Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

Gəncə Ağır Cinayətlər Məhkəməsindən Müqayis Verdiyev azad ediləcək... -Vətəndaş İnam Kərimovdan soruşur hakim cinayətkarı necə azad edir?

Son dövrlərdə redaksiyamıza daxil olan məlumatlar və şikayətlər əsasında apardığımız araşdırmalar Müqayis Verdiyevin həyatına dair bir çox mühüm detalların üzə çıxmasına səbəb olub. Məlum olur ki, Müqayis Verdiyev, bir neçə dəfə dələduzluq əməllərinə görə məhkum olmuş və şərti cəza almış olsa da, əməlindən heç vaxt islah olunmamış, nəticədə bir neçə dəfə yenidən həbs edilmişdir. Təəssüf ki, hələ də bu şəxsin cinayət əməlləri ilə bağlı yetərli nəticələr əldə edilmir və bu da cəmiyyətin haqlı narazılığına səbəb olur.

Yenixeber.org: İlkin olaraq qeyd edək ki, Müqayis Verdiyevin oğlu Anar, “Nar mobil” operator şirkətində mühüm vəzifəyə 150 min manata təyin olunması ilə bağlı əvvəlki yazılarımızda da bəhs etmişdik. Anar Verdiyev bu şirkətdəki vəzifəsi ilə bağlı ətrafına özünün iqtisadi təsirini artırmış və hər kəsin gözündə "güvənilir" bir şəxs imici yaratmağa çalışmışdır.
Digər tərəfdən, Abu Dabi Avtosalonuna dair daha çox məlumat ortaya çıxır. Şikayətçilərin verdiyi məlumata görə, Müqayis Verdiyev, avtomobil satışlarında zərərçəkən şəxslərlə razılaşmalar bağlayıb, ancaq ödənişləri yerinə yetirməyib. Bununla yanaşı, apardığımız araşdırmalar nəticəsində, Verdiyevin Abu Dabi Avtosalonuna şərik olduğu və bu salonların açılışının onun etdiyi qanunsuz işlərlə üst-üstə düşdüyü məlum olmuşdur. Salonun açılış tarixləri və bu müəssisənin arxasında duran şəxslərin kimlikləri daha da müəmmalıdır. Məlum olur ki, salonlar Verdiyevin yaxın ətrafı tərəfindən idarə olunur və burada gələn gəlirlər ölkədəki müxalifət qüvvələrinə, xüsusən də Əli Kərimlinin partiyasına yönləndirilir. Həmçinin verilən məlumatda “Salam Avto” adlı avtosalonunda açılaraq Zeyqəmin guya bu salonu işlətməsi diqqətə gətirilməklə ən böyük biznesini qanunsuz işlərindən uzaq tutmağ planını həyata keçirmişdir.
Verdiyevin hakimlər və digər dövlət orqanları ilə əlaqələri isə cəmiyyətin diqqətini daha da çəkir. Məlum olub ki, Müqayis Verdiyev cəza almadan əvvəl, yaxın zamanlarda azadlığa buraxılacağına dair ismarıclar verib. Onun yaxınlarına bildirdiyi məlumatglarda qeyd edilib ki, hakimlə razılıq əldə edilib və 120 min manat qarşılığında hakim xəstəliyin əsas götürməklə şərti cəza təyin edərək Təxridxanadan azad edilməsini təmin edəcəkdir. Bu sözlər Müqayis verdiyevin yaxınlarına bildirdiyi məlumatlarda yer alan ifadələrdir. Bu vəziyyət hakimlərin qanunları necə təfsir etdiyi və rüşvət ilə bağlı şübhələri artırır. Verdiyevin dilindən verilənlərə görə, yaxın zamanda çıxacağına dair müəyyən razılaşmalar əldə edildiyi iddia yer almaqdadır.
Hazırda, Müqayis Verdiyevin Gəncə şəhər Təcridxanasında olduğu bildirilsə də, son dövrlərdə verilən məlumatlara əsasən, o, qısa müddətdə azadlığa buraxılacağını düşünür. Bu isə cəmiyyətin haqlı suallarına səbəb olur: "Belə bir şəxsin azadlığa buraxılması nə dərəcədə qanunidir və onun azadlığa buraxılmasında hansı faktlar rol oynayır?"
Qeyd edək ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev Mürsəl oğludur. Onun vəsifəyə təyin edilməsindən sonra qanunsuz qəbul eilən qərarlara qarşı sərt yanaşması ilə yaddaşlarda qalıb. Lakin Müqayis verdiyev CM-nin 178-ci maddəsi ilə insanlara 1 milyondan artıq zərər vurmuş şəxsi hansı şərtdə azadlığa buraxılması təmin ediləcəyi sual altındadır. Bu cəmiyyət üçün sual olaraq qalsada Müqayis Verdiyev üçün artıq razılaşdırılmış kimi qəbul edilən mativ olaraq Xəstəliyi əsas götürülməklə işinin həlli istiqamətində razılığında alındığı bildirilir. Bu iddialar Müqayis Verdiyevin yaxınlarına verdiyi şad xəbərin təfərüatlarındadır.
Müqayis Verdiyevin azadlığa buraxılması məsələsi, yalnız onun şəxsi həyatını deyil, həm də hüquq sisteminin nə dərəcədə şəffaf və ədalətli işlədiyini göstərən vacib bir testdir. Hüquq mühafizə orqanlarının və məhkəmələrin bu kimi şəxslərə necə yanaşacağı, gələcəkdə ölkədəki hüquq müstəvisindəki islahatların uğurunu müəyyən edəcəkdir.
Cəmiyyətin bu şəxs tərəfindən aldadılan dəymiş zərərləri ödənilməyən fərdləri sual edir. Ali Məhkəmənin sədri cənab İnam Kərimov Müqayis Verdiyevi Azadlığa hansı hakim hansı qanun boşluğundan şəxsi mənfətinin təmin edilməsi məqsədi ilə azadlığa buraxacaq?
Güman edilir ki, Ali Məhkəmənin səlahiyyətli şəxsləri bu vətəndaşın suallarına cavab verəcəkdir.
Biz redaksiya olaraq, mövzuya dair daha çox məlumat əldə etməyə çalışacaq və cəmiyyətin bu məsələyə dair fikirlərini daha geniş işıqlandıracağıq. Belə bir şəxsə verilən hüquqi reaksiyalar və hüquq mühafizə orqanlarının fəaliyyətləri hər kəsin diqqətini cəlb etməkdədir. Bu yazı ilə həmçinin dövlətin, ali məhkəmə qurumlarının diqqətini bu mövzuya yönəltmək və hüququn aliliyini təmin etmək məqsədini güdürük.
Bizi izləyin və bu mövzuya dair yeniliklərdən xəbərdar olun.("Bakunews.az")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam