Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dövlət Sərhəd Xidmətinin​ bu səlahiyyəti ləğv edildi

Rusiya-Azerb.-Serhedi

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının sərhəddə nəzarət buraxılış məntəqələrində nəqliyyat vasitələri, yüklər və başqa əmlakın buraxılışına nəzarət etmək səlahiyyəti ləğv edilib.
Xeberinfo.com:   APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamədə etdiyi dəyişiklikdə əksini tapıb.

Bu sahədə bundan sonra əsas səlahiyyətli orqan gömrük orqanları olacaq. Nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycanın dövlət sərhədindən buraxılışı sərhəd qoşunlarının nəzarət buraxılış məntəqələrindən gömrük nəzarətindən sonra həyata keçiriləcək. Sərhəd qoşunları yalnız əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması, dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və müəyyən edilmiş hallarda yüklərin və başqa əmlakın gömrük orqanları ilə birgə yoxlanması hüququna malik olacaq. Buna müvafiq olaraq sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin vəzifələri sırasına narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını müstəqil surətdə və ya gömrük orqanları ilə birlikdə almaq daxildir. Bu vəzifəni yerinə yetirmək üçün nəzarət-buraxılış məntəqələrinin hüquqları sırasına şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək daxildir.

Başqa sözlə, indiyə qədər sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin funksiyalarına buraxılış məntəqələrində dövlət sərhədinin mühafizəsi, sərhəd nəzarəti, Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın buraxılışı daxil olub. Dəyişikliyə əsasən bundan sonra sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin funksiyalarına yalnız buraxılış məntəqələrində dövlət sərhədinin mühafizəsi, sərhəd nəzarəti, Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin buraxılışı daxil olacaq. İndiyə qədər sərhəd nəzarəti Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin və nəqliyyat vasitələrinin aşkar edilməsi və onların qarşısının alınması, dövlət sərhədindən partlayıcı, zəhərləyici, radioaktiv, narkotik vasitələrin, psixotrop maddələrin, silah və döyüş sursatının keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilib. Bundan sonra isə sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçiriləcək.

Nəzarət-buraxılış məntəqələrinin Azərbaycanın dövlət sərhədindən keçən yüklərin və başqa əmlakın deyil, yalnız şəxslərin üstündə odlu silahın axtarışı məqsədi ilə texniki vasitələri tətbiq etmək səlahiyyəti olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam