Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İsveçrənin Montre Məktəbinə, Rusiyanın Sinergiya İnstituna distant qəbul belə olur: ARAŞDIRMA

 

“Təhsil haqqı” adı ilə alınan pulların müəmmalı taleyi haqqında...

 

Xeberinfo.com:  Ötənlərdə “Distant təhsil adına rəzalət: Sinergiya adına alver” və Mehdiyev qardaşlarının “distant biznesi” davam edir: FAKT sərlövhəli yazılarımızda Fərhad Hidayət oğlu Mehdiyev tərəfindən başçılıq edilən bir qrupun maliyyə əməliyyatlarından bəhs etmişdik. Əldə etdiyimiz məlumatlar və apardığımız ilkin araşdırmalarla həmin yazılarımızda Fərhad Mehdiyev və qardaşları Rəsul, Süleyman, Salman  Mehdiyevlərin bu “özfəaliyyət”dəki rollarını göstərməyə çalışmışdıq. Yazı yayımlandıqdan sonra özlərini Fərhad Mehdiyevin nümayəndələri kimi təqdim edən şəxslər redaksiyamıza gələrək, tərəf olaraq cavab məktubunu dərc etməyimizi istəmişdilər. Biz də xeberinfo.com olaraq qarşı tərəfin cavab haqqını tanımışıq.

 Amma,... cavab məktubunda hansısa  əsaslı, inkaredici dəlil-sübutlar olmadı. Sadəcə ötən yazılarımızdakı faktları sadalayaraq, sonda “... bunu təsdiq edən heç bir sübut əlavə olunmamışdır” kimi ifadə ilə kifayətlənmişdilər. Bununla da sanki Fərhad Mehdiyev tərəfi bizə deyir ki, haqqımda yazılan məlumatlar doğrudursa da belə, bunu sübüt edin...(?)

      Şübhəsiz ki, biz yazdıqlarımızı necə deyərlər “havadan götürməmişik”.  Araşdırmalarımızla aydın olur ki, İngiltərədə qeydiyyatda olan (Ehtimal ki, ofşor zonada) "İnnovation Technologies in Education” LLP şirkətinin direktoru Fərhad Hidayət oğlu Mehdiyevdir. O da məlum olur ki, Mehdiyev həmin şirkətə Latviyanın Riqa şəhərindəki “Baltikumus” Bankı (Adı “çirkli pullar”ın yuyulmasında hallanır.) üzərindən ofşor zonada cari hesab açmışdır. Həmin hesabı sizə bir daha təqdim edirik:

 “BALTİKUMUS” İBAN : LV82CBBR1122301300010

SWİFT:CBBRLV22

Bildirilir ki, “İnnovation Tecnhology  in Education” LLP Bakı şəhəri Bəxtiyar Vahabzadə küçəsi ev 5 ünvandakı (BDU ilə üzbə-üz, gənclərin çox olduğu “Təhsil bölgəsi”) ofisində xarici olkələrin təhsil müəssisələrində oxumaq adı ilə gənclərdən ortalama 1000 dollar “təhsil haqqı” alır. Hansı ki, bu vəsaitlər Bakıdan müxtəlif banklar vasitəsi ilə İngiltərə şirkətinin hesabına axıdılır.

 

Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar heç də “havadan götürülmüş” deyil, ortada əlahəzrət fakt var. Həmçinin o"Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” İctimai Birliyi , "İnnovasiya” MMC, "İnnovasiya institutu” İctimai Birliyi, "Avrasiya innovasiya institutu” İctimai Birliyi və s. kimi QHT-lərin idarə heyətinin sədri və direktoru olmuşdur(?) Bu QHT-lərin isə ölkənin ictimai-siyasi həyatında hər-hansı bir layihədə adı hallanmır. Yalnız təhsil adı altında müxtəlif kommersiya şirkətləri ilə formal razılaşmalar əldə edərək, biznes fəaliyyəti ilə məşğul olmuşdur.

 

Fotodan da göründüyü kimi, Fərhad Mediyevin fəaliyyət göstərdiyi ofisin qarşısında Sinergiya, Montre Ali təhsil müəssisələrinin plakatları ilə yanaşı, “ Azərbaycan Respublikası İnnovativ Texnologiyalarının Regionlarda İnkişafına Dəstək FONDU” lövhəsi də asılmışdır. Bu nədir, yoxsa yeni tapıntıdır? Bu QHT hansı innovativ texnologiyalara imza atıb? Hansı yeni ixtirası olub? Əgər varsa çox gözəl, niyə ictimaiyyətə açıqlanmır?

Türkiyənin egitimliyiz.net saytının da yazdığı kimi, Fərhad Mediyevin yeni ixtirası yalnız onun öz saçını “xüsusi üsullarla” boyamasından ibarətdir. Həmin saytda yayımlanan məlumatlar və özəl araşdırmalarımız nəticəsində belə qənaətə  gəlmək olur ki, Fərhad Mediyev de-fakto heç bir innovativ layihə həyata keçirməmişdir. Yəqin ki, Ədliyyə Nazirliyi və QHT-lərin fəaliyyətinə nəzarət edən aidiyyatı orqanlar bu məsələni araşdıracaq. Nəzərə alsaq ki, bəzi QHT-lər adlarına uyğun olmayan, dövləti maraqlara zidd fəaliyyətlə məşğuldur, onda aidiyyatı orqanların vəzifə məsuliyyəti aktuallaşır... 

              Fərhad Mehdiyevin layihəsində qardaşların rolu

Onun qardaşı, 10 ildən çoxdur ki, Kanadada yaşayan Salman Mehdiyev haqqında yazdıqlarımız da az əhəmiyyətli deyil. Xeberinfo.com-a verilən məlumatda deyilir ki, əvvəllər həkim vəzifəsində çalışan Salman Mehdiyev Kanadaya gedəndə onun övladları hələ həddi buluğa çatmamış olublar. Digər tərəfdən Kanada kimi ölkələrdə miqranta vətəndaşlıq statusunu almaq heç də asan olmur. Belə ki, həmin ölkəyə gedənlər (Diplomatik fəaliyyət istisna olmaqla.) ilkin mərhələdə siyasi mühacir olaraq, qaçqın statusu almaq üçün müəyyən prosedurlardan keçməli olur. Bəlli olduğu kimi, siyasi-mühacir hər-hansı siyasi fəaliyyətinə, müxalif mövqeyinə görə öz dövləti, höküməti  tərəfindən təqiblərə məruz qalan şəxslər olmalıdır. Bunun üçün miqrant həmin ölkənin miqrasiya xidmətinin müstəntiqləri tərəfindən sorğu-sual edildikdə, isbat etməlidir ki, o öz dövlətinin, hökümətinin təqiblərindən qaçaraq, burada sığınacaq almağa məcbur olmuşdur. Başqa səbəb kimi isə valideyinlərindən birinin qeyri-millətdən olmasına görə təqibedilmə kimi sübütlar göstərmək gərəkir.

Təəssüf ki, tək Kanadaya deyil, başqa Avropa ölkələrinə gedən vətəndaşlarımızın da əslində tolerant ölkə olan Azərbaycanımız haqqında siyasi sığınacaq almaq məqsədi ilə belə uydurmaları illərdir yayılmaqdadır. Bir sözlə Salman Mehdiyevin Kanadada hansı əsaslarla sığınacaq-vətəndaşlıq alması, çox güman ki, onun “qeyri-adi istedad”ına görə mümkün olmamışdır. Biz bu məsələyə də aydınlıq gətirmək üçün lazımı araşdırmalarımızı davam etdirəcəyik.

    

 

     Digər məlumatlar Fərhad Mehdiyevin qardaşı Rəsul Mehdiyev haqqındadır... Rəsul Mehdiyev əvvəllər Respublika Hərbi Prokurorluğunda adi texniki işçi olaraq çalışmışdır. (Məlumata görə Dənizçilik məktəbinin məzunudur.) Elə oradan da pensiyaya çıxaraq, 2012-cı ildən Fərhad Mehdiyevin layihəsində işə başlayıb. Onun haqqında bəzi saytlarda, facebook səhifərlərində çox ilginc yazılara rast gəldik və bu mövzu da diqqətimizdədir.

                      Labirintvari təhsil haqqı ödənişləri

 Lakin əsas məsələ Fərhad Mehdiyevin gənclərimizi İsveçrənin Montre Məktəbinə (məhz məktəb), Rusiyanın Sinergiya İnstitutuna qəbul adı ilə Latviyanın Riqa şəhərindəki “Baltikumus” bankında açdığı hesaba pullar axıtmasıdır. Həm də necə?: vətənə, xalqa xidməti “unudub”, özünün direktoru vəzifəsini daşıdığı, İngiltərənin "İnnovation Technologies in Education” LLP şirkətinin (Məlumata görə bu şirkət sadəcə kağız üzərində mövcüddur və İngiltərədə hər-hansı bir ofisi və ya fəaliyyəti mövcüd deyil.) vasitəsi ilə.

Ən müəmmalı və həm də gülünc doğuran məqam isə təhsil haqqının köçürülməsi sxemi ilə bağlıdır. Təsəvvür edin: Fərhad Mehdiyev Azərbaycandakı bir gəncin (Çoxsaylı gənclərin.) Rusiyada təhsil alması adı ilə verdiyi təhsil haqqını Rusiya Federasiyası ərazisində mövcüd olan bir şirkətə deyil, (Hələ onu demirik ki, bu institut Azərbaycanda qəbulları hansı əsasla keçirir?) İngiltərə-Latviya-Ofşor hesab sxemi ilə tamamilə başqa bir əraziyə köçürtdürür(?) Rusiyadakı instituta azərbaycanlı tələbənin öz təhsil haqqını bu labirintvari sxemlə köçürməsi kifayət qədər şübhələrə yol açır. Ən dəhşətlisi isə budur ki, pulu alan sonuncu ölkə Rusiya deyil. Bu səbəbdən də burada ciddi maliyyə pozuntularının olması barədə əsaslı şübhələr meydana çıxır. Eləcə də İsveçrə məktəbi üçün...

                                                ***

Aşağıdakı linkdə isə Süleyman Mehdiyevin İsveçrənin Montre Məktəbini ucuz şəkildə reklam etməsi ilə tanış ola bilərsiniz.

https://www.facebook.com/egitimedogru/?fref=ts 

Mövzunun ictimai əhəmiyyətini nəzərə alıb, araşdırmalarımızı davam etdirməkdə qərarlıyıq. Bu yazılara olan oxucu maraqları, ölkə vətəndaşlarının bu istiqamətdə qarşılaşdıqları  haqsızlıqlarla bağlı redaksiyamıza verdikləri məlumatlar yazıların davamlılığını stimullaşdırır.

 Göründüyü kimi ortada ciddi faktlar sadalanır. Həm də o dərəcədə ki, yalnız yazılmaqla bitmir... Ümid edirik ki, aidiyyatı dövlət orqanları da bu məsələyə layiqli qiymət verəcəklər.

 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Sahib 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam