Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Crocus"dakı terror aktının 15 iştirakçısından 8-i təqsirini qismən etiraf edib -YENİLƏNİB

 

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında terror aktının səkkiz iştirakçısı təqsirini qismən etiraf edib.

Yenixeber.org xəbər verir ki, bu barədə 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Ayvar TASS-a bildirib.

"Cinayətin 15 iştirakçısından səkkiz nəfər təqsirini qismən etiraf edib, yeddi nəfər isə təqsirini boynuna almayıb", - o bildirib.

Qeyd edək ki, bu gün terror aktının bilavasitə dörd icraçısı təqsirini etiraf edib və əməllərindən peşman olduqlarını bildirib.

L.Ayvarın sözlərinə görə, Şamsidin Fariduni, Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidakrami Murodali Raçabalizoda zərərçəkmişlərdən üzr istəyiblər.

***

Rusiyada İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall"da törədilmiş terror aktı ilə bağlı işin materiallarına qapalı rejimdə baxacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Müvafiq vəsatət istintaq sirrinin qorunması və proses iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ittihamçısı tərəfindən qaldırılıb.

Bazar ertəsi məhkəmə 19 təqsirləndirilən şəxslə bağlı işə mahiyyəti üzrə baxılmasına başlayıb. Müttəhimlər terror aktı, terror fəaliyyətinə yardım, bu fəaliyyəti həyata keçirmək məqsədilə təlim keçmə və digər cinayətlərdə ittiham olunurlar.

Bundan başqa, terror aktı ilə bağlı cinayət işi çərçivəsində zərərçəkənlər tərəfindən 27 mülki iddia təqdim edilib.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı ötən il martın 22-də baş verib. Dörd terrorçu "Piknik" qrupunun konsertində iştirak edənlərə atəş açıb, daha sonra zalı yandırıblar. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam