SONU HESABLANMAMIŞ AVANTÜRA, YOXSA…? –ABŞ öz müttəfiqləriylə münaqişə durumuna düşəcək – TƏHLİL
Cerald Seib
“The Wall Street Journal” (ABŞ), 09.05.2018
Prezident Donald Trampın sələfinin İranla bağladığı nüvə sazişindən çıxmaq qərarı böyük, ehtimal ki, bütün prezidentliyi boyunca ən böyük avantüradır.
Yenixeber.org: Daha dəqiq deyilsə, bu addım avantüralar silsiləsini təmsil edir: Tramp ümid edir ki, İran liderləri, İran iqtisadiyyatı və iranlılar, habelə ABŞ-ın müttəfiqləri və hətta Şimali Koreya lideri onun gözləntilərinə uyğun reaksiya verəcəklər. Tramp tam şəkildə uda bilər və ümidləri doğrular. Amma səhv edibsə, uduzmaqla bağlı risklər yetərincə yüksək olacaq.
Prezident öz avantürasında əsasən buna ümid edir ki, İrana münasibətdə tamdəyərli iqtisadi sanksiyaların təzələnməsi İran liderlərini Obamanın dövründə bağlanmış nüvə sazişinin yenidən nəzərdən keçirilməsi haqda danışıqlar masasının arxasına qaytarmağa məcbur etməyə yetəcək. Əslində, Tramp sadəcə sezib ki, İran liderləri məhz belə də hərəkət edəcəklər.
Görünür, o, alternativ kimi nəzərdə tutur ki, ABŞ-ın maksimal basqısının təzələnməsi qiymət artımı, yerli valyuta kursunun düşməsi və sürəkli quraqlıq üzündən onsuz da ağır durumda olan İranın zəif iqtisadiyyatına dağıdıcı təsir göstərəcək. Və nəticədə narazılıq artmağa başlayacaq, daxili iğtişaşlar başlanacaq ki, bu da rejimin varlığı üçün təhlükədir.
Donald Tramp öz qərarının Tehranda hakimiyyətin dəyişilməsinə gətirib çıxarmaq istədiyini demir. Amma İranda “qanlı” rejim haqda sözlərilə və “İranın gələcəyi onun xalqına məxsusdur” bəyanatıyla, demək olar, buna çağırır. Düzdür, təhlükə bundan ibarətdir ki, indi İran hökuməti Amerika tərəfdən yeni təhlükəylə üzləşəndə İran xalqı onun ətrafında sıxlaşacaq.
Tramp artıq buna ümid edir ki, ABŞ-ın Fransa, Böyük Britaniya və Almaniyadakı prezidenti kursu dəyişməyə çağıran müttəfiqləri iqtisadi sanksiyaların yeni dalğasında ona müqavimət göstərmək və İranla yeni münasibətlər qurmaq üçün irəli çıxmaqdan daha çox onunla əməkdaşlıq edəcəklər. Avropa ölkələrinin bu cür itaətsizliyi İranın deyil, ABŞ-ın göstərdiyi basqını azaltmağa və nəticədə ABŞ-ı təcrid etməyə səbəb ola bilər. Prezidentin İrana yardım edən istənilən ölkəyə qarşı sanksiya qoymaq vədləri Tehrandakı rejim qədər ABŞ-ın da müttəfiqlərini zərbə altında qoyur və sanksiyalar üzündən təkcə İranla deyil, həm də müttəfiqlərlə münaqişələrə şərait yarada bilər.
Bundan savayı, Tramp İranın cavabında nüvə proqramını tammiqyaslı təzələməyəcəyini, hələ də onda olan yüzlərlə sentrifuqalara qayıtmayacağını hesablayaraq uğura güvənir. Və Qərbin qorxduğu kimi, Tehranı nüvə silahı istehsalı üçün potensial yaratmaq yoluna çıxarmayacaq, zənginləşdirilmiş uran istehsal etməyəcək. Avropa liderləri iranlıları sakit reaksiya verməyə, tələsik heç bir iş görməməyə çağırırlar, lakin Tehranda sərt xəttin tərəfdarları bunun əvəzində heç vaxt dayandırmaq istəmədikləri fəaliyyəti təzələmək üçün məqamdan faydalana bilərlər.
Donald Tramp buna da güvənir ki, bir neçə həftədən sonra görüşmək niyyətində olduğu Şimali Koreya lideri Kim Çen In bu bəyanatlardan prezidentə gərəkən nəticələr çıxarda bilər. Pxenyanın nüvə proqramının bağlanmasını deyil, yalnız onun ləngidilməsini bildirən İranınkı kimi saziş yetərli sayılmayacaq. Təhlükə var ki, Şimali Koreya başqa bir nəticə çıxaracaq – ABŞ liderlərilə bağlanan sazişin şərtlərinin yerinə yetirilməsi məsələsinə güvənmək olmaz.
Hər şeydən əvvəl, Trampın bu gün İranla münasibətlərin gərginləşməsinin Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanıyla münaqişəyə keçməyəcəyini hesablaması qərarı avantüradır.
Beynəlxalq Münasibətlər üzrə Şuranın prezidenti Riçard Haas deyir: “İran ən pis halda nüvə proqramının gerçəkləşdirilməsi üzrə nişanladığı fəaliyyəti təzələyəcək və ya İsrail, ya ABŞ bunu qəbuledilməz sayacaq və hərbi güc işlədəcək. İran isə malik olduğu bütün vasitələri tətbiq edərək bölgədə istənilən üsulla cavab verəcək”.
O, qeyd edir ki, terrorizm və kibersavaş bu üsullara aiddir.
Hətta Donald Trampın atdığı addımdan sonra “bu böhranın necə inkişaf edəcəyi məsələsində hər şey indi İrandan asılı olacaq, hərəkət növbəsi onundur, – Brukinq institutundan İran üzrə ekspert Syuzan Meloni qeyd edir. – Düşünürəm ki, ehtimal edilən qısamüddətli yanaşma Avropanın mümkün diplomatik və iqtisadi reaksiyasından maksimal istifadə etməkdir”.
Amma o, əlavə edir ki, “Tehranın Yəməndə, Suriyada, İraqda və bölgənin başqa ölkələrində münaqişə yerlərində ABŞ-ın iqtisadi rıçaqlarından az əsaslı və az ciddi olmayan təsir rıçaqlarını sərgiləmək imkanı var”.
Və nəhayət, Tramp buna ümid edir ki, İrana nisbətdə onun sərt siyasəti bölgə ölkələrini əmin edər ki, ABŞ bundan sonra da güzəştə getmək niyyətində deyil və İrana heç vaxt nüvə silahına malik olmağa imkan verməyən sarsılmaz mövqe tutacaq. Prezident deyib ki, bölgənin başqa ölkələrinin öz nüvə silahlarını hazırlamağa can atmamasına zəmanət olacaq və İrana da bunu etməyə imkan verməyəcəklər.
Əlbəttə, burada risk bundan ibarətdir ki, əksinə baş verə bilər. Haas qeyd edir ki, İran nüvə proqramının gerçəkləşdirilməsi üzrə fəal əməllə cavab verə bilər və Səudiyyə Ərəbistanını və başqa ölkələri nüvə silahını yaymamaq haqda Müqavilədən çıxmağa və öz nüvə silahını yaratmaq yoluna qədəm qoymağa təhrik edə bilər.
Tərcümə Strateq.az-ındır.