Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TURİSTİK CƏZA… –Moskva gürcülərin “Rusiya, rədd ol!” şüarını nəzərə aldı

Rusiya Gürcüstanın turizm sektorunu çökdürə biləcəkmi?

gurcu

Yenixeber.org: Gürcüstanda baş verən son hadisələr bir tərəfdən gürcü xalqının Rusiyaya münasibətini göstərdisə, digər tərəfdən də rəsmi Moskvanın əlinə düşən hər fürsətdə ona tabe olmayanları cəzalandırmağa çalışdığını bir daha təsdiqlədi.

                                                 Rusiya Gürcüstandan “çəkilir”

Məlum olduğu kimi, Tbilisidə baş verən etirazlar əsasən Rusiyanın siyasəti və indiki Gürcüstan hakimiyyətinin gürcülərin işğalçı hesab etdikləri şimal qonşusuna qarşı loyallıq göstərməsilə bağlıdır. Bundan əlavə istər müxalifət, istərsə də hakimiyyət təmsilçiləri, hətta ölkə prezidenti Salome Zurabişvili belə, bu ərəfədə Rusiyanın ünvanına kəskin ifadələr işlədib. Aksiyalarda səsləndirilən şüarların da böyük əksəriyyəti “Rusiya, rədd ol!” silsiləsindəndir.

Görünür, rəsmi Moskva aksiyalarda səsləndirilən şüarları “nəzərə almaq” qərarına gəlib və doğrudan da Gürcüstandan “çəkilməyə” qərar verib. Belə ki, siyasi baxımdan onsuz da balaca Gürcüstanla normal əlaqələri olmayan Rusiya öz vətəndaşlarının belə bu ölkə ilə əlaqələrini kəsmək qərarına gəlib.

Əvvəlcə baş nazir Dmitri Medvedev Zurabişvilinin bəyanatına cavab olaraq, Rusiyanın Gürcüstan iqtisadiyyatı üçün real problem yarada biləcəyini bəyan etmişdi. Bundan az sonra Vladimir Putin iyulun 8-dən etibarən Gürcüstana uçuşların dayandırılması və bu ölkədəkli turistlərin geri qaytarılmasına dair rəsmi qərar verdi. Turizm şirkətlərinə isə Gürcüstana turist göndərməmək tövsiyə olundu. Əlbəttə ki, Rusiya kimi ölkələrdə hakimiyyətin tövsiyəsi elə qanun anlamı daşıyır və təbii olaraq, bütün şirkətlər bu tələbə riayət edəcək.

                                     Hər 5 turistdən biri Rusiyadandır…

1_Batumi_turu_2017jpg

Bəs Rusiyanın bu addımı Gürcüstan iqtisadiyyatının ən aparıcı sektorlarından biri olan turizmə nə vəd edir? Rəsmi statistika göstərir ki, il ərzində Gürcüstana təxminən 7.2 milyon turist gəlir və ötən ildə bu turistlərin 1.4 milyondan artığı Rusiyadan gəlib. Deməli, ölkəyə təşrif buyuran hər 5 turistdən biri Rusiayadandır. Bu rəqəm olduqca böyükdür və turizm sektorunun 20 faizini əhatə edir.

Rusiya statistikası da göstərir ki, rusiyalıların ən çox ziyarət etdikləri ölkələrdən biri məhz Gürcüstandır və bu ölkə rusların üz tutduğu 15 ən populyar istiqamətdən biridir. Təkcə ötən il Rusiyadan Gürcüstana gələnlərin sayında 24 faizlik artım qeydə alınıb.

Ümumiyyətlə, Gürcüstana ən çox turist məhz Rusiyadan gəlir və təkcə cari ilin ilk 5 ayının nəticələrinə görə, ölkəyə 500 min rusiyalı gəlib. Onu da nəzərə almaq lazımdır ki, turizm mövsümü hələ yeni başlayıb və son hadisələr olmasaydı, bu rəqəm 1.5 milyonu rahatlıqla keçəcəydi.

Turizmin Gürcüstan iqtisadiyyatındakıl xüsusi çəkisi isə kifayət qədər böyükdür. Rəsmi statistikaya görə, bu sahə ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) az qala 8 faizinitəmin edir. Rusiya statistikasının hələ bu hadisələrdən çox əvvəl açıqladığı rəqəmə görə isə rusiyalılar hər il Gürcüstanda 500 milyon ABŞ dolları civarında pul xərcləyirlər. Cəmi 4.8 milyard dollar dövlət büdcəsi və 16 milyard dollara yaxın ÜDM-i olan ölkə üçün bu, kifayət qədər böyük rəqəmdir.

Bir şeyi də nəzərə almaq lazımdır ki, Tbilisidə son günlər baş verənlər təkcə Rusiya deyil, digər ölkələrdən də turist axınına mənfi təsir göstərə bilər. Bu isə sürətlə inkişaf edən və ölkə iqtisadiyyatının aparıcı həlqəsinə çevrilən turizm sektoruna böyük zərbə deməkdir.

                                                 “İşğalçı geri çəkilir…”

mariya-zaxarova

ABŞ-ı və Avropanı siyasi səbəbləri əsas gətirərək, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdə günahlandıran rəsmi Moskva özü açıq şəkildə son qərarı ilə Gürcüstanı cəzalandırmaq niyyətində olduğunu bəyan edir. Baxmayaraq ki, Tbilisidə aksiya keçirən gürcülərin etirazı xalq olaraq ruslara yox, Rusiyanın işğalçı siyasətinə və öz hökumətinə qarşıdır. Hətta hazırda Gürcüstanda olan və oraya getməyə hazırlaşan rusiyalılar da heç bir təhlükə gözləmədiklərini bildirsələr də, rəsmi Moskva inzibati yollarla bu səfərlərə qadağa qoyur.

Medvedevin açıq-aşkar turizmlə bağlı Gürcüstan iqtisadiyyatına ciddi problemlər yaranacağını söyləməsindən və səfərlərə qadağa qoyulmasından sonra Rusiya XİN sözçüsü, məşhur Mariya Zaxarova da həmişəki “stilində” çıxış edərək, gürcülərə “acıq verən” status paylaşıb. Zurabişvilinin və müxalifətin Rusiyanı işğalçı adlandırmasına cavab olaraq, xanım Zaxarova yazıb: “Oynayıb doydunuz? “İşğalçı” geri çəkilir və öz turistlərini sizin iqtisadiyyatdan çıxarır. Gürcüstan siyasətçiləri fantastikdirlər: özləri parlament forumu keçirməyə qərar verirlər, özləri bundan dəhşətə gəlirlər, özləri də bir-birinə atəş açırlar… sabahısı gün də bütün ölkə “Rusiya günahkardır” plakatlarına bürünür”.

Gürcülərin Zaxarovanın bu açıqlamalarına münasibəti barədə bir şey demək çətindir. Ancaq Gürcüstanda baş verən son hadisələr və buna Rusiyanın münasibəti göstərdi ki, müstəqillik hər zaman qurban tələb edir və bu qurban təkcə insan həyatı deyil, iqtisadi maraqlarla da ifadə oluna bilir.(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam