Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Binə icra nümayəndəsi Ərəstun Əlisoy sahibkarlıq fəaliyyəti ilə məşğuldur? -FOTO

bitmap-img6

Ərəstun Əlisoyun özünəməxsus sahibkarlıq fəaliyyətini açıq şəkildə davam etdirdiyi bildirilir.
Yenixeber.org: Azərbaycanda məmurların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları adi hala çevrilib. Sahibkarlıqdan dövlət qulluqçusuna keçən bəzi şəxslər isə qanunverciliyin qadağalarını heçə sayaraq, köhnə işlərini açıq yaxud dolayı yollarla davam etdirməkdədirlər.
Əldə etdiyimiz məlumata görə belə məmurlardan biri də Xəzər rayon Binə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsini icra edən  Ərəstun Əlisoydur.
 
Bildirilir ki, sahibkarlıqdan dövlət qulluqçusu vəzifəsinə gələn Ərəstun Əlisoy köhnə işini olduğu kimi davam etdirir.
Belə ki, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi ünvanında yerləşən Verona Palace restoranı Ərəstun Əlisoya məxsus olduğu iddia edilir. İcra nümayəndəsinin Binə qəsəbəsində xeyli sayda obyektinin olduğu deyilir.
Həmçinin Verona Palace restoranının yanında yerləşən Laçın super market kimi fəaliyyət göstərən obyektin də Ərəstun Əlisoya məxsus olduğu və icarə verildiyi iddia edilir. Bundan başqa Binə qəsəbəsində aparılan qanunsuz tikinti işlərinə də Ərəstun Əlisoyun nəzarət etdiyi deyilir.
Məsələ ilə bağlı Ərəstun Əlisoydan münasibət örgənməyə çalışsaqda, icra nümayəndəsi sorğumuzu cavabsız qoydu.(azfakt.com)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam