Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: FAKT
Rusiyanın Sinergiya, İsveçrənin Montre Universitetlərinin adı ilə müəmmalı maliyyə oyunları aparılır
Xeberinfo.com: Diqqətli oxucularımıza da məlum olduğu kimi ötənlərdə “Distant təhsil adına rəzalət: Sinergiya adına alver” başlıqlı yazıda bir “çete”nin “özfəaliyyəti” haqqında xəbər yayımlamışdıq. Qeyd etmişdik ki, bu özbaşınalıq Fərhad Mehdiyevin başçılıq etdiyi bir qrupun cəmləşdiyi məkanda cərəyan edir. Ünvan-Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə-5 (Elmlər Akademiyası metrosu - Bakı Dövlət Universiteti ilə üzbəüz). Ümumiyyətlə uzun illərdir ki, bu təhsil “ustası” gənclərlə “işləyərək”, saysız oyunlarla onları öz toruna keçirdib. Göründüyü kimi, gənclərin sıx halda olduğu ünvanı seçməklə, onları rahatlıqla öz tələsinə salmaqda davam edir. Fərhad Mehdiyev uzun illərdir ki, məşğul olduğu bu işdə kağız üzərində mövcud olan bir çox QHT-lər yaradaraq, onları ictimai fəallıqda deyil, məhz kommersiya xarakterli istifadə etmişdir.
1. "Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi – Azərbaycan
2. "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” ictimai birliyi – Azərbaycan
3. "İnnovasiya” MMC – Rusiya (Bu şirkət Müasir Humanitar Akademiya tərəfindən təsis edilsə də, onun saytında olan ünvan və telefon nömrələri məhz F. Mehtiyevə mənsubdur)
4. "İnnovasiya institutu” ictimai birliyi - Azərbaycan
5. "Avrasiya innovasiya institutu” ictimai birliyi - Azərbaycan
6. "İnnovation Technologies in Education” LLP - Britaniya adaları (offşor zona) və s.
Yuxarıda qeyd etdiyimiz ünvanda yerləşən “özfəaliyyət” yuvalarında Fərhad Mehdiyev, Rəsul Mehdiyev, Süleyman Mehdiyev qardaşları və özləri kimisi olan Firidun Bəndəliyev, ikinci mərtəbədə isə ,Tanya, Aynur və guya Rusiyadan gələn Leyla xanım, Malik müəllim və.s, aşağıda isə Fərhad Mehdiyevin Türkiyə istiqamətində işlərini icra edən Vidadi Fətullah (facebook profilində adı bu şəkildə olub), Mehman Ağa (facebook profili belədir) kimi özlərinə uyğun adamları “özfəaliyyət” yuvasına toplayaraq, Türkiyə, Rusiya, Ukrayna hətta bir az da irəli gedərək İsveçrə universitetlərinin vasitəsi ilə distant təhsil adı ilə gənclərdən pul yığmaqla məşğuldur. Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə həmin ofisdə oturan Mehman və Vidadinin adı Türkiyədə məşhur bir kriminal olayda hallanır. (Bu haqda qarşıdakı günlərdə yazacağıq.) Belə ki, Mehman Ağayev əvvəllər Qafqaz Universitetində işləmiş, Vidadinin isə facebook profilindən və adından çox şey bəlli olur-Vidadi Fətullah.
“Rusiya universitetində Azərbaycan dilində təhsil”(?)-bu başlıqla reklam həyata keçirdirlər. Görəsən müraciət edən gənclərdən sual edən olubmu ki, bu necə mümkün olan bir haldır ki, Rusiyada Azərbaycan dilində təhsil var? Elə bu faktdan da məlum olur ki, bu “çete” absurd bir yalanla özlərini reklam edərək şəhərin mərkəzində gəncləri çaşdırmaqla məşğuldur. Qeyd edək ki, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı ofislərinin girişində İnnovativ Texnologiyaların Regionlarda İnkişafına Dəstək Fondu lövhəsini asaraq bu şəkildə yardım toplayırlar. Burada əsl beynəlxalq dərəcəli oyunlar gedir. İngiltərənin offşor zonasında yerləşən “İnnovation Tecnhology in Education” LLP şirkətini açaraq, həmin qurumun Latviyanın Riqa şəhərində “BALTIKUMUS” BANK AS-də hesab açmış ,(Bu bankın adı çirkili pulların köçürülməsində, qara siyahıda hallanır).
Rəsmi sənədlərdən bəllidir ki, şirkətin direktoru Mehdiyev Fərhad Hidayet oğludur. Məlumata görə gah Fərhad Mehdiyevin, gah da Firidun Bəndəliyevin adına olan şirkətlərdə müəmmalı maliyyə əməliyyatları aparılır. Şirkətə məxsus İnvoice-un tərtibatından çox şey bəllidir ki, qurama sənədlərlə bütün bu əməliyyatları həyata keçiridirlər.
Beləliklə də gənclərlə yanlış təbliğat aparmaqla, İsveçrənin Montre, Rusiyanın Sinergiya Universitetlərinin adı ilə ortalama 1000 dollar olmaqla, kağız üzərində mövcud olan şirkətlərin hesablarına pullar axıdılmaqdadır.
Həmin hesabı sizə təqdim edirik:
“BALTİKUMUS” İBAN : LV82CBBR1122301300010
SWİFT:CBBRLV22
“İnnovation Tecnhology in Education” LLP
Məsələ burasındadır ki, həmin şirkətlər universitetlərin yerləşdiyi ölkələrdə-Rusiya universitetinin hesabı Rusiyada, İsveçrə universitetinin hesabı İsveçrədə yerləşsəydi anlamaq olardı.
Fərhad Mehdiyevin isə eyni zamanda ermənilərlə iş birliyində olması aşkarlanmışdır. Bir sözlə bu şəxsin hansı ölkəyə xidmət etdiyi bəlli deyil. Onun Rəsul, Süleyman adlı qardaşlarından başqa Salman Mehdiyev adlı qardaşının da fəaliyyətini araşdırmağa dəyər. Salman Mehdiyev 10-12 il əvvəl siyasi mühacir kimi Kanadaya getmiş, orada sığınacaq, qaçqın statusu sonradan isə vətəndaşlıq almaq məqsədi ilə Kanada Miqrasiya Xidmətininin əməkdaşlarına verdiyi izahatlarda özünü Azərbaycan iqtidarına qarşı qatı müxalifətçi kimi təqdim etmiş, məqsədinə nail olaraq vətəndaşlıq almışdır. Bir sözlə əməlləri şübhələrlə dolu Mehdiyev qardaşları haqqında xüsusi araşdırmalar aparmağa ehtiyac var. Ümüd edirik ki, aidiyyatı hüquq-mühafizə orqanları bu məsələ ilə ciddi məşğul olacaq.
Aşağıdakı linkdə Süleyman Mehdiyevin İsveçrənin Montre unuiversitetini ucuz şəkildə reklam etməsi ilə tanış ola bilərsiniz.
https://www.facebook.com/egitimedogru/?fref=ts
əlavə olaraq tanış ola bilərsiniz:
https://www.facebook.com/distant.tehsil.swiss/?fref=ts
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mövzunun davamı olacaq.
Aydın