Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın - Gürcüstan iqtisadiyyatını çökdürmək cəhdi

İqtisadçı-ekspert: “Kremlin strateji maraqları olan hər bir ölkə üzrə B planı mütləq olur”

Yenixeber.org:  Gürcüstanda milli valyuta yenidən dəyərsizləşməyə başlayıb. Bu ölkənin Milli Bankı iyulun 2-də 1 dolların kursunu 2,83 lari olaraq müəyyənləşdirib. İyunun 25-də isə dolların məzənnəsi Gürcüstan tarixində ən yüksək həddə çatıb - 2,82 lari.

Əksər müşahidəçilər hesab edirlər ki, bu proses Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Belə ki, iyun ayında Rusiya prezidenti Gürcüstana aviareyslərin dayandırılmasını əmr edib. Əmr iyulun 8-dən qüvvəyə minir. Bundan Rusiya Fitosanitar Nəzarət Xidməti Gürcüstandan idxal edilən alkoqollu içkilərin keyfiyyətinin yoxlanması barədə qərar qəbul edib. Bu yoxlamanın gürcü şərablarının Rusiyaya idxalını dayandıracağı gözlənilir.

Onu da qeyd edək ki, son 3 ildə Gürcüstanla Rusiya arasında iqtisadi əlaqələr sürətlə genişlənib. Ötən il ölkələrarası ticarət dövriyyəsi 1,37 milyard dollara çatıb ki, bu da 2017-ci ilə  nisbətən 25 faizə yaxın artım deməkdir. Gürcüstan Statistika Xidmətinin məlumatına görə, ötən ilki ticarət dövriyyəsinin 957 milyon dolları Rusiyadan idxalın, 398 milyon dolları isə bu ölkəyə ixracın payına düşüb .

İl ərzində gürcülər Rusiyadan daha çox ərzaq məhsulları və kənd təsərrüfatı xammalı, mineral məhsullar alıblar. Rusiyaya ixracın 62,1 faizini ərzaq məhsulları və aqrar xammal təşkil edib.

Bu ilin 5 ayında isə ölkələr arasında ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 568,2 milyon dollara çatıb. Bu, Gürcüstan xarici ticarətinin 11,5 faizi deməkdir. Beş ayda Gürcüstandan Rusiyaya 16,6 min ton təbii üzüm şərabı, 2,6 min ton spirtli içkilər ixrac olunub. Rusiya gürcü şərabının əsas alıcısıdır - 5 ayda 21,4 milyon butulka alıb. Bu, ötən ilin eyni dövründəkindən 5 faiz çoxdur. Rusiya həmçinin Gürcüstanın ən böyük yanacaq təchizatçısıdır - ilin əvvəlindən 135,7 min ton. Bu dövrdə Gürcüstan düşmən saydığı ölkədən 117,1 min ton buğda idxal edib.

Göründüyü kimi, gürcülər rusları nə qədər sevməsələr belə, Rusiya ilə iqtisadi əlaqələrin səviyyəsi getdikcə yüksəlir. Rusiya Gürcüstanın Türkiyədən sonra 2-ci böyük ticarət tərəfdaşıdır. Belə bir şəraitdə, Rusiya sanksiyaları genişləndirməklə Gürcüstanda iqtisadi böhrana, tənəzzülə səbəb ola bilərmi?

Natiq CÉfÉrli ile ilgili görsel sonucu

Sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, iqtisadiyyatın bir sıra sahələri üzrə Rusiyanın Gürcüstana təsir imkanları yetərincə böyükdür: “İstər turizm sahəsində olsun - ötən il Rusiyadan Gürcüstana 1,4 milyon turist gedib, onlar orada 1 milyard dollar xərcləyiblər, - istər ixracatda payına görə. Ötən il Gürcüstandan ixrac edilən 150 milyon dollara yaxın spirtli içkilərin 75 milyon dollardan yuxarısı Rusiyanın payına düşür. Bundan əlavə, Gürcüstanın bank sistemində Rusiya banklarının kifayət qədər payı var. Eyni zamanda mobil rabitə sistemində kifayət qədər aktivdilər. Bu baxımdan, Rusiya ilə münasibətlərin pisləşməsi Gürcüstana iqtisadi zərər gətirir. Yəni Moskvanın Gürcüstana təzyiq mexanizmləri var. Lakin nəzərə almaq lazımdır ki, Gürcüstan iqtisadiyyatını, ixracını və idxalını şaxələndirmək sahəsində xeyli uğurlar əldə edib. Məsələn, ötən il Avropa Birliyi ilə Gürcüstan arasında ticarət dövriyyəsi 17,7 faiz artaraq, 3,36 milyard dollara çatıb. Bunun 730,3 milyon dolları birliyə ixracın payına düşür. Eyni zamanda Avropa və digər xarici ölkələrdən turist axını sürətlənib. Nəticədə 2018-ci ildə ölkəyə gələn 8 milyon turistin 8-də biri Rusiyadan olub. Yəni Gürcüstan çalışacaq ki, Rusiyadan itirdiyi turist sayını digər ölkələrdən əvəzləsin. İndiyədək 108 ölkə ilə viza rejimini ləğv edib. Rusiya məhdudiyyətləri başlayan kimi daha 20 ölkə ilə vizanın ləğvi məsələsi hökumətə təqdim olunub. Demək istədiyim budur ki, Rusiya sanksiyaları Gürcüstana zərər vuaracaq, ciddi problemlər yaradacaq, amma kəskin tənəzzüldən söhbət gedə bilməz”.

N.Cəfərlinin fikrincə, Rusiya sanksiyalarının siyasi təsirləri daha güclü ola bilər: “İqtisadi problemlər əhalidə mövcud hökumətə qarşı münasibti pisləşdirəcək. Bu isə gələn il keçirilməsi gözlənilən seçkilərdə hakim partiyanın məğlubiyyəti ilə nəticələnə bilər. Rusiyanın Gürcüstanın indiki hökumətindən istəkləri var. Məsələn, Rusiya Ermənistana dayanıqlı quru və dəmiryol əlaqəsinin açılmasını istəyir. Gürcüstan neçə illərdir bunu etmir. Rusiya bu istəklərini ala bilməsə Gürcüstana qarşı sanksiyaları genişləndirəcək və bu da indiki hakimiyyət üçün ciddi problemlər yaradacaq”.

Bidzina Ä°vaniÅvili ile ilgili görsel sonucu

Məlum olduğu kimi, Gürcüstanın hazırkı hakimiyyəti rusiyapərəst Bdzina İvanişivilinin nəzarətindədir. Bu halda Rusiya iqtisadi problemləri yaratmaqla onun qüvvəsinin hakimiyyətdən uzaqlaşmasına imkan verəcəkmi? N.Cəfərli hesab edir ki, Rusiya strateji maraqları olan heç bir ölkədə fəaliyyətini yalnız birvariantlı plan üzərində qurmur: “Gürcüstan çox gənc və dinamik bir qüvvələrin hakimiyyətə gəldiyi dövrü yaşayır. Son etiraz mitinqlərində faktiki olaraq heç bir müxalif partiya önə çıxmadı. Yəni yeni siyasi cərəyanlar, qüvvələr meydana çıxır. Bu baxımdan, ola bilsin ki, Rusiyanın yaxın gələcəkdə Gürcüstanın mövcud hakimiyyətinin özünə daha loyal qüvvələrlə əvəz olunması planı üzərində işləsin. Gələnilki seçkilərdə mümkündür ki, Rusiyanın gizlin dəstəklədiyi bir partiya parlamentdə hökumətin fəaliyyətini bloklayacaq qədər yer ala bilsin. Moldovada proseslər məhz belə cərəyan etdi və ölkədə ciddi problemlər yarandı. Mənə elə gəlir ki, Rusiya  buna bənzər bir ssenarini Gürcüstanda da hazırlaya bilər. Başqa bir variant da ola bilər ki, İvanişvili əhali ilə daha yaxından işləyərək Rusiyaya qarşı münasibətin bir qədər loyallaşmasına nail olsun. Eyni zamanda Rusiyanın istəklərindən bir qismini yerinə yetirməklə seçkilərdə öz komandasının yenidən həlledici çoxluğu əldə etməsinə nail olsun”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam