Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

Amerikada yaşayan jurnalist Qənirə Ataşova “VMR Klinikası”nın rəhbəri Vüsal Həsənovla bağlı ilginc faktlar ortaya çıxarıb. O V.Həsənovun bir neçə dəfə həbs həyatı yaşadığını bildirib.

Yenixeber.org: Q.Ataşova əlində bu faktları təsdiqləyəcək sənədlərin də olduğunu bildirib:

“Əldə etdiyimiz məlumata görə, Vüsal Həsənov Ermənistanda, Krasnoselsk rayonunda anadan olub, hazırda Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.

Məsələ burasında maraqlıdır ki, Həsənov Vüsalın cinayət keçmişi də kifayət qədər zəngindir. Rəsmi məhkəmə qərarlarına əsasən, o, müxtəlif illərdə bir neçə dəfə məhkum olunub:

13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq,

16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,

30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,

11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.

Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır!
Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunan indi insanlara şəfa verməyə çalışır”.(tribunainfo)

Qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam