İranda “Hicabsız qadın” hərəkatı böyüyür:Bir axund “zərif” hücuma məruz qalıb -Video-fakt
İranda “Məcburi hicaba yox” kampaniyası geniş vüsət alıb.
Yenixeber.org: Məlumata görə, daha bir neçə şəhərdə qadınlar baş örtüklərini açaraq məcburi hicab siyasətinə etiraz ediblər.
Yanvarın 30-da paytaxt Tehranda, Gilan əyalətinin Rəşt şəhərində və daha bir neçə şəhərdə onlarla qadın şəhərin əsas küçə və meydanlarında baş örtüklərini açmaqla bu kampaniyaya qoşulublar. Qadınların mədəni etirazı küçədən keçən digər vətəndaşlar tərəfindən də dəstəklənib.
Baş örtüklərini açan qadınların polis qüvvələrinin hadisə yerinə gəlib onları həbs etməsinə qədər davam edib. Tutulduqdan sonra naməlum istiqamətə aparılan etirazçı qadınların hazırda harada saxlandığı barədə məlumat verilmir.
Xatırladaq ki, son günlər paytaxt Tehran, İsfahan, Şiraz, Rəşt və digər şəhərlərdə onlarla qadın, küçə və meydanlarda bu cür aksiyalar keçirirlər, Rəşt şəhərində bir qadın hətta bir axunda hücüm edib .
İranın Loristan əyalətinin Xürrəmabad şəhərində molla rejiminə qarşı xalq etirazları keçirilib, Rəşt şəhərində isə hakimiyyətin zülmündən boğaza yığılan gənc bir qadın küçədə duran bir axunda hücum edib.
Yanvarın 29-u, axşam saatlarında Xürrəmabadda minlərlə qəzəbli etirazçı küçələrə axışaraq “Xamneyiyə ölüm”, “Dikatatora ölüm” və “Xamneyi! Abır-həyan olsun, utan, xəcalət çək, hakimiyyətdən əl çək” və "Qorxmayın, biz hamımız birlikdəyik" şüarları səsləndirərək, hakim rejimin ölkə vətəndaşlarına qarşı zülmünə öz etirazlarını bildiriblər. Gecə saatlarına qədər sürən dinc etirazlarda onlarla aksiyaçının tutulduğu bildirilir.
Həmin gün, Gilan əyalətinin Rəşt şəhərində molla rejiminin vətəndaşlara qarşı repressiyalarından və ölkə qadınlarına qarşı təzyiqindən cana gələn gənc bir qadın, küçədə hakimiyyətə qarşı şüarlar səsləndirib. Küçədə duran insanlara üz tutan qadın “Niyə sakit dayanıbsız, bunlar şərəfsizdir, bunlar ölkəni xaraba qoyublar, bunlar ölkəni məhv ediblər, bunlar bizi bədbəxt ediblər, bu murdarlarda şərəf yoxdur” şüarları səsləndirib. O, kənarda dayanan bir axundu “Murdar şərəfsiz” adlandıraraq, onun üstünə cumub. Eirazçı qadın axundun başından əmmaməsini götürərək yerə atıb və hücuma məruz qalan axund narazı qadının bu hərəkətinə hər hansı bir reaksiya verməyib. Həmin qadının sonradan polis tərəfindən tutulub-tutulmaması haqda heç bir məlumat yoxdur.
Yanvarın 29-da İranın Bəndər Abbas, Nəcəfabad, Ərak, Şiraz, Kirman və Qorqan şəhərlərində də minlərlə aksiyaçının iştirakı ilə hakimiyyətə qarşı aksiya keçirilib.
Xatırladaq ki, bir ay əvvəl də İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi aksiyalar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən aksiyalarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.
Tutulanlardan isə ən azı 12 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.
“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə aksiyalar müvəqqəti olaraq dayandırılıb.GünAzTV