Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran generalı həqiqəti demədi -Səbəb?..

 Natkotik maddələrə və cinayətkarlara qarşı mübarizədə Azərabycanın Şirvan bölgəsini əhatə edən ərazilər – yaşayış məntəqələri BMT sənədlərində xüsusi yer tutur. BMT-nin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşı, “Narko-kəşfiyyat” kitabının müəllifi A.N.Selano göstərir ki, Azərbaycanın narkotiklərə qarşı apardığı mübarizədə çox böyük strateji əhəmiyyəti olan Şirvan bölgəsinin polisləri, digər hüquq-mühafizə işçiləri, ümumən ictimaiyyət xüsusi nümunə göstərirlər. 
Yenixeber.org: Araşdırmalarımıza görə, Xəzər dənizi Avropaya açılan “narkoqapılar”dan birini təşkil edir. Məsələn, Təbriz-Cəlilabad-Sumqayıt-Batumi-Qara dəniz (Türkiyə), İstanbul-Şərqi Avropa... marşrutu rəsmi sənədlərində xatırlanır. Faktiki olaraq, Türkiyə opiumdan heroin istehsal edən ən böyük laboratoriyadır. Narkotik problemlərlə məşğul olan Beynəlxalq İnstitutun Araşdırma Mərkəzinin hesabatlarında (ABŞ) belə bir məsələyə də toxunulur ki, həm Xəzər, həm də Qara dənizdə beynəlxalq narkobiznesə məxsus katerlərin, motorlu qayıqların, gəmilərin görünməsi ehtimalı da çoxdur. Məlumata görə, “Kapsul” – beynəlxalq narkobiznesli “SM-4” qeydiyyatlı Narkotik Əlaqələrlə bağlı Strateji Mərkəzin (İspaniya) “kəşfiyyatçılar”ı Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində yeni “narkomarşrut”un planı haqqında götür-qoy edirlər və bu marşrut Cənubi Qafqazda yeni narkomarşrut kimi də qeyd olunur. Bu da ehrimal olunur ki,  BTC-yə İran da qoşulsun. Onda kəmərin statusu və beynəlxalq neft kəməri Xəzərin Fars körfəzi ilə biləşməsini təmin edəcək. Yaxud Fars körfəzi-Xəzər dənizi-Qara dəniz marşrutu yaranacaq. Araşdırma materiallarına görə, bir zaman yada düşməyən, sonra ehtimal edilən bu xətt-plan artıq reallığa çevrilir. Paralel olaraq Fars körfəzi-Xəzə dənizi-Qara dəniz xətti boyunca da narkoticarətin yeni marşrutu cızılır. Məsələn, məlumata görə, Tehran oktyabrın 17-də Aşqabada dörd ədəd “Aşura” adlı motorlu qayıq bağışlayıb. İri və müasir tipli silahla təmin olunmuş bu qayıqda altı nəfər sərhəd sularına narkokuryerlər nəzarət edəcək. 
Amerikada nəşr olunan “World Net Daily” mətbu orqanı isə açıqlamasında göstərir ki, beynəlxalq narkoticarətdə məşhur olan Üsəma bin Ladenə məxsus 055 saylı narkodəstə - 15 gəmi ilə Sakit və Hind okeanlarında artıq görünür. Qətərin “Əl Cəzirə” telekanallarına müsahibə verən Ladençilər isə xatırladır: “Bizim Xəzəryanı ölkələrin hər birində maraqlarımız var. Bu maraqları qoruyan dostlarımız var...”. Məlumata görə, bu “anlaşılmaz maraqlar” çərçivəsində markodollarlar, neftdollarları, çirli pulların yuyulması məsələləri də həll olunur. Beynəlxalq Kiber terrorda adı çəkilən 055 saylı beynəlxalq narkoticarətlərin xətləri artıq Türkmənistanda kəsişirdi. Ölkənin  narkoticarətinə qoşulmuş hökumət və dövlət strukturlarının məmurları ildə təqribən 2 milyard dollar gəlir əldə edirdilər (bu işdə ittiham olunanlar var). 
Xəzər dənizindəki narkotik maddələrin qaçaqmalçılıq yolu ilə daşınmasında ən böyük nəzarət Türkmənistanda geniş ad qazanmış “Ölmüş Qurbanbibinin adamları”na məxsusdur. Məlumata görə, Aşqabad istintaq materillarında toplanmış ifadələrdə Xəzərin Azərbaycan sektorunun da adı çəkilir, azərbaycanlı tanışlarından olan iş adamlarının ünvanları nişan verilir. 
Araşdırma materiallarında bu aydın olub ki, Türkmənistanda sensasiyalı bir iş olan “Narkoiş”də Qazaxıstana, RF-yə, İrana,.. Azərbaycana məxsus dəniz nəqliyyatı da iştirak edib. 
Əldə etdiyimiz məlumatlardan bəlli ki, Astanada yaşayan əhalinin 32,4 faiz, Aşqabadda 36,6 faiz, Moskvada 49,2 faiz, Tehranda 29,9 faiz, Bakıda isə 27,8 faizi... müxtəlif növ narkotik maddələrdən istifadə edir. ABŞ Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Narkotik maddələrə Qarşı mübarizə idarəsi”nin məlumatına görə Orta Asiya və Cənubi Qafqaz regionlarının təhsil müsəssisələrində narkotik maddələrin məxfi satışı və istifadəsi halları atıb. Məsələn, təkcə RF-nın təhsil sistemində bu məsələnin qurulması və yayılması üçün 419 məxfi cinayətkar qrup iş görür... 
BMT sənədlərində maraqlı bir məlumat da var. Vurğulanır ki, erməni narkotacirlərinin əlində artıq Qarabağın işğalında azad olunmuş ərazilərində tikilmiş hava limanlarından bəhs edən xüsusi “Dairə xəritələri” var. Qazaxıstanda isə belə bədnam qrupların sayı 286-ya, Azərbaycanda isə 73-ə çatıb. İdaərənin əməkdaşı polkovnik Uilyam Olbrayt hesabatında qeyd edir. “... Orta Asiya və Cənubi Qafqazdakı təhsil sistemini bürüməkdə olan bu bəlaya qarşı xüsusi proqram işlənilməlidir. Yalançı işbazların proqramlarından imtina etmək lazımdır...” 
Hesablamalar görə, “Demokratiyanın inkişafı” xəttilə Açıq Cəmiyyət İnstitutunun (ABŞ) Orta Asiya regionlarında (Əsasən Türkmənistan və Tacikistanda) təhsil sistemi üçün ayırdıqları 932 kompüter sisteminin 79,5 faizi xəlvəti olaraq beynəlxalq narkoqrupların “xəttinə çıxıb”. Yəni məktəblərdə quraşdırılmış 
kompüter sistemlərinə soxulan narkoqruplar öz “malları”nı şagird və tələbələrə təklif edir, onları əməkdaşlığa çağırır. Şirvan bölgəsinin “Antikorrupsiya və Anti-terror” Mərkəzinin Apardığı monitorinqlərdə qeyd olunur ki, Daxili İşlər Nazirliyinin narkotiklərə qarşı apardığı mübarizə üsulları yenidir. Orda güzəşt yoxdur. (BMT sənədlərindən). Monitorinqlər göstərdi ki, xüsusən Şirvan və Hacıqabul ərazilərində işlər yenidən qurulub. Xüsusən Hacıqabul İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları monitorinqlərin nəticələrinə görə öz işlərini “Kiber-terrora və cinayətkarlığa qarşı layihə çərçivəsi”ndə aparıblar. (Laihənin rəhbəri V.Xəlilov). Bir fakt da maraqlıdır ki, bir neçə gün bundan öncə narkotiklərə qarşı mübarizədən 
danışan (İran kanalları) danışan İran İslam Respublikasının Prezidenti Yanında Narkotiklərə Qarşı Mübarizə İdarəsinin generalı Ağaye-Zahidyan həqiqəti demədi. Halbuki o, həm Azərbaycanda, həm də sərhəd bölgələrində Azərbaycan polislərinin apardığı təhlükəli və ciddi mübarizələrdən də danışmalıydı. Halbuki 
danışmadı. Səbəb aydındır...  
Azərbaycanda da təhsil sisteminin “kompüterləşmə”si prosesi gedir. Məlumata görə, bu istiqamətdə Azərbaycan tərəfinin təhsil sistemində heç bir təhlükəsizlik proqramı yoxdur. Düşənbə və Aşqabad variantının olması labüddür. Məlumata görə, beynəlxalq narkotranzit keçidlərindən olan Kali, Medelin, Los Lyanov “Narkobiznesi”ndə Xəzər dənizi və onun regionları üstünlük təşkil edir. Ötən əsrin 80-ci illərində formalaşmış Medelin narkoxəritəsində Azərbaycan, Türkmənistan, 
Qazaxıstan, RF, İran üstünlük təşkil edir. Kali beynəlxalq narkoqrupu isə Kali-Rapa-Yerevan-Dəməşq-Tehran-Bağdad-Ankara marşrutunu genişləndiriblər. Bu narkoxəttə artıq Ər-Riyad, Dubay, Küveyt... regionları da qoşulub. Araşdırmalarımıza görə, (Kolumbiya) üst-üstə 6 min hektar sahədə narkotik əkin sahələri var ki, onun 11 min hektarına “David Babar qrupu” başçılıq edir.
Araşdırmalarımıza görə, narkobiznes şəbəkəsi 2023-cü ildən başlayaraq dəni, çay, okean sularından istifadə edərək, öz ticarətini genişləndirir. Hesablamalara görə, narkoticarətin su nəqliyyatı vasitəsilə qeyri-qanuni alınıb-satılması, daşınmasından hər il 380 milyard dollar gəlir götürülməsi ehtimalı var. 

Beynəlxalq Terrorizmə və Korrupsiyaya 
Qarşı Mübarizə Strateji Araşdırmalar 
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə 
fəlsəfə doktoru, professor, politoloq: 
Rövşən Novruzoğlu Vəlizadə   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam