Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İrandan yeni görüntülər:etirazçılar polisi qovur, ölənlər var

 

İran hakimiyyəti dekabrın 28-də başlayan və sürətlə ölkənin onlarla şəhərinə yayılan kütləvi etirazların yatırıldığını elan etsə də, sosial şəbəkələrdə yayılan yeni görüntülərə əsasən etirazlar ötən gecə də davam edib.

Yenixeber.org: Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, ötən gecə paytaxt Tehran və bir çox digər şəhərlərdə hakimiyyət əleydarları küçələrə çıxıblar. Məlumatlara görə İranın kürdlər yaşayan Sanandaj şəhərində etirazlar daha izdihamlı olub, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib və ölənlər var.

Tehranda etirazçılar “Rədd olsun Xameneyi!”, “Ümidimiz referendumadır!” kimi şüarlarla hakimiyyətə qarşı çıxıblar, təhlükəsizlik qüvvələri etirazların böyüməsinə imkan verməyib. Şiraz şəhərində də nümayişçilərlə polis arasında toqquşmalar olub. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrində tonqallar qalayıb, nəqliyyatın hərəkətini əngəlləyib.

Huzistan əyalətinin Dezful şəhərində də yüzlərlə etirazçı küçəyə çıxıb, nümayişçilərin bir polisi təkləyib necə qovduqlarını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Loristan əyalətində də küçələrə çıxanlar Xomeneyinin əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə sərhədlərin yaxın Urmiyə şəhərində də böyük izdiham küçələrə çıxaraq nümayiş keçirib. Həmin bölgədəki Kirmanşah şəhərində də etiraz aksiyaları olub. Həmədan şəhərindən yayılan görüntülərdə isə mülki geyimli “Bəsic” könüllülərinin nümayişçiləri əngəlləmək üçün küçədə hazır gözlədiklərini əks etdirir.

Xameneyi tərəfdarlarının mitinqi, Tehran

Habelə, bu günkü cümə namazının ardınca Tehran əyalətinin bütün şəhərlərində Cümə namazından sonra ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

İştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində, o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.(Virtualaz)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam