Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YAXIN ŞƏRQ DAHA BİR FACİƏYLƏ ÜZ-ÜZƏ:sivilizasiyanın beşiyi sürətlə quru səhralığa çevrilir - ARAŞDIRMA


Avigdor Eskin

Regum.ru, 07.07.2018

 

Yenixeber.org: Ötən həftə Tehranda xalq qəzəbinin dalğaları cənubda Xürrəmşəhrə keçib. İran ali lideri ayətullah Əli Xamenei tələm-tələsik ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin fitnələrinə işarə edib, lakin rejim düşmənlərini günahlandırmaqda bu cəhd baş tutmayıb. Cənubdakı etirazlar heç də Amerika liberalizmi, Səudiyyə vəhhabiliyi, ya da İsrail sionizmiylə həmrəyləşmək cəhdi deyil,  su qıtlığıyla bağlıydı.

Amma madam ali lider deyib ki, başqa cür ola bilməz, deməli, ola bilməz. İran mülki müdafiəsinin komandanı Qulamrza Cəlali iki gün əvvəl ağıl sarsıdan bəyanatla çıxış edib: “İranda iqlim dəyişiklikləri şübhə doğurur. İqlimin dəyişilməsinə səbəb olan xarici müdaxilə göz qabağındadır. İsrail bölgənin daha bir dövlətiylə əlbirlikdə elə edir ki, İrana gələn buludlar yağış axıtmasın, bundan başqa, təkcə yağışımızı deyil, qarımızı da oğurlayırlar”.

Bu, nə lətifə, nə də “lüləkdə su yoxdursa, deməli, cuhudlar içiblər”i farssayağı bəzəmək cəhdidir. İran kreativ düşüncəsinə canlı örnəkdir. Qəribədir, amma Qərb mətbuatı son dövrlərə qədər Yaxın Şərqdə çox ağır su böhranını müzakirədən əksərən yayınıb. Rusiya mətbuatı da bu ehtiraslar predmetinə və əhalinin köçünə nadir hallarda müraciət edib. Adamlar xroniki quraqlıq rayonlarını tərk edir və böyük şəhərlərdə sığınacaq axtarırlar. Kənd təsərrüfatı fəlakət qarşısında durub. Aclıq qapıları döyür. Bu cür davam edərsə, Avropa İran, İraq, İordaniya, Türkiyə, Suriya və Misirdən on milyonlarla qaçqına hazırlıq görməlidir. Ekoloji fəlakət bu ölkələri bürüyərək növbəti savaş və kütləvi mühacirətə səbəb ola bilər.Əyanilik üçün: Bağdad rayonunda Dəclə çayını artıq dayaz yerdən keçmək mümkündür.

Qədim Bibliya sivilizasiyası məhz Dəclə və Fərat çaylarının mənsəbində doğulub. İndi su axtarışıyla oradan qaçırlar. Su ehtiyatlarına ən məsuliyyətsiz yanaşmanın son biabırçı timsalından başlayaq. Bu, İraqla sərhədin yanında Türkiyənin Dəclə çayı üzərindəki bədnam İlisu bəndidir.  Dəclənin uzunluğu 1850 km təşkil edir. Başlanğıcını Türkiyədə Tavr dağlarından götürür, sonra isə İraqın cənubi-şərq hissəsiylə axır və Fərat çayı ilə birləşir. Son həftələr ərzində suyun səviyyəsi yarım dəfədən çox düşəndən sonra Dəclə çayında gil sahələr ortalığa çıxıb. Türkiyənin su toplamasının birbaşa nəticəsi. Yağış suyu İraqın bütün su ehtiyatlarının cəmi 30%-ni, İran və Türkiyədən gələn  çayların suyu 70% təşkil edirsə, fəlakətin miqyasını təsəvvür edin.

Bu il İraqın sərəncamında hələlik 17 milyard kubmetr su ehtiyatı var, bu da ölkəyə çox deyil, bu ili keçirməyə yardım edər. Növbəti il İraq üçün fəlakətli olacaq. Amma İraq suvarma və su ehtiyatları nazirliyi kəndlilərə yay əkini keçirməyi artıq indidən qadağan edib. Bəs düyü, buğda səpilməsə, adamlar nə yeyəcəklər? Bəs pambığın becərilməsi? Nazirlik təmsilçisi Cəfər Abdulla birbaşa deyib ki, əkinlər iki dəfə azalacaq.

Fəlakətlərin başqa bir səbəbi yağış və çaylardan asılı olan bölgə sakinlərinə ağır təsir edən iqlim şəraitinin dəyişməsilə bağlıdır. Əhali artımı, təbii qaynaqların təbii dolumunun olmaması şəraitində  bütünlükdə su istehlakının genişlənməsi. Amma başlıca səbəb hökumətlər tərəfindən başısoyuqluq, despotizm və “lap bizdən sonra daşqın olsun” psixologiyası və yaxud quraqlıq. Məsəlçün, Suriya hökuməti kənd sakinlərini pambıq əkməyə hər cür təhrik edib. Bu isə suyun xüsusən böyük istifadəsini tələb edir.

Kənd sakinləri o zaman özləri hər yerdə və sanksiyasız artezian quyuları vurmağa başlayıblar, bu isə süxur sularının səviyyəsinin azalmasına səbəb olub. Yeri gəlmişkən, Tehran ildən ilə bu cür “çökür”…

İngiltərədə hələ 2012-ci ildə İraqda ekoloji fəlakət xəbərdarlığı edən araşdırma aparılıb. Belə çıxır ki, Türkiyə və İran bu ölkəyə axan çayları bağlayır. Deməli, məsələn, İran Dəclənin şərq qollarından su vurur. Nəticədə İraqda içməli su həcmi 20% azalıb.

İranın özündə böhranlı durumların idarəsi, metereologiya və quraqlıqla mübarizə Milli Mərkəzinin başçısı Şahrux Fatih hələ bir il qabaq bəyanatla çıxış edib ki, İranda ərazinin 97 faizi quraqlığın təsiri altındadır. İran rəhbərliyi ölkənin fəlakətli ekoloji durumundan xəbərdardır. Bu, təkcə su ehtiyatlarının qıtlığı deyil, həm də havanın çirklənməsidir. İİR hökuməti quraqlıqla mübarizəyə vəsait ayırmağa başlayıb, amma indiyədək bu yöndə uzunmüddətli fəaliyyət haqda qərar alınmayıb.

Biz bölgəni bürüyən fəlakətə dedikcə ümumi  və səthi toxunduq. Kim zəmanət verə bilər ki, orada su ehtiyatları uğrunda mübarizə açıq müharibələrə səbəb olmayacaq? Xüsusən də yuxarıda adı çəkilən ölkələr arasında ənənəvi qarşılıqlı düşmənlik münasibətləri nəzərə alınmaqla.

Taleyin kinayəsidir, amma bu gün suyun şirinləşdirilməsi, təmizlənməsi və təkrar istifadəsi üzrə texnologiyalarda dünya liderlərindən biri məhz İsraildir. İsrailin bu ixtiraları qonşuları fəlakətli durumdan çıxarda bilərdi. Belə çıxır ki, indi təkcə İsrail Avropanı on milyonlarla mühacirdən xilas edə bilər. Total su qıtlığı – müharibə və kütləvi mühacirətə yoldur.

İsrail baş naziri Netanyahu bu günlərdə İran xalqına bu məsələ üzrə müraciətlə çıxış edərək konkret yardım təklif edib. Kimsə bunda siyasi və təbliği gediş görür. Qoy olsun. Amma qoy bu cür siyasət buna gətirsin ki, bütün bölgə İsrailə – çiçəklənən səhraya bənzəsin. Amma sivilizasiyanın çiçəklənən beşiyindən səhraya dönməsin.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam