Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Distant təhsillə bağlı yazdıqlarımıza cavab gəldi: qarşı tərəfdən

               

 

 

Xeberinfo.com: Sayqılı oxucularımıza da məlum olduğu kimi, yaxın günlərdə distant təhsillə bağlı ardıcıl iki yazı dərc etmişdik.  “Distant təhsil adına rəzalət: “Sinergiya”nın adından alver” və “Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: Fakt” sərlövhəli yazılarda ölkəmizdə distant təhsillə bağlı problemlərə aydınlıq gətirməyə çalışmışdıq. Etibarlılığına şübhə etmədiyimiz mənbədən aldə etdiyimiz məlumatlar əsasında Müasir Humanitar Akademiyasının fəxri professoru Fərhad Mehdiyevin bu istiqamətdəki fəaliyyətindən bəhs etmişdik. Hər iki yazını dərc etməzdən öncə qarşı tərəfi dinləməyə cəhd etsək də nəticə olmamışdır. Nəhayət bu günlərdə Fərhad Mehdiyevin nümayəndələri redaksiyamızda oldular və tərəf olaraq mövqelərini dərc etməyimizi xahiş etdilər. Olsun, zatən bizim heç kimlə, eləcə də cənab Mehdiyev və kollektivi ilə heç bir problemimiz yoxdur və ola da bilməz. Məlum qanun və prisiplərə uyğun olaraq, qarşı tərəfin cavab haqqını tanıyırıq və müəyyən ixtisarla dərc edirik:

 

“Sizin qəzetin redaksiyasının vebsaytı olan “Xeberinfo.com” saytında “Distant təhsil adına rəzalət: “Sinergiya”nın adından alver” və “Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: Fakt” başlıqlı məqalələr dərc edilmişdir.
Nəzərinizə çatdırırıq ki, həmin məqalələrdə göstərilən məlumatlar tərəfinizdən təhrif edilmiş və həqiqətə uyğun deyildir. Eyni zamanda, həmin məqalələrdə Fərhad Mehdiyevin və onun ailə üzvlərinin şərəf və ləyaqətini ləkələyən məlumatlar verilmişdir.

Belə ki, “Distant təhsil adına rəzalət: “Sinergiya”nın adından alver” adlı məqalədə (müəllif Sabir) dolayısı ilə Fərhad Mehdiyevin və onun qardaşı Süleyman Mehdiyevin guya ki, distant təhsil adı ilə tələbələri aldatdıqları, bu yolla şübhəli maliyyə əməliyyatları keçirdikləri yazılmışdır.

Daha sonra, həmin məqalənin Fərhad Mehdiyevin kimliyi ilə bağlı hissəsində onun təhsildən kənar, başqa dünyanın adamı olması, guya Polyaniçkonun köməkçisi olması, sonuncunun şəxsi tapşırıqlarını yerinə yetirməsi, sonralar isə Abbas Abbasovun yanında işləyərək, sonuncunun hakimiyyətə gələcəyi təqdirdə, guya Fərhad Mehdiyevə yüksək vəzifələr verərək, onun maxinasiyalarının üstünü örtəcəyi, Fərhad Mehdiyevin yaratdığı şirkət və qeyri-hökümət təşkilatlarının vasitəsilə külli miqdarda çirkli pullar əldə etdiyi, tərəfdaş qurumu olduğu RF-nın Müasir Humanitar Akademiyasının ideoluqunun Nersesyan adlı şəxsin olduğu göstərilərək, məqalənin əsas məqsədinin Fərhad Mediyevin fırıldaqlarını ifşa etmək, sonuncunun yalançı fəxri adlar, titulların və ordenlərinin haradan əmələ gəldiyini və mahiyyətcə nədən ibarət olduğunu konkret olaraq faktlar əsasında ortaya qoymaqdan ibarət olduğu qeyd olunsa da, buna təsdiq edən heç bir sübut əlavə olunmamışdır.

Bundan başqa, “Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: Fakt” adlı məqalədə də (müəllif Aydın) eynilə əvvəlki məqalədə qeyd olunduğu kimi, Fərhad Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməkdə davam etməklə, onu kinayəli formada “təhsil “ustası” adlandırılaraq,  gəncləri saysız oyunlarla öz toruna keçirdiyi və distant təhsil adı ilə gənclərdən pul yığdığı göstərilmişdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Mehdiyev Fərhad Hidayət oğlu həqiqətən də Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Müasir Humanitar Akademiyasının fəxri professoru, təhsil sahəsində fəlsəfə doktorudur. Bunu Rusiya Federasiyasının “Великая Россия” ensiklopediyasının 2016-cı ildə buraxılmış 23-cü cildinin 277 səhifəsində onun barəsində verilmiş məlumatlardan açıq şəkildə görmək mümkündür (surəti əlavə edilir).

Həmin məqalədə adları hallanan “İnnovasiya Fəaliyyəti üçün Mütəxəssislərin Hazırlanma Mərkəzi” İctimai Birliyi, “İnnovasiya İnstitutu” İctimai Birliyi və “Avrasiya İnnovasiya İnstitutu” İctimai Birliyi fakitiki olaraq, müxtəlif dövrlərdə adını dəyişmiş eyni hüquqi şəxslərdir və onun təsisçisi Fərhad Mehdiyev deyil, müxtəlif hüquqi şəxslərdir (şəhadətnamələrin surətləri əlavə edilir).

Məqalənizdə ayrıca Salman Mehdiyev haqqında əsli olmayan  ittihamlar irəli sürmüsünüz. Nəzərinizə catdırırıq ki, Salman Mehdiyev uzun illər  Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən Neo-cərrahiyyə xəstəxanasında həkim-cərah kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvü olan Salman həkimin , məqalədə iddia etdiyiniz kimi müxalifətlə heç bir əlaqəsi olmamışdır. Ziyalı bir ailədən gələn Salman həkimin oğlu və qızı da Kanadada təhsillərini davam etdirdikləri üçün hal-hazırda  bu ölkədə yaşayıb işləməkdədir.”

Redaksiyadan: Göründüyü kimi, hörmətli qarşı tərəf  yazdıqlarımızı əsassız adlandırsa da, özləri də lazımı səviyyədə əsaslı inkaredici faktlarla çıxış etmirlər. Belə ki, Salman Mehdiyevin Kanada vətəndaşı olub-olmaması və hansı əsaslarla Kanada vətəndaşlığı alması, həmçinin Fərhad Mehdiyevin qeyd olunan QHT-lərin Idarə Heyətinin sədri və direktoru olması, ingiltərənin ofşor adasında qeydiyyatdan keçmiş "Innavation Tecnologu in Education"sirkətinin direktoru olaraq Riqa ş. Baltikumus bankdakı hesaba tələbələrdən pullar alınması və  başqa bu kimi faktlar haqqnda təkzib məktubunda  hec bir soz qeyd edilməmiş və bu haqda hec bir inkaredici subut gostərilməyib.

 

Mövzu diqqətimizdədir.

 İnformasiya şöbəsi 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam