Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər– rüşvət yeri, yoxsa…

Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər

 

Yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, müəyyən tələbləri pozma halları da müşahidə olunur. Belə ki, Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərdiyi halda, onların işlək vəziyyətdə olmadığı söylənilir.

 

Yenixeber.org: İddialara görə bəzi ağırtonnajlı nəqliyyat vasitələrinə yükləri ilə birgə  müəyyən məbləğ qarşılığında hərəkət etmələri üçün icazə verilir.

 

O zaman Tərəzi Nəzarət Məntəqələri necə fəaliyyət göstərir? Yollarda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət necə həyata keçirilir?

 

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında deyib ki, Tərəzi Nəzarət Məntəqələri haqqında deyilənlərin əsası yoxdur.

“İstər Bakı-Ələt-Qazax, istərsə də Bakı -Quba-Rusiya sərhəddində  avtomobil yolu istiqamətlərində Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə normadan artıq yüklənmiş yük maşınları yoxlanılır. Əgər yükləri normadan artıqdırsa, elə oradaca  boşaldılır.

 

Bu da yalnız yol-polisləri tərəfindən həyata keçirilir. “Azəravtoyol” ASC-nin əməkdaşlarının yük maşınlarını saxlamağa ixtiyarı yoxdur.  Əgər hər hansı şübhə varsa, dərhal  bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir. Yük varsa,  yerindəcə boşaldılır və yol polisi tərəfindən də qanuna müvafiq olaraq cəriməsi yazılır. Ondan sonra yük maşının yenidən hərəkətinə icazə verilir”.

 

Qurum rəsmisi deyir ki, Tərəzi Nəzarət Məntəqələrinin fəaliyyətinə şübhə edənlər proseslə iş başında tanış ola bilərlər.

 

“Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə  proseslə yerindəcə tanış ola bilər.

Yol polisi tərəfindən saxlanılan hər hansı bir sürücü tərəzinin düzgün işləmədiyini deyə bilməz. Hər bir adam tərəzini yerində gedib yoxlaya bilər və necə işlədiyini görə bilər.

 

Əgər hər hansı bir sürücünün narazılığı varsa, müraciət etsin və məsələ araşdırılsın. Yenə təkrar edirəm ki, yük maşınları bizim tərəfimizdən saxlanılmır. Yol polisləri tərəfindən saxlanılır və bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir və orada yoxlanılır. Əgər yük çoxdursa boşaldılır və cərimə yazılır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam