Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Gürcülər Vladimir Putinə qarşı çıxır. Bəs Qərb? – "WASHINGTON POST" QAFQAZIN ETİRAZÇI YAYINDAN YAZDI

Salome Samadaşvili

“Washington Post”, 12.07.2019

 

Yenixeber.org:  Bu yaxınlarda verdiyi müsahibədə Vladimir Putin liberalizmi köhnəlmiş elan edib. Bununla belə, Rusiyanın ətrafındakı kiçik bir ölkə – Gürcüstan fərqli düşüncədədir. Bölgədəki başqa heç yerdə insanlar Putinin dözümsüz olduğu, Qərb qaydalarına əsaslanan liberal dünya nizamına can atmırlar.

İyunun 20-də minlərlə adam Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozma səylərini açıq şəkildə dəstəkləyən rusiyalı millət vəkili Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışı əleyhinə Tiflis küçələrinə çıxıb. Avropa İttifaqı, NATO və Amerika bayraqlarını yelləyən gənclər və vətəndaş fəalları Rusiya işğalını və demokratiyamızın dağıtma səylərini qınayıblar.

Qavrilovun çıxışına etiraz edən digər bir neçə müxalifətçi parlamentin üzvləri ilə yanaşı, bundan sonra baş verən hadisələrə xeyli təəccübləndim.

Gürcüstan hakimiyyəti Kremlin oyun kitabından bir səhifə qoparıb. Xüsusi təyinatlı polislər kütləni gözyaşardıcı qaz və rezin güllə ilə dağıdıb. Polis zabitləri etirazçıları birbaşa hədəf alıb. Bir yeniyetmə qız və bir jurnalist gözdən məhrum olub. 200-dən çox adam xəstəxanaya yerləşdirilib, onlarla şəxs həbs edilib.

Bu qəddarlıq təpki doğurub. Son üç həftədə etirazlar hər gün zorakılığa izn verən daxili işlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər. Ancaq əsas problem Qavrilov və ya Qaxariyadan daha böyükdür. Putin imperiya ambisiyalarını gizlətməsə də, Gürcüstanın Qərb gələcəyinə daha böyük təhlükə var: hökumət Kremlin daxili siyasət taktikasına uyğunlaşır.

Bu, gürcülərin səbrini daşdırıb.

2012-ci ildən etibarən hakim “Gürcü Arzusu” Partiyası hər bir dövlət qurumuna nəzarət edir. Onun kölgəli maliyyəçisi oliqarx Bidzina İvanişvili – sərvəti Gürcüstan ÜDM-in təxminən üçdə birinə bərabər olan şəxs – Putinin hakimiyyət sistemini təkrarlayır. Ancaq Rusiyadan yüz dəfə kiçik olan bir ölkədə nəticə daha çox dövlətin qəsbinə oxşayır.

İqtidar partiyasının populyarlığı azaldıqca, hakimiyyət müxalifəti boğmaq üçün böyük gücündən istifadə edir. Ötən ilki prezident seçkiləri demokratiyadan geriçəkilmənin bir nümunəsi olub. Rəqabətlə qarşılaşan hakim partiya seçicilərin satın alınması, polis və cinayət şəbəkələri ilə qorxutma və dövlət resurslarından sui-istifadəyə yol verib.

Putin Rusiyasındakı kimi, Gürcüstanın iqtidar partiyası vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və müstəqil mətbuata hücumları artırıb. Konstruktiv tənqidlərə cavab vermək əvəzinə, rəsmilər çox vaxt ismarış verənlərə hücum edirlər. Məsələn, “Transparency İnternational”-ın korrupsiyaya qarşı mübarizəsi “faşizmlə tərəfdaşlıq” kimi dəyərləndirilib.

İqtidar partiyası səlahiyyətlilərinin təcrübəsini nəzərə alaraq, bu cür paralellər proqnozlaşdırılırdı. İvanişvili milyardlarını Rusiyada qazanıb, bir zamanlar Kremllə əlaqəli energetika şirkəti olan “Qazprom”un ən böyük fərdi səhmdarı olub. Onun icraçısı Qaxariya, İvanişvilinin əmri ilə Gürcüstan siyasətinə girməzdən öncə Moskvada iş adamı idi. Əslində, Rusiya vətəndaşlığını da birbaşa Putindən alıb.

Bu adamlar yeddi ildir hakimiyyətdə necə qala bilib?

Demokratik defisit, Gürcüstanın Kremlin təsir dairəsinə doğru sürüşməsi iyunun 20-dək tədricən baş verib. Lakin parlamentin spikerinin rus siyasətçisinə bənzərliyi gürcülərin müqəddəs saydığı Avropanın bir hissəsi olan müstəqil Gürcüstanı şübhəyə alıb.

Başqa sözlə, Qavrilovun səfəri “Gürcü Arzusu” gürcülərin gerçək arzularını əzməyə çalışdığını göstərib: Avropa dəyərlərinin hakim olduğu, qanunun aliliyinə əsaslanan demokratik dövlət.

İndi Tiflis küçələrində temperatur yüksəlir. Amma yaya görə deyil. İvanişvilinin dəstəklədiyi radikal rusiyalı qruplar dinc nümayişçilərə təhdid və hücum edirlər. Hökumət ictimai təhlükəsizliyi təmin etmə məsuliyyətini tamamilə unudub: Daxili İşlər Nazirliyi bu yaxınlarda LGBTQ aktivistlərinə polisin onların paradını ifrat sağçı paramilitarların hücumlarından müdafiə edə bilməyəcəyi xəbərdarlığı edib. Zorba proksi və müxalif hərəkatların həqiqi plüralizmi susdurmaq üçün istifadəsi Putinin “idarə olunan demokratiya”sının əlamətidir və İvanişvili Gürcüstanda bunu təkrarlayır.

Qaxariya istefa verməkdən imtina edib və iyunun 20-dəki repressiyaya görə məsuliyyətə cəlb olunmayıb. Əksinə, hakim partiya sovet təbliğatını xatırladan üslubda zorakılığa görə “müxalifətdəki radikal elementləri” günahlandırıb və onları dövlət çevrilişini təşviq etməkdə ittiham edib.

İndi İvanişvili Gürcüstanın ən populyar müstəqil televiziyası olan “Rustavi-2”ni hədəfi alıb.

İvanişvili demokratiyanı məhv etməyə müvəffəq olsa, bu, Putinin qələbəsi və Gürcüstanın faciəsi olacaq. Üstəlik, bölgədə Amerika və Avropanın maraqları zədələnəcək. Gürcülərin əksəriyyəti seçimini edib – Qərb. İndi Qərb Gürcüstanı seçməlidir. İvanişviliyə xatırlatmaq lazımdır ki, Qərb Gürcüstan xalqını dəstəkləyir və bu dəstək davam edəcək.

Gürcüstanın beynəlxalq tərəfdaşları dəqiq mesaj göndərməlidirlər. İvanişvili gələn il proporsional seçki sisteminin həyata keçirilməsi vədini yerinə yetirməli, media, vətəndaş cəmiyyəti və müxalifətdən olan tənqidçilərinə təzyiqləri dayandırmalı və açıq şəkildə azad və ədalətli seçkilərlə hakimiyyətdən imtina etməyə hazır olduğunu etiraf etməlidir – 2013-cü ildə Mixail Saakaşvili etdiyi kimi.

Gürcüstanın narazılıq yayı – dönüş nöqtəsidir.

İki nəticə mümkündür: Putin illiberalizminin zəfəri və ya onun yanlış olduğunu isbatlamaq imkanı.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam