Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Mahal” MTK-nın rəhbəri haqqında üçüncü cinayət işi -Təqsirləndirilən şəxs qismində yenidən məhkəmə qarşısında

“Mahal” Mənzil-Tikinti Kooperativinin (MTK) sədri İlqar Rəhimov yenidən cinayət məsuliyyətinə cəlb edilərək, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

Yenixeber.org: Bu dəfə məhkəmə qərarını icra etməməyə görə tikinti şirkətinin rəhbəri haqqında cinayət işi başlanıb.

Məlumata görə, 60 yaşlı İlqar Rəhimova məxsus şirkəti Azadlıq prospekti 158 ünvanında Şahlar Həsənova məxsus qarajı özbaşına dağıdıb.

Qaraj sahibi məhkəməyə müraciət edib. Məhkəmə vətəndaşın xeyrinə qərar çıxarsa da, tikinti şirkəti qərarı icra etmək istəməyib. Qərara əsasən, qaraj əvvəlki vəziyyətinə qaytarılmalı, sahibinə də 3400 manat pul ödənilməli idi.

+2021-ci ilin əvvəlində çıxarılmış bu məhkəmə qərarının icra olunmamasına görə “Mahal”ın rəhbərinə icra məmurları bir neçə dəfə xəbərdarlıq edib.

Nəticəsi olmadığına görə iki dəfə inzibati qaydada iş başladılıb. MTK sahibi əvvəl inzibati qaydada 5000 və 2000 manat olmaqla, iki dəfə cərimələnib. Buna da əhəmiyyət verməyib. Ondan sonra 2024-cü ildə barəsində Cinayət Məcəlləsinin 306.2 maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, İlqar Rəhimov haqqında bu, üçüncü cinayət işidir. Birinci dəfə onun haqqında sənəd saxtakarlığı ilə bağlı cinayət işi başlanıb. İkinci cinayət işi isə qanunsuz ağac kəsmə ilə bağlı olub. O işlə əlaqədar Amnistiya Aktı tətbiq edilib. Şirkət rəhbəri deyib ki, sökülmüş qarajın yerində 2 mərtəbəli yeraltı avtomobil dayanacağı və su anbarı inşa edilib, bu səbəbdən qərarın icrası mümkün olmayıb. Lakin onlar qarşı tərəflə artıq razılığa gəliblər. Zərərçəkmiş Şahlar Həsənov da bunu təsdiqləyib. O, ərizəsində göstərib ki, “Mahal” MTK ona bir müddət əvvəl yaşayış binasının yeraltı qarajında iki avtomobillik yer verib.

Zərərçəkmiş tərəfin şikayətçi olmadığı nəzərə alınıb və məhkəmə İlqar Rəhimov haqqında cinayət işinə xitam verib.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam