Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan müsəlman icmasına pul ayırdı- 828 min dollar

 

Gürcüstanda əhalinin 10,74%-ni müsəlmanlar təşkil edir.

Yenixeber.org: Gürcüstanda 2019-cu ilin dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara, ümumilikdə, 4,5 mln. lari (1,6 mln. dollardan çox) vəsait ayrılıb.

Bu barədə ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məbləğin 3,5 mln. larisi (1,3 mln. dollardan çox) dini icmalar arasında artıq bölüşdürülüb.

Vəsaitin böyük hissəsi 2,2 mln. lari (828,2min dollar) olmaqla Gürcüstanın müsəlman icmasının payına düşüb. Erməni xristian, Roma katolik və yəhudi icmasına təqdim olunmuş vəsait isə müvafiq olaraq 600 min lari (225,8min dollar), 400 min lari (150,5min dollar) və 300 min lari (112,9 min dollar) təşkil edib.

Yerdə qalan 1 mln. lari (376,4 min dollar) məbləğində vəsait isə cari ilin sonuna qədər dini icmalara paylanılacaq.

Qeyd edək ki, Gürcüstanda əhalinin 10,74%-ni müsəlmanlar təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam