Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft və Sənaye Universitetinin məzunları harada iş tapa bilir? -ARAŞDIRMA

Yenixeber.org: Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. İlk araşdırma Bakı Dövlət Universitetinin (BDU) məzunlarına həsr olunub.

Bu yazıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları araşdırılır.

Qeyd edək ki, ADNSU-nun rəsmi olaraq qurulmasının tarixi 1920-ci illərə gedib çıxır. Hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ADNSU-nun ayrı-ayrı fakültələri əsasında yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə ADNSU-dan 6 minə yaxın tələbə məzun olub. Onların 64.7 faizi işlə təmin olunub.

İşlə təmin olunan ADNSU məzunlarının əksəriyyəti kişidir, yalnız 29%-i qadındır. İş yeri tapan məzunların əksəriyyəti qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:

Kimya mühəndisliyi – 516 nəfər

Neft-qaz mühəndisliyi – 466 nəfər

Neft-qaz qurğuları mühəndisliyi – 391 nəfər

Sənayenin təşkili və idarə olunması – 330 nəfər

Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 212 nəfər

Elektroenergetika mühəndisliyi – 202 nəfər

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 198 nəfər

Geologiya mühəndisliyi – 189 nəfər

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 176 nəfər

Elektrik mühəndisliyi – 175 nəfər

 

ADNSU məzunlarının ən çox iş tapdığı yerlərdən biri “Kapital Bank”dır. 2018-2021-ci illərdə bu universitetdən məzun olan 77 nəfər bankda işləyir. “AZNEFT” istehsalat birliyi, ADNSU-nun özü, "Azərbaycan Beynəlxalq Bankı", "Azərişıq", Heydər Əliyev adına neft emalı zavodu məzunların ən çox iş tapdığı yerlərdir.

 

Universitetin məzunları daha çox iş tapan ixtisasları aşağıdakılardır:

 

Kimya mühəndisliyi – 298 nəfər (məzunların 63 faizə yaxını)

Neft-qaz mühəndisliyi – 274 nəfər (məzunların 59 faizə yaxını)

Neft-qaz qurğuları mühəndisliyi – 251 nəfər (məzunların 64 faizi)

Sənayenin təşkili və idarə olunması – 228 nəfər (məzunların 69 faizi)

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 139 nəfər (məzunların 70 faizi)

Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 139 nəfər (məzunların 65 faizi)

Elektroenergetika mühəndisliyi – 137 nəfər (məzunların 68 faizi)

Elektrik mühəndisliyi – 130 nəfər (məzunların 74 faizi)

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 124 nəfər (məzunların 70 faizi)

Geologiya mühəndisliyi – 111 nəfər (məzunların 63 faizi).(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam