Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRANDAKI ETİRAZLARIN TƏŞKİLATÇISI KİMDİR? -Generalın açıqlaması

 

222900_res_01Yenixeber.org: Ötən gün İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri “azğın qüvvələr” üzərində “tam qələbə” elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu” səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri “İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə” bənzədib.
General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə – İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin “The Independent” yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.

222901_src

İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.

Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmüş mühafizəklar Əli Rəisinin qaynatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətüllah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.

222902_src

Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun höklumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər ayətüllah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.

General Cəfəri onu bidlirib ki, ölkədəki nizamsızlıqlara görə həm də “bir keçmiş rəsmi “məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.

222903_src

Bu arada İran təhlükəsizlik qüvvələri son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların “təxribatçılar” kimi axtarıldığını bildirib. Hakimiyyətə yaxın sayt və sosial media hesablarında yayılan fotolarda bu şəxslərin bir çoxunun üzü bağlıdır, yaxud eynək taxıblar.

Xatırladaq ki, son məlumatlara görə İranda etirazlar və iğtişaşlar səngiyib. Təhlükəsizlik Şurasının rəhbəri general Əli Şamxani ölkədə xarici qüvvələr tərəfindən dəstəklənən üsyanın yatırıldığını elan edib. Bu aksiyalarda Cənubi Azərbaycan şəhərlərinin iştirakına dair ziddiyətli məlumatlar gəlirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Marağa şəhərində minlərlə azərbaycanlı küçələrə çıxıb və İran hakimiyyətinə qarşı şüarlar səsləndirib. Lakin Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı mühacir hərəkat bildirib ki, azərbaycanlılar İrandakı etirazlara dəstək vermir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam