Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran hakimiyyəti belə devriləcəkdi– Şok plan

İran hakimiyyəti belə devriləcəkdi

 

 

 

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrandakı iğtişaşları qızışdırırlar

 

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında İran Baş prokuroru Məhəmməd Cəfər Müntəziri söyləyib.

Onun sözlərinə görə, İranda iğtişaşların alovlandırılması layihəsinin əsas müəllifi Mayk Dandreadır. Müntəziri onun əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorizmlə mübarizə şöbəsində çalışdığını bildirib.

“İranda iğtişaşlar üçün xüsusi qrup yaradılıb. Onun tərkibində ABŞ, İsrail və Səudiyyə Ərəbistanı mütəxəssisləri yer alıblar. Qrupa İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əlaqəsi olan Maykl Dandrea rəhbərlik edib. Qrupun bütün xərclərini isə Səudiyyə Ərəbistanı ödəyib. İrana qarşı təşkil edilən plan “Davamlı Yaxınlaşma Doktrinası” adlandırılıb. Onun hazırlanmasına isə bir neçə il sərf olunub. Planın hazırlanmasında həmçinin İran Xalq Mücahidləri Təşkilatı, şah rejiminin davamçıları, millətçilər və kommunistlərlə bağlı bir neçə qruplaşma da iştirak edib. İğtişaşlar üçün İraq Kürd Muxtariyyatı və Əfqanıstanda iki operativ hücrə də yaradılıb. Bu hücrədən İŞİD döyüşçüləri ölkədəki mitinqlərə cəlb edilməliydi.

Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” qəzeti 2017-ci ilin iyunundan etibarən Dandreanın MKİ-nin İran siyasətinə rəhbərlik edəcəyi haqqında informasiya yaymışdı. Dandreanın “Kölgə şahzadə” və “Ayətullah Mayk” adlandırıldığı bildirilmişdi. O, əvvəllər Usamə bin Ladenin izlənilməsi əməliyyatına da rəhbərlik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam