Prezident sədr, Ramiz Mehdiyev müavin oldu –Milli Ensiklopediyanın redaksiya heyətinin yeni tərkibi təsdiqləndi + SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Yenixeber.org: Fərmana əsasən, “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.
Bununla da Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti aşağıdakı yeni tərkibdə təsdiq edilib:
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri | ||
Əliyev İlham Heydər oğlu | – | Azərbaycan Respublikasının Prezidenti |
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini | ||
Mehdiyev Ramiz Ənvər oğlu | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü |
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri | ||
Quliyev İbrahim Said oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru |
Həbibbəyli İsa Əkbər oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru |
Rzayev Anar Rəsul oğlu | – | Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı |
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru | ||
Əlizadə Akif Ağamehdi oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru |
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi | ||
Nağıyev Tofiq Murtuza oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru |
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri | ||
Abiyev Ağacan Qulam oğlu | – | texnika elmləri namizədi, professor |
Bilalov Bilal Telman oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri |
Budaqov Tahir Yaqub oğlu | – | Dövlət Statistika Komitəsinin sədri |
Bünyadov Teymur Əmiraslan oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri |
Cəlilov Namiq Sərdar oğlu | – | AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru |
Eldarov Ömər Həsən oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru |
Ələkbərov Urxan Kazım oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru |
Əliquliyev Rasim Məmməd oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru |
Əliyev Kamran İmran oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri |
Əliyev Telman Abbas oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru |
Əliyeva Fərəh Şirməmməd qızı | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri |
Əlizadə Firəngiz Əliağa qızı | – | AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti |
Fərzəliyev Vaqif Məcid oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru |
Hacıyev İsmayıl Muxtar oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri |
Hüseynova İradə Məmməd qızı | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru |
Xəlilov Fərhad Qurban oğlu | – | Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı |
İsmayılov Amin İsmayıl oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri |
İsmayıl-zadə Arif Cəfər oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri |
Kərimov Kərim Məmmədxan oğlu | – | AMEA-nın müxbir üzvü |
Kərimov Teymur Həşim oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru |
Qədirov Fəxrəddin Əbülfət oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri | |
Qəribov Adil Əbdülxalıq oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri | |
Mahmudov Yaqub Mikayıl oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru | |
Məhərrəmov Abel Məmmədəli oğlu | – | AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru | |
Məlikov Arif Cahangir oğlu | – | AMEA-nın həqiqi üzvü, xalq artisti | |
Məmmədəliyev Vasim Məmmədəli oğlu | AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri | ||
Məmmədov Qərib Şamil oğlu | – | AMEA-nın həqiqi üzvü | |
Məmmədov Nazim Timur oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru | |
Məmmədova Fəridə Cəfər qızı | – | AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri |
Muradov Şahbaz Musa oğlu | – | AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri |
Mustafayev Şahin Məcid oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini |
Paşayev Arif Mir Cəlal oğlu | – | AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru |
Rəsulov Əsgər Adil oğlu | – | Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor |
Rüstəmov Musa İsmayıl oğlu | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri |
Salahov Tahir Teymur oğlu | – | Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı |
Səmədzadə Ziyad Əliabbas oğlu | – | AMEA-nın həqiqi üzvü |
Vəlixanlı Nailə Məmmədəli qızı | – | AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru |
Yusifzadə Xoşbəxt Bağı oğlu | – | AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti |