“New York Times” Trampın andiçmə mərasiminə xərclənən pullardan yazdı:"İSRAFÇILIQ OLUNUB"
Maqqi Haberman, Şaron LaFraniyer, Ben Prottes
“The New York Times”, 14.01.2019
Şəxsi donorlar iki il bundan əvvəl Donald Trampı iqtidara gətirmək üçün 107 milyon dollar vəsait xərcləyib və indi onun dəstəkləyənlərin necə şövqlə Vaşinqtona gəldiyi aydındır.
Yenixeber.org: Andiçmə mərasimində 20 yardımçı üçün 20 000 dollar sərf olunub. Müqavilədə hotel otaqlarının icarəsi, sifarişlər, təyyarə biletləri və taksi ödənişləri üçün əlavə olaraq 30 min dollar ödəniş nəzərdə tutulub.
“Tramp International Hotel”-in hesabı 1,5 milyon dollardan çox olub. Melaniya Trampın yaxın rəfiqəsinin orada gecələdiyini isbatlayan sənəd var.
“The New York Times”-ın araşdırması ictimaiyyətə açıqlanmayan məsrəflərə dair təfərrüatları aşkarlayıb.
Tramp, Barak Obama və ya Corc Buşun birinci və ikinci prezidentlik mərasimləri ilə müqayisədə təxminən iki dəfə çox və ya 100 milyon dollar xərcləyib.
İfrat xərclər cənab Trampın andiçməni mümkün qədər təmtəraqlı etmək arzusunu əks etdirir. Bundan başqa, Trampın səyləri ilə bərabər, ailəvi dostları da işə qollarını qoyub.
Xərcləmə təfərrüatlarının açıqlanması komitəyə daxl olan ianələrlə bağlı prokurorluq təhqiqatı ilə eyni vaxta uyğun gəlir.
924 min dollarlıq ziyafət
Andişçmə komitələrindən hər bir ianəni Federal Seçki Komissiyasında sənədləşdirməsi tələb olunur və Tramp komandasının hesabatları Manhetten və Bruklində federal prokurorlar tərəfindən araşdırılır. Müstəntiqlər həmçinin ABŞ-da qanunsuz sayılan hər hansı bir xarici ianəçinin olub-olmadığını təhqiq edirlər.
Komitə ilə bağlı olan şəxslər bütün donorları yoxladıqlarını deyirlər, amma pulların konkret kimə məxsus olduğunu sübut etmək üçün hələ çox iş görməlidirlər. Federal Seçki Komissiyasına yalan ifadə vermə cinayət məsuliyyəti doğura bilər.
Manhettendəki federal prokurorlar istintaqda ən azı qismən cənab Trampın keçmiş vəkili və köməkçisi olan Maykl Cohen, andiçmənin planlaşdırılmasında mərkəzi fiqur sayılan Stefani Uinston Volkoff ilə söhbət ediblər. Xanım Volkoff birinci xanımın ictimai əsaslı məsləhətçisi rolunu başa vurub. O, ilk hesabat hazırladıqdan sonra vəzifəsindən azad edilib.
Andiçmə komitəsinin xərclərinə dair istintaqdan heç bir əlavə məlumat yoxdur.
Əslində komitələr ianələri istədikləri sərf edə bilərlər.
İanələrin böyük hissəsi “AT & T”, “Bank of America” və “Pfizer” kimi böyük korporasiyalardan, Şeldon Adelson və Endrü Bil kimi zəngin respublikaçı donorlardan gəlib.
Seçki günü ilə andiçmə günü arasındakı qısa müddəti nəzərə aldıqda, inauqurasiya komitələri həmişə ən aşağı qiymətlər təklif edə bilmir. Cənab Trampın andiçməsində bəzi heyət üzvləri və böyük təchizatçılar əvvəlki inauqurasiya mərasimlərinin iştirakçıları olublar.
“The Times”-ın nəzərdən keçirdiyi sənədlər ümumilikdə 107 milyon dollar məbləğində məsrəfləri aşkarlayıb. Məbləğin böyük hissəsi əməkhaqqına və təxminən 40 müəssisəyə xərclənib.
Təşkilatçıların qeyd etdiyinə görə, 5 milyon dollar xeyriyyəçiliyə sərf olunub.
Ancaq milyonlarla vəsaitə dair şübhələr var. Məsələn, qonaqlar üçün nəzərdə tutulan hotel otaqları blokları üçün 6,4 milyon dollar xərclənib. Amma hotel otaqlarınım yalnız yarısından istifadə olunub.
Komitənin media mərkəzi üçün 1,2 milyon dollar vəsaiti də “dondurulub”.
Xanım Volkoff öncə 1,6 milyon dollarlıq müqavilə imzalayıb. O, dostu Conatan Reynaqa ilə birlikdə “WIS Media Partners” şirkətini yaradıb. Bu şirkət inauqurasiya mərasiminin translyasiyasına nəzarət edib.
İdeya canlı yayımı böyük bir distribütora satmaq ibarət olub. Baş podratçı kimi fəaliyyət göstərən və bir sıra tədbirlərə nəzarət edən başçı komitənin ən yaxşı satıcısı oldu. “WIS Media Partners”-ə təxminən 26 milyon dollar sərf olunub, məbləğin əksəriyyəti digər təchizatçılara ödənilib.
Cənab Obamanın ilk andiçmə komitəsinin rəhbəri olmuş Stiv Kerriqanın sözlərinə görə, 2009-cu ildə bütün 450 nəfərlik personal üçün cəmi 1,6 milyon dollar nəzərdə tutulub. Xanım Volkoff bir çox digər top menecerlər arasındakı ödənişləri paylaşsa belə, onun əməli, Kerriqanın sözlərinə görə, “ikrahdoğurucudur”.
Corc Buşun ikinci andiçmə mərasimində icraçı direktor olmuş Qreq Cenkins deyib: “Heç vaxt andiçmə mərasiminə görə kiminsə bu qədər ödəniş aldığını eşitməmişdim”.
Xanım Uinston Volkoff işi bilavasitə bilən insanlara görə tez-tez didişirmiş. Onun üst səviyyə səlahiyyətlilərindən biri qarşısında mobil telefonunu silkələyərək, prezidentin böyük qızı İvanka Trampa, yaxud Melaniya Trampa mesaj yazacağı ilə təhdid etdiyi məlumdur.
Onun vəkili şərh verməkdən imtina edib.
“WIS Media Partners”-in təmsilçiləri şirkətə qarşı bütün ittihamların “əsassız olduğunu” dilə gətiriblər. Onların sözlərinə görə, şirkətin firma haqqı “əhəmiyyətli dərəcədə aşağı” olub və “bütün auditli işləri” təmin edilib. Şirkət təmsilçiləri bundan artıq heç nə açıqlaya bilməyəcəklərini deyiblər, çünki qanuni olaraq andiçmə ilə bağlı təfərrüatların açıqlanması qadağan edilib.
Cənab Tomas Barakın sözlərinə görə, donorlar tam yoxlanılıb və tələb olunduğu kimi, Federal Seçki Komissiyasına bütün adlar açıqlanıb.
Trampın andiçmə mərasimində yüksək inzibati və logistik xərclər təfərrüatlı təhlil olunub. Yeni təfsilatlar onlayn reklam üçün Tramp komandasının rəsmisi Brad Parskalın şirkətinə 2 milyon dollar xərcləndiyini üzə çıxarıb.
“Tramp International Hotel”-ə də xidmətlərə görə 1,5 milyon dollar ödənilib.
“Tramp komandasının xərcləri astronomik görünür”. Bunu Obamanın ilk andiçmə mərasimi komitəsinin baş icraçı direktoru Emmett Belivo deyib.
Buşun inauqurasiyasına rəhbərlik edən Cenkinsin sözlərinə görə, Tramp komandasının xərclərinin miqyası “adamı əsəbiləşdirir”.Tərcümə: Strateq.az