Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GDU-da yeni laboratoriyanın açılışı olub


  Xeberinfo.com": 28 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Kimya kafedrasında üzvi və bioloji kimya laboratoriyasının açılış mərasimi oldu. Rektor Yusif Yusifov öz çıxışında son zaman Universitetdə baş verən uğurlu hadisələrdən bəhs etdi. Bir neçə tədris korpusu əsaslı təmir olnmuş, texniki baza müasir tələblərə cavab verə biləcək avadanlıqlarla təchis edilmiş, bütün korpuslarda ağıllı lövhə”lər quraşdırılmış, daxili şəbəkə yenidən optik kabellə qurulmuş, yüksək sürətli internetlə (15 Mb) təmin olunmuşdur. Rektor qeyd etdi ki, biz bundan sonra da Universitetimizin müasir texnologiyalarla təchizatına, tədrisin gündən-günə yüksək səviyyəyə çatdırılmasına səy göstərəcək, təhsillə bağlı Dövlət siyasətinin həyata keçirilməsinə çalışacaq və  möhtərəm Prezidentimizin qayğısına öz əməli işimizlə cavab verəcəyik.

 

 

 

          Yeni laboratoriya həm kafedranın əməkdaşlarına, həm də tələbələrə, magistrlərə ən gözəl hədiyyə oldu. Bu laboratoriyada  fənlər əyani surətdə tədris olunacaq, eyni zamanda  tədqiqiqat işləri aparılacaqdır. Geniş texniki imkana malik olan laboratoriyada üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkündür.

Açılışda Universitetin prorektorları, təşkilat nümayəndələri, kafedranın əməkdaşları iştirak etmişlər. Onlar təşəkkür əlaməti olaraq öz sevinclərini rektor Yusif müəllimlə bölüşüb, daha əzmlə işləyəcəklərinə, rəhbərliyə dəstək olacaqlarını  bildirmişlər.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam