Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Təhsil adına distant korrupsiya: ÖZƏL

 

İşbazlar “təhsil biznesi”ni genişləndirir

 

Xeberinfo.com: Ali məktəblərdə yeni dərs ili başlasa da, bəzi işbazlar hələ də “tələbə qəbulu”nu davam etdirməkdədir. “Xaricdə təhsil”, “xaricdə distant təhsil” adı ilə arada milyonlar dövr edir. Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə paytaxt Bakıda bu biznesdən qazananlar barmaqla sayılan qədərdir. Bunların işi 2-3 otaqdan ibarət ofis kirayələyib də distant təhsil adı ilə insanları aldatmaqdan başqa bir şey deyil. Təəssüf ki, məlum səbəblərdən əksəriyyət asanlıqla bu işbazların “tilovuna düşür”…

                       

                         Öncə distant təhsil haqqında…

 

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəində beynəlxalq təhsil üçün xaricə getmək mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir. Və s.

 

Göründüyü kimi, özülüyündə Distant Təhsil Sistemi bütün dünyada qəbul və etiraf olunan sistemdir. Bu sistemin Azərbaycanda tətbiqi də illərin söhbətidir. İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil siteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət ali təhsil müəsisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Mütəxəssislər bildirir ki, qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir.

Amma, xeberinfo.com-a daxil olan məlumatlardan belə görünür ki, bəzi işbazlar mütəxəssislərin vacib saydığı bu amildən özəl məqsədləri üçün yararlanmaqdadırlar. Redaksiyamıza daxil olmuş məlumatlar konkret faktlarla zəngin olduğu kimi, ciddi araşdırmanı da zəruri edir. Qarşıdakı günlərdə bu şəbəkənin əsl mahiyyətini, iç üzünü açmaqla silsilə yazılar hazırlamağa çalışacağıq.

Aydın

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam