Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!

Saray, Novxanı və Mehdiabad icra nümayəndələri bu qanunsuzluqda necə iştirak edirlər? 

Yenixeber.org: Abşeron rayonunun Saray qəsəbəsindən, Novxnı kəndi və Mehdiabad qəsəbəsindən keçən yeni yolla bağlı ağlasığmaz korrupsiya faktları mövcuddur. Bu faktların təhlili göstərir ki, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Abşeron Rayon İcra Hakimiyyətinin başçsı Abdin Fərzəliyevlə birləşərək dövlət başçısını aldatmağa çalışır. 

           Bəs onlar bunu necə edir?

"Azərbaycan Reallığı" xəbər verir ki,  Prezident İlham Əliyevin ölkəmizin çiçəklənməsi, iqtisadiyyatımızın yüksəlişi, vətəndaşların rahat hərəkəti üçün yol və kommunukasiyaların inkişafına xüsusi diqqət yetirir. Bu məqsədlə də hər il ölkəmizdə yol çəkilişlərinə milyonlarla manat məbləğində vəsait ayrılır. Hazırda inşası davam edən, xalq arasında “Yeni yol” kimi tanınan Saray-Novxanı-Mehdiabad yolunun çəkilişi davam edir. Saleh Məmmədov və icra başçısı Abdin Fərzəliyev bu mühüm layihədən mümkün qədər daha çox vəsait qamarlamaq üçün olduqca hiyləgər üsula əl atıblar. Bu məmurlar özlərinə bağlı iş adamlarının vasitəsilə yolun üzərindəki bütün boş torpaq sahələrini müxtəlif tikililərlə doldurublar.  

Yeni yolun üzərindəki bütün boş torpaq sahələrində evlər, anbarlar, tövlələr və s. inşa olunub. Məqsəd isə birdir: yol çəkilişi ilə bağlı özlərinə, yaxınlarına məxsus bu obyektləri plana salmaq, bundan milyonlarla manat məbləğində vəsait qazanmaqdır. Yəni Saleh Məmmədovla Abdin Fərzəliyev tikililərin sayını süni şəkildə artıraraq dövləti mümkün qədər çox ziyana salmağa, özləri isə mümkün qədər çox qazanmağa çalışırlar.  

Bunun Saleh Məmmədov üçün ikinci baxımdan da böyük uduşu var. Çünki yolun üzərindəki tikililər plana düşəndə onların sökülməsi saxta tenderlər əsasında Saleh Məmmədova yaxın şirkətlərə veriləcək ki, bu da onun üçün “yox yerdən” əlavə milyonlar deməkdir. Gələn yazımızda bu məsələdə Abdin Fərzəliyev və onun yerlərdəki əlaltılarının - Saray qəsəbə nümayəndəsi Rövşən Rəcəbov, Novxanı kəndi icra nümayəndəsi Rövşən Rüstəmov və Mehdiabad icra nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri haqqında gələn yazıda ətraflı məlumat verəcəyik.(Azerbaycanreallığı) 

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam