Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiyadan daha bir zərbə: Gürcü şərabı qadağan edilə bilər

 

Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanmağa başlanılıb.

Yenixeber.org: Kommersant xəbər verir ki, bu prosedur Gürcüstandan şərabın gətirilməsinə qadağa qoyulmasına hazırlıq ola bilər.

Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ekspertlər xəbərdarlıq edirlər ki, məhdudiyyət ehtimalı qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər.

Xatırladaq ki, iyunun 21-də Tbilisidə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə etirazlar başlayıb. Buna səbəb Rusiyanın deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Sergey Qavrilovun Tbilisiyə səfəri zamanı Gürcüstan parlamentinin spikerinin kreslosunda oturması olub.

Rusiya Prezidenti Vladimir Putin etirazlar fonunda yerli aviaşirkətlərin iyulun 8-dən Gürcüstana uçuşunu müvəqqəti qadağan edən fərman imzalayıb. İyunun 24-də Gürcüstandan Rusiyaya tədarük edilən alkoqolun keyfiyyətinə və təhlükəsizliyinə nəzarət gücləndirilməyə başlanılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam