Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkə rus turistlərə yazılı zəmanət vermədi

 

Tiflis yazılı şəkildə rusiyalı turistlərin təhlükəsizliyi ilə bağlı hüquqi zəmanət verməyəcək.

Yenixeber.org: “RİA Novosti”nin xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksandr Xvtisiaşvili bəyan edib.

Xvtisiaşvilinin fikrincə, Gürcüstan həmişə rusiyalı turistlərin təhlükəsizliyini təmin edib və bunun üçün heç bir yazılı təsdiq lazım deyil.

Nazir müavini təhlükəsizlik zəmanətlərinin yazılı formada verilməsini “anormal” adlandırıb. Onun sözlərinə görə, son beş ildə rusiyalı turistlərlə heç bir hadisə baş verməyib.

“Bunu rusiyalı turistlərdən soruşa bilərsiniz”, - o deyib.

Qeyd edək ki, Gürcüstanda iyunun 20-də Tiflisdə minlərlə insanın iştirakı ilə etiraz aksiyaları başlayıb. Aksiyalara səbəb Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasının plenar iclasına Rusiyanı təmsil edən kommunist Sergey Qavrilovun sədrlik etməsi oldu.

Etirazlar zamanı polislə toqquşmalar nəticəsində 200-dən çox insan xəsarət alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam