Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

GDU-nun sabiq rektorundan açıqlama

 

 

 

 

Saytlarda gedən “Gəncədə rektorların qalmaqalı səngimir” başlıqlı yazıda həqiqəti əks etdirməyən “bölgədən verilmiş xəbərlər” var.

 

 

"Xeberinfo.com": Bu gün köhnə və yeni rektorlar arasında heç bir konflikt yoxdur və olmamalıdır. Mən iki ilə yaxın dekan və bir ilə yaxın rektor vəzifələrində işləyəndə universitetimizin tədris işləri üzrə prorektoru olmuş professor Yusif Yusibov ilə birlikdə işləmişik. Bir-birimizə qarşılıqlı hörmətimiz olmuşdur və indi də var. O rektor əvəzi və rektor olduqdan sonra da onunla görüşmüş və ya zəngləşmişik. Mən 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə rektor təyin olunduqda tədris işləri üzrə prorektor da istefa ərizəsini yazıb mənə təqdim etdikdə rəhbər heyətdə (yeni «komanda»da) “sizin kimi ağsaqqala da ehtiyacımız var” deyərək onunla (professor Yusif Yusibovla) da işləmək istədiyimi bildirmişdim. O da təşəkkür edərək “deyən aranızda yaşlı bircə mənəm” demişdi. Hətta mən vəzifədən azad olunmaq ərizəsini yazıb onunla sağollaşanda da o “həmişə siz mənim hörmətimi saxlamısınız” dedi. O rektor olandan sonra mən də ondan qarşılıqlı hörmət görmüşəm. Məsələn, cari tədris ilində o məni tam ştatla kafedranın professoru vəzifəsinə keçirdi. Rektor vəzifəsindən azad olunduqdan sonra 8 ay idi ki, 0,5 ştatda işləyirdim. Buna görə ona dərin minnətdarlığımı bildirir, “sağ olun” deyirəm.

Mən mətbuata onun barəsində “xəbərlər sızdır”mır, “hazırda rektorun rəhbərliyi altında ali məktəbdə rüşvət tüğyan etdiyi”ni yaymıram.“Sələfi təriqətinə aid tələbələrin etiraz aksiyasına hazırlaşdığı”nı da “mətbuata sızdır”mamışam. Universitetimizdə təbii ki, bunlar yoxdur. Həm də universitetimizdə təhsilə və tərbiyəyə güclü rəhbərlik edən güclü kadrlar var və ali məktəbin hər iki qanadına nəzarət edən rəhbərlik var.

Mənim “mətbuata müxtəlif məlumatlar sızdır”dığımı və “qara piar kompaniyası təşkil etdiyim”i mətbuata xəbər  verən, amma nədənsə adı çəkilməyən “Gəncədəki qaynağ”ın məlumatları həqiqəti əks etdirmir. Mətbuatı izləyən hörmətli oxucular əgər xatırlayırsa, “Gəncədəki qaynaq”  2014-cü ilin fevral ayının əvvəllərində obyektivliyi ilə həmişə seçilən məşhur televiziya kanalına və oradan də mətbuata mənim barəmdə “məlumat” ötürmüşdü: “2009-cu ildə GDU-dan saxta diplom almış şəxsin diplomunda sabiq rektor Yadigar Əliyevin imzasının olub-olmaması hazırda prokurorluq tərəfindən araşdırılır”. Sonucda telekanal da, o xəbəri yayan eyni adlı mətbu orqan da təkzib verməsələr də, biabır oldular. Çünki mən 2009-cu ildə rektor işləmirdim. Bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdum.

“Gəncədəki qaynağ”ın verdiyi xəbərin əksinə olaraq, mən rektor işlədiyim 2013-cü ildə rektor Yusif Yusibovla “yola getmişik”. O alicənab və tərbiyəli bir insan və “Moskva məktəbi”ni keçmiş alimdir. Mənə hərdən məsləhətlər də verərdi.

İşlədiyim dövrdə universitetimizin rəhbər komandası – kafedra müdirləri, dekanlar da heç vaxt məndən narazı qalmayıblar. Əksinə, onlar həmişə mənə kömək göstərirdilər. Mən rəhbərlik etdiyim dövrdə universitetdə tədrisin keyfiyyətini yüksəltmək istiqamətində onlarla birlikdə xeyli işlər gördük. Açıq dərslərin təşkilinə və ümumiyyətlə, tədrisə nəzarəti xeyli gücləndirdik. Yusif müəllim özü mənə etiraf edirdi ki, “sizdən əvvəlki (2013-cü ildən əvvəl) dövrdə müəllimlər dərslərə bu cür ciddi və məsuliyyətlə hazırlaşmırdılar”. Mən yeni təlim metodlarını çox gözəl bilən, şəhərimizin qabaqcıl, təcrübəli və gənc müəllimlərinin iştirakı ilə bir neçə ay davam edən treninqlər təşkil etdim. Treninqdə bizim universitetin müəllimləri yeni təlim metodlarını nəzəri və təcrübi öyrənirdilər. Müəllimlər (əsasən cavan) böyük əksəriyyətlə yeni metodlarla proyektorla, slaydlarla dərs aparırdılar.  Mən eyni vaxtda iki fakültəyə nəzarət edə biləcək monitorinq qrupları təşkil etmişdim. Qrupun üzvləri qəfildən eyni vaxtda bir, yaxud iki fakültədə dərslərə girir, tədrisin monitorinqini aparır və müvafiq qeydlərini götürürdülər. O qeydlər indi məndədir.

Kafedra müdirlərinin hamısı və dekanların əksəriyyəti hər gün fakültələrdə iki növbədə dərsləri dinləyir, bu barədə qeydləri həmin gün mənə təqdim edirdilər. Həmin qeydlər məndə var. Kafedralardan birinin müdirinin və professor-müəllimlərinin köməyi ilə tələbələr arasında anonim sorğular keçirirdik. Mən və tərbiyə işləri üzrə, elmi işlər üzrə prorektorlar hər gün tədris korpuslarına gedir, tələbələrlə və bir-bir kafedralarda olub professor-müəllim, tədris-köməkçi heyətləri ilə görüşür, onları dinləyirdik. Hər iki prorektorun, gənclər, həmkarlar təşkilatlarının təşkilatçılığı ilə tədbirlər keçirilirdi. Tərbiyə işləri üzrə prorektor hər cümə günü yataqxanada seminarlar, treninq, müxtəlif tədbirlər keçirirdi. Tərbiyə işləri üzrə prorektor hər gün korpus-korpus gəzib davamiyyətin (həm müəllim, həm də tələbələrin) gücləndirilməsi istiqamətində çoxlu işlər görürdü. Nəticədə elə həmin ilin tələbə qəbulunun nəticələri yaxşı mənada bütün kollektivimizi təsirləndirdi; 2013/2014-cü tədris ilinin əvvəlində məlum oldu ki, universitetimiz “yüksəkballıların” qəbuluna görə əvvəlki illərdən rekord göstəricisi ilə fərqlənir. Həmin ilin tələbə qəbulunda abituriyentlərdən 500-600 arası bal toplamış 70-dən artıq və 600-700 arası bal toplamış 10-dan artıq tələbə GDU-nu seçmişdir. Əvvəlki illərdə isə bu rəqəm bu qədər çox olmamışdı (hər fakültəyə adətən bir neçə nəfər yüksəkballı düşərdi).

O ki qaldı rektor işlədiyim dövrdə məndən narazı qalanlara, onlar olubdur. Onların tam olmayan siyahısı belədir:

-mənə qədər adına dərs yükü ola-ola faktiki dərsə gəlməyən və adının fənnin tədris edildiyi dekanlıqdan gizlədildiyi müəllim və onun kafedra müdiri (təsdiqedici sənəd var);

-mənə qədər Gəncə Dövlət Universitetində tam ştatda (ən azı 500 saat dərs yükü ilə) “işləyə-işləyə” Bakıda – Bakı Dövlət Universitetində təxminən 379 saat dərs yükü yerinə yetirən, ailəliklə paytaxtda yaşayan və BDU-nun 8 (səkkiz) fakültəsində dərs deyən və təbii ki,- GDU-da işə də gəlməyən  müəllim (müvafiq sənədlər var);

-həmin müəllimin işlədiyi kafedranın müdiri

-eyni kafedrada işə gəlməyən, hətta Gəncədə yaşamadığı, Bakıda, Moskvada yaşadıqları ehtimal edilən laborantlar;

-işə gəlməyən texniki işçi heyəti və onların havadarları;

-adı işdə olub özü işə gəlməyən, Gəncə şəhərində belə yaşamayan, onun əvəzinə hansısa bir qohumunun işə gəldiyi əməkdaş və onun havadarı;

-tədris-köməkçi heyətinə daxil olan, işə gəlməyərək, yaxud seyrək gələrək həm də universitetimizdən kənarda qeyri-rəsmi işləyənlər (mağazalarda  satıcılar, firmada işçi, uzaq səfərlərə gedən taksidə sürücü, şəxsi mağaza sahibləri və s. və i.a. ). Bunların əksəri və bəzilərinin havadarı işdən azad edilmişdir. Onların günahları vardı və məndən incik düşdüklərini də sanmıram.

-2013-cü ilin sonuna doğru çox ciddi və obyektiv apardığımız   inventarlaşmanın  nəticələrindən  narazı olanlar  (müvafiq təsdiqedici sənədər var).

Siyahı yenə də uzana bilər. Bu kateqoriyadan (“incidilmiş”lər) olan başqa vəzifə sahiblərinin vəzifələrinin adlarını çəkməyi isə sadəcə universitetimiz üçün eyib hesab edirəm. Yalnız onu demək istəyirəm ki, sivil insanlar yeni rəhbər gəlib yeni komanda formalaşdıranda vəzifə stolundan dörd  əlli yapışmırlar. Yəqin ki, “tükü tükdən seçən” həssas kollektivimiz nə demək istədiyimi gözəl bildi. Bax, bunların məndən əməlli-başlı incik düşdüyünə  inanıram. Elə deyəsən Gəncədəki adsız  qaynaq da budur.

“Gəncədəki mənbə” nədənsə tələbələrin keçmiş rektordan narazı qalıb-qalmaması məsələsinə isə, ümumiyyətlə, toxunmur. Bunu xatırlatmaqla bu barədə ən dolğun məlumatı almaq üçün 21 noyabr 2014-cü il tarixdə “Bizimyol.info” saytında (ling- http://bizimyol.info/news/37637.html) gedən yazını oxumağı məsləhət görərdim. Yazıda mənim rəhbərliyim dövrünün tələbələr tərəfindən “GDU-nun qızıl dövrü” adlandırılması təkcə mənim yox, universitetimizin professor-müəllim heyətinə də başucalığı gətirən böyük qiymətdir.

 

 

Hörmətlə:

                                                          Yadigar Əliyev

                                    Gəncə Dövlət Universitetinin sabiq rektoru,

 

                                       filologiya üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam