Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İlham Rəhimov Rusiyanı nüfuzlu azərbaycanlılardan BELƏ TƏMİZLƏDİ... -İLGİNC FAKTLAR...

İlham Rəhimov Rusiyanı nüfuzlu azərbaycanlılardan BELƏ TƏMİZLƏDİ... - İLGİNC FAKTLAR...
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov özünü Azərbaycanda bir qədər yox, tamamən tərs yöndən tanıdır... tanıtmağa çalışır.
Yenixeber.org: Bu məsələdə isə ona nəzarətində saxladığı, təsir etdiyi KİV-lər əməllicə dəstək verir. Dəridən-qabıqdan çıxaraq illah edirlər ki, İlham Rəhimov heç də Rusiyanın siyasi-kriminal çevrəsinə aid deyil... o Azərbaycanın bir maarifçi-xeyriyyəçi elm adimi, ziyalısıdır. Amma əslində...
Bu gün hətta barəsində sosial şəbəkələrdə bir cümlə yazıldıqda belə böyük trol sürüsünün müdafiəsinə sığınan İlham Rəhimov indiyənə qədər Rusiyada Azərbaycan adına ən böyük zərbəni vurmuş fiqur hesab olunur. Yəni realı budur... ortalıqdakı təqdimat isə tamam fərqlidir.
Elə buna görə də İlham Rəhimov sözügedən qəbildən olan faktların arxivləşməsinin, ictimailəşməsinin qarşısını zaman-zaman alır, bu yöndə ciddi enerji sərf etməkdədir. Nəticəsi də göz önündədir: adamın adını internetdə axtarışa verəndə qalaq-qalaq məddah yazıları gəılir. Hətta hansısa ciddi siyasət adamı belə onun qədərində özünü çirkablardan təmiz tutmur.
İlham Rəhimovun əsl kimliyini isə Rusiyada yaşayan azərbaycanlılar daha yaxşı bilir. Kimdir bu adam?
Diqqət yetirin, İlham Rəhimovun sayəsində vaxtilə Rusiyanın kriminal aləmindən tutmuş, ayrı-ayrı siyasi və iqtisadi çevrələrinə nüfuz edən soydaşlarımız bu gün bütün istiqamətlərdə ya geri oturdulub, ya da birdəfəlik çıxdaş olunub.
Bunun nəticəsidir ki, Rusiyadakı soydaşlarımız Sankt-Peterburq və Moskva kimi şəhərlərdə Rusiyanın siyasi çevrələrinin tulapayısına ümidli olaraq biznes qurma fürsətinə malikdirlər. Bu isə İlham Rəhimovun xidmətinin nəticəsidir. Məhz onun sayəsində onlarla azərbaycanlı iş adamı Rusiyanın biznes mühitindən müxtəlif yollarla və müxtəlif formada uzaqlaşdırıldı. İndi Rusiyanın biznes mühitində irim planda yalnız siyasiləşmiş azərbaycanlılar, yəni icazəli biznesmenlər qala biliblər ki, onların da sayı barmaqla hesablana bilər və onlar da mütləqdir ki "Putinin dostu" kimi tanıdığımız İlham Rəhimovun qılıncının altından keçələr...
Əks halda... aqibətləri bəllidir. "Putinin dostu" kimi tanıdığımız və əslində Rusiyanın birbaşa VASSALI kimi hərəkət edən İlham Rəhimova bu gün məhz Azərbaycanda oturma tapşırığı qoyulub. Bunu hiss etməmək imkansızdır. Putin bu yolla Azərbaycana nüfuz edir. Və bu həm də o deməkdir ki, Azərbaycan bir dövlət olaraq həqiqətən də "Putinin dostu"ndan faydalana bilməyib və PUTİNİN DOSTU... elə PUTİNİN DOSTUDUR... Azərbaycanın deyil...
Növbəti yazıda:
Rusiyadakı hansı bazarları İlham Rəhimovun sayəsində itirdik?
Hansıazərbaycanlı kriminal aləm üzvləri İlham Rəhimovun sayəsində zərərsizlkəşdirildi?
DAHA NƏLƏR?
Bizi izləyin...(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam