Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Qadının evini başına yıxan “Melissa Group”la bağlı DƏHŞƏTLİ FAKTLAR

Qadının evini başına yıxan “Melissa Group”la bağlı DƏHŞƏTLİ FAKTLAR
Xəbər verdiyimiz kimi, “Melissa Group” tikinti şirkətinin işçiləri bu gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Yenixeber.org: Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb və araşdırma aparılır.
“Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov, baş direktoru isə Xəzər Məmmədovdur.
Qeyd edək ki, “Melissa Group” dəfələrlə bu cür qalmaqalların mərkəzinə gəlib. Maraqlısı isə odur ki, şirkətdən narazı olanlar yalnız evi başına uçurulan, lazımı kompensasiyanı ala bilməyənlər deyil, həm də “Melissa Group”un xidmətindən istifadə edənlər, ondan ev alanlardır.
Araşdırmamıza görə, vəziyyət o həddə çatıb ki, “Melissa Group”a daxil olan MTK-ların yüz cür fırıldağından bezən sakinlər müxtəlif sosial şəbəkələrdə səhifə və kanallar yaradıblar. Məsələn, Facebook-da "Melissa Park(ASP MTK) kompleksinin şikayətçi sakinləri" adlı qrup yaradılıb. YouTube-da da eyni adlı kanal açılıb. İstifadəçilər tez-tez bu səhifə və kanallarda “Melissa Group”un özbaşınalıqlarını əks etdirən yazı, foto və videomaterialları paylaşırlar.
 
Bəs, “Melissa Group” sakinlərin başına hansı oyunları açır?
Bununla bağlı yaxın keçmişə aid olan bəzi faktları təqdim edirik:
Birinci fakt. Bir müddət əvvəl Həsən bəy Zərdabi prospekti, 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksinin sakinləri yaşadıqları binada əsassız qiymət artımından şikayət edirdilər.
Sakinlər bildirirdilər ki, sözügedən yaşayış kompleksinin qarajında standart parkinq yerləri üçün aylıq ödənişlərin 75 manatdan başlayacağı qeyd edilən elan vurulub. Halbuki buna qədər parkinq yerləri üçün aylıq ödəniş 50 manat idi. Beləliklə, “ASP” MTK parkinq üçün qiymətləri birdən-birə 25 manat qaldırmışdı. Amma bu hələ harasıdır? Sakinlərin dediyinə görə, illərdor aylıq ödəniş edilən zaman onlara heç bir sənəd verilmir. Bu səbəbdən dəxidmət göstərən tərəfi rəsmi şəkildə müəyyənləşdirmək mümkün deyil. İkincisi, 75 manat müqabilində göstərilən xidmətin məzmunu və xidmət göstərən tərəfin öhdəlikləri də bəlli deyil. Üçüncüsü, sakinlər faktiki olaraq, yaşadıqları binaya girmək üçün şlaqbaumun qaldırılmasına görə pul ödəməyə məcbur edilirdilər. Dördüncüsü, bu üsulla şirkət vergidən yayınır və dövlət müdcəsinə ödənilməli olan külli miqdarda pul mənimsənilir.
İkinci fakt. ASP MTK-nın istifadəyə verdiyi binalardan birində CityNet provayderinin xidməti heç bir səbəb göstərilmədən ləğv edilib. Əvəzində isə sakinlər "Melissa Group"un provayderinə (Sline) qoşulmağa məcbur ediliblər.
Üçüncü fakt. "Melissa Group" istifadəyə verdiyi əksər binalarda sakinlərin binanın idarəçiliyi üçün MMC yaratmasına müxtəlif üsullarla mane olur, əvəzində özü MMC yaradır və istismara verilmiş binaların idarəçiliyindən də xeyli qazanc əldə edir. Buna nail olmaq üçün şirkətin işçiləri özlərini sakin və ya qonşu kimi təqdim edir, imza topalyırlar. Bu alınmayanda isə onlar imzatoplamanı guya MTK-nın ləğvi bəhanəsilə həyata keçirirlər. Sakinlərin dediyinə görə, bu MMC-lər heç də xidmət göstərmək üçün deyil, onları soymaq üçün yaradılır.
Əlbəttə, bu, sakinlərin "Melissa Group"la bağlı narazılıqlarının cüzi bir hissəsidir. Neçə illərdir, dövlət qurumları sakinlərin bu kimi şikayətinə baxmadıqları üçün "Melissa Group" artıq içində insanların yaşadığı binanı onların başına yıxmaqdan belə çəkinmır.
Bakupost.az
Və sonda daha bir maraqlı fakt. Bütün özbaşınalıqlara rəğmən, "Melissa Group"un rəhbəri Qalib Məmmədov bir neçə il əvvəl nüfuzlu "Türk Dünyasına Xidmət Ödülü" ilə təltif olunub. İndi Allah eləsin ki, Yasamaldakı insidentə görə dövlət qurumları lazımı ölçü götürsün. Yoxsa bu gedişlə Qalib Məmmədov türk dünyasının da evini yıxacaq....
Nahid,BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam