Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnternetə məhdudiyyətsiz giriş təmin olunacaq///İRANDA

 

 

İran prezidenti Həsən Ruhani bir müddət əvvəl ölkəsində etiraz dalğasına yol açmış iqtisadi-sosial problemləri həll etmək üçün əlindən gələni edəcəyinə söz verib

 

 

Yenixeber.org: Bu barədə İran dövlət başçısı dövlət telekanalına verdiyi müsahibədə danışıb.

“Xalqıma demək istəyirəm ki, problemlərin mövcud olmasına, insanların hələ öz arzu və tələblərinə nail olmadığına baxmayaraq, iqtisadi, sosial və mədəni şərait yaxşılaşacaq, hökumət xalqın dəstəyi ilə sosial-iqtisadi problemləri həll etməyə qadirdir”, – deyə Ruhani bildirib.

Ruhani ölkədə internet istifadəçilərinin müxtəlif saytlara məhdudiyyətsiz girişinin təmin olunacağına söz verib.

“Kiberməkan və onun azadlığını təmin etmək hökumətə elə də asan başa gəlmir, hökumət böyük çətinliklərə dözməli olur. Söhbət 11-ci və 12-ci hökumətlərdən gedir. Allahın köməyilə bütün dövlət rəsmiləri internetə girişlə bağlı azadlığı təmin etmək üçün əlindən gələni edəcək”, – deyə Ruhani vurğulayıb.

Yayılan məlumatlara görə, İranda dekabrın sonlarında başlayan etiraz dalğasından iki həftə sonra İranın Ali lideri Ayətullah Əli Xamenei İnqilab Keşikçiləri Korpusuna ölkə iqtisadiyyatına nəzarəti yüngülləşdirməsi ilə bağlı göstəriş verib. Korpus hazırda İran iqtisadiyyatının 1/3 hissəsini idarə edir.

Xatırladaq ki, İranda sosial-iqtisadi problemlərdən qaynaqlanan etiraz aksiyaları ötən ilin dekabr ayının 28-dən başlayaraq Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərdə keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam