“Dərbənd İttifaqı”nın əhəmiyyəti -ŞƏRH
“Bütöv dövlət (vətən) , bütöv xalq” doktrinasının “Dərbənd İttifaqı” adlandırılması vətənimizin ən həsas durumda olan bölgəsinin, Şimal torpaqlarımızın taleyini də güneyli-quzeyli bütün Azərbaycanın fikirində önə çıxarmağa imkan verəcək.
Yenixeber.org: Bu fikir politoloq Xaqani Cəfərlinin “Dərbənd İttifaqı” doktrinası ilə bağlı yazısında yer alır...
Dərbənd Azərbaycan xalqının tarixində müstəsna rolu olan iki şəhərdən biridir. Təbriz dövlətçiliyimizin paytaxtı, ruhumuzun bütövlüyünün şəhəri olduğu kimi, Dərbənd tariximizin və ədəbiyyatımızın beşiyidir. Dərbənd xalqımızın vahid etnos kimi formalaşması prosesinin təməllərinin atıldığı, tarix səhnəsinə çıxışımızın başlandığı məkandır. Məkkə və Mədinə ərəblərin vahid etnos kimi formalaşmasında müstəsna rol oynadığı kimi, Dərbənd və Təbriz də Azərbaycan xalqının vahid etnos kimi formalaşmaısnda müstəsna rol oynayıb.
Təbriz bu gün Güney Azərbaycanın qeyri-rəsmi paytaxtı, Şərqi Azərbaycan vilayətinin (ostan) rəsmi mərkəzi olduğu üçün daha təhlükəsiz vəziyyətdədir. Dərbənd isə Rusiya işğalı altındadır və Təbrizdən fərqli olaraq çox böyük təhlükə altındadır.
Corc Buş (oğul) 2002-ci ildə ilk dəfə “Şər oxu” termini işlədərkən İraq, İran və Şimali Koreyayanı buraya daxil etmişdi. İndi isə “Şər oxu” və ya “Şər qütbü”nə Çin, Rusiya, İran və Şimali Koreya aid edilir. Göründüyü kimi İran “Şər oxu” ifadəsinin yarandığı zamandan bəri bu qütbün üzvü olaraq qalır.
ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveçin birgə bəyanatla çıxış edərək İran kəşfiyyat xidmətlərinin sabitliyi pozmağa yönəlmiş düşmənçilik fəaliyyətində ittiham etməsi belə qənaət yaradır ki, İrana qarşı koalisiyanın formalaşma prosesi gedir. İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının yarımçıq dayanması da məhz koalisiyanın mövcud olmamasının nəticəsidir. İsrail Almaniyanın kansleri Fridriks Merzin dediyi kimi İsrailin bütün Qərbin əvəzinə İrana qarşı “çirkli işi” görməsindən sonra koalisiyanın yaranması qaçınılmaz olmağa başladı. İndi isə belə görünür ki, İrana qarşı koalisiyanın formalaşması başlayıb.
Çin, Rusiya, İran və Şimali Koreyanı əhatə edən, bu ölkələrin adlarının ingiliscə variantının abreviaturası olan “CRINK” yeni şər qütbünü ifadə edir. Tehran “CRINK”-in paytaxtlarından biri olduğu üçün Təbriz bü qütbə aid olmadığını nümayiş etdirməlidir. Təbrizin “CRINK”-a aid olmadığını bütün dünyaya göstərmək Güney Azərbaycanın gələcəyinin müəyyənləşməsində çox böyük rol oynaya bilər. Təbrizin Tehrandan fərqli olaraq “CRINK”-a aid olmadığını nümayiş etdirmək üçün ən uğurlu addım da Azərbaycanın bütövləşmə doktrinasının “Dərbənd İttifaqı” adlandırılması ən doğru variantdır. “Dərbənd İttifaqı”nın seçilməsi Güney Azərbaycanın İrandan fərqli olaraq “CRINK”-a aid olmadığını nümayiş etdirməklə yanaşı, Güney Azərbaycanın Azərbaycan Respublikası ilə birlikdə Rusiya müstəmləkəçiliyinı qarşı olduğunu nümayiş etdirməyə imakn verəcək. Bu Dərbənddən Həmədana kimi geniş bir çoğrafiyada yaşayan xalqımızın milli-siyasi kimliyinin formalaşmasına güclü təkan verə verə, vahid siyasi millətə prosesini sürətləndirərək başa çatmasına səbəb ola bilər. Milli-siyasi kimliyini müəyyən etmədən, vahid siyasi millətə çevrilmədən vahid dövlətdə birləşmək mümkün deyil.
“Bütöv dövlət (vətən) , bütöv xalq” doktrinasının “Dərbənd İttifaqı” adlandırılması vətənimizin ən həsas durumda olan bölgəsinin, Şimal torpaqlarımızın taleyini də güneyli-quzeyli bütün Azərbaycanın fikirində önə çıxarmağa imkan verəcək. Bəşər tarixinin ən qanlı imperiyalarından olan Rusiyaya qarşı Şimal torpaqlarımızı (Dərbənd) bütün Azərbaycan xalqının potensialını səfərbər etməklə qoruya bilərik.
“Dərbənd İttifaqı” doktrinasının gerçəkləşməsi üçün hansı addımların atılmasının gərəkliyi ilə bağlı fikirlərimi növbəti yazıda bölüşəcəm.