Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Masazırda icazəsiz tikinti işləri davam edir…- Bu “makler”ləri icra başçısı isə himayə edir?-FOTOFAKT

Aidiyyatı qurumlardan gizli şəkildə aparılan tikinti işlərinə kimlər nəzarət edir?

Yenixeber.org: Abşeron rayon Masazır qəsəbəsi Xəqani 92 ünavnında qanunsuz tikinti işləri aparılması ilə bağlı redaksiyamıza ərazidə yaşayan sakinlərdən məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, Masazır qəsəbəsi Xəqani 92 ünavanında  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan gizli və qanunsuz şəkildə həyət evlərinin inşası həyata keçirilir.

Sakinlərdən redaksiyamıza  daxil olan digər məlumatda bildirilir ki, Xəqani 92 ünvanında  həyata keçirilən qanunsuz tikintilərə Çingiz Təhməzov adlı “makler” rəhbərlik edir. Hazırda ərazidə 10-a yaxın heç bir sənədi olmayan kiçik evlər tikilməkdədir.

Çingiz Təhməzov barəsində bir neçə dəfə hüquq mühafizə orqanlarına şikayət edilsədə, sonda adı çəkilən şəxs himayədarlarının köməyi ilə məsuliyyətdən qurtula bilib.

Sakinlər idda edir ki, Çingiz Təhməzov gizli tikintiyə icazəni Abşeron rayon İcra hakimiyyətindən aldığını bildirir.

Apardığımız araşdırmada məlum oldu ki, Çingiz Təhməzov adlı şəxsə himayədarlığı yaxın qohumu olan “Sumqayıt Bulvar” MMC-nin baş direktoru vəzifəsində işləyən Seymur Məmmədov edir.

Məlumata görə Seymur Məmmədov yaxın ətrafına Abşeron icra başçısı Abdin Fərzəliyevin qara kassası kimi tanınan Nurlan Həsənovla anlaşdığını deyir.

Bildirək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən çıxarılıb.

Bundan başqa Seymur Məmmədovun adı bir müddət öncə Abşeron rayon Masazır qəsəbəsində “göl” adlanan ərazidə heç bir rəsmi icazə olmadan qanunsuz evlərin tikintisini həyata keçirən və onları kredit şərtləri ilə satışını reallaşdıran Elçin və Xəyal adlı şəxslərin himayəsində də çəkilirdi.

Məsələ ilə bağlı araşdırmamız davam edir.Adları keçənlərin açıqlamasını dərc etməyə hazırıq.(xalq .az)

  


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam