Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qavrilov siyahı" hazırlanır-Gürcüstanda

 

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) "Qavrilov siyahı"sı hazırlayacaq. Bunu VMHP-nin parlamentdəki fraksiyasının üzvü Salome Samadaşvili bildirib.

Yenixeber.org: Onun sözlərinə görə, siyahıya Gürcüstan demokratiyasına təhdid olan şəxslərin adları daxil ediləcək: "Siyahıda həmçinin Rusiyanın işğalına faktiki olaraq yol açan şəxslər da yer alacaqlar. Onlara qarşı müvafiq tədbirlər nəzərdə tutulacaq".

Deputat qeyd edib ki, siyahı üzərində işə gələn həftədən etibarən başlanacaq.

S.Samadaşvili VMHP fraksiyasının parlamentin plenar iclaslarında iştirak etməyəcəyini də bildirib.

Qeyd edək ki, Gürcüstanda son həftə baş verən etirazlar Rusiya Dumasının deputatı Sergey Qavrilovun adı ilə bağlıdır. Belə ki, o, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Gürcüstan parlamenti spikerinin kürsüsündə əyləşib. Bu fakt ölkədə etiraz dalğalarına və parlament sədri İrakli Kobaxidzenin istefasına gətirib çıxardı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam