Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

AAAF Park qanunsuz tikintilərin meydanına çevrilib – Əhalidən etiraz-FOTOFAKT

Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qanunsuz, nizamsız tikintilərin əlindən hərəkət etməyə yer qalmayıb.

Yenixeber.org: Problem barədə danışan sakinlər bildirib ki, onsuz da Xırdalanda hər tərəf qanunsuz zəbt edilərək obyekt tikilir. Bu hal indi də sözügedən kompleksin həyətində vüsət alıb. Ümumi işlək səkilərdə, binaların arasındakı boşluqlarda bir gecədə dəmir konstruksiyalı obyektlər inşa edilir.

Sakinlər bildirib ki, bayram günlərindəki sakitlikdən istifadə edən obyekt sahibləri işlərini gecə ilə görür:

“Səhər durub görürük ki, səkinin düz ortasında yeni obyekt tikilib. Kim tikir, nə vaxt tikir nə görən var, nə bilən. İki adam yanaşı hərəkət edə bilmir artıq. Hər gün artır belə qanunsuz tikililər. Buna bir nəzarət edən olmayacaq?. Elə satıb, tikəcəklər bütün boş qalan yerləri? Bəs bu camaat necə hərəkət etsin? Bu qədər də özbaşınalıq, qanunsuzluq olmaz axı. Kim harada nə gəldi tikir, nə kompleks rəhbərliyi, nə icra hakimiyyəti, nə başqa aidiyyəti qurumlar maraqlanır. Çünki hamısı haqqını alıb oturub”.

Sakinlər aidiyyəti qurumların, Abşeron İcra Hakimiyyətinin, “AAAF Park” rəhbərliyinin bu kimi hallara qarşı tədbir görməsini tələb edir.(tribunainfo.az)

media-22media-23media-24media-25media-26


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam