biri kimi ortaya çıxıb. İslam İnqilabı ailə monarxiyasını devirərkən, ölkəni tərk edən şahzadənin cəmi 18 yaşı vardı və indi özünü “İranın varis şahzadəsi” adlandırır. Pəhləvi 1979-cu il inqilabında iranlıların itirdiyi şeylərdəndir.

Lakin “milli şəxs” kimi tanınma səylərinə baxmayaraq, taxtın varisi nəinki ölkəyə rəhbərlik etmək, heç müxalifəti səfərbər etmək üçün lazım olan hər hansı bacarığı sərgiləməyib. O, İslam Respublikasının iflasından sonra milləti istiqamətləndirəcək inandırıcı bir ideologiyanı ifadə etməyib.

Bu günə qədər, mülki siyasi elitalar və ziyalılar da daxil olmaqla, digər müxalif qrupları vahid çətir altında gətirmək cəhdləri uğursuz olub. Varisin keçmişi uğurlu təşkilati təşəbbüslərdən məhrumdur və insanları yerlərdə səfərbər etmək qabiliyyətini nümayiş etdirmir.

MEK və Pəhləvi ABŞ-ın mövcud siyasətindəki eyni məqsədə xidmət edir: administrasiyanın kampaniyasına İran dəstəyi hissi aşılayır. Məsələ bundadır ki, iranlıları razı salmaq üçün maksimum təzyiq yalnız rejimə deyil, xalqa təsir etmək deməkdir.

İran rejiminin zəiflikləri var: legitimlik böhranı, tərəfdarların yoxluğu və artan iqtisadi çətinliklər. Amma İranda vətəndaş cəmiyyəti və sürgündəki müxalifət zəif olduğundan o, sağ qalacaq.

ABŞ və ya başqa bir xarici hökumət müxalifətin təsirli dərəcədə hökuməti devirməsinə birbaşa kömək edə bilmir və ya etməməlidir. Bu dəstək rejimin təbliğatına bu qrupların “xarici agentlər” olduğunu iddia etməyə rəvac verəcək və İslam Respublikasında istənilən xalq müxalifəti üçün ölüm öpüşü ola bilər.

Bunun əvəzinə, beynəlxalq birlik İran daxilində vətəndaş cəmiyyətini gücləndirmək və vətəndaşların sistemli şəkildə təqib və məzlum olmaqdan qorunmaq üçün addımlar atmalıdır.

İslam Respublikasının vətəndaş cəmiyyəti və insan hüquqları ilə bağlı durum dəhşətlidir. ABŞ və Avropa hökumətləri diqqəti İran daxilində marginal qruplara və “güclü” fondlar vasitəsilə endemik korrupsiyaya və İranın sərvətinin seçilmiş bir neçə adamın əlində cəmləşməsinə yardım edən İnqilab Keşikçiləri Korpusuna yönəltməlidir. Bu, bütün amerikalılar və onların Avropalı müttəfiqlərinin razılaşdığı İran təşəbbüsüdür.

İran daxilində güclü və yaxşı təşkil olunmuş vətəndaş cəmiyyəti asta-asta teokratik despotizmdən liberal demokratiyaya və artan islahatlara doğru yol aça bilər, beləliklə, nəhayət, İranı beynəlxalq birliyin sıralarına gətirər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam