Redaktor seçimi
ADAU qohumbazlığın girovuna çevrilib -
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Günün xəbəri

Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -FOTOFAKT

“Qubanın icra başçısının Avstriyadakı 3.6 milyonluq biznesini bu şəxs idarə edir”

AZOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürovun Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə etdiyi bildirilir.
Yenixeber.org: Bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalist yazıb ki, söhbət “S.M.A.N BUSİNESS SOLUTİONS GMBH”dən gedir:
“Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən “ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada “ALPINA PARKİNG GMBH” Almaniya şirkəti ilə ortaq yaradılıb. Şirkət Bakıda Nəsimi rayonu, Eldar Tağızadə, ev 18A ünvanında hüquqi qeydiyyatdadır.
Burada qeydiyyatda olan digər şirkət “ORN GROUP MMC” ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. “ORN GROUP” 2004-cü ildə Bakıda, onun uzantısı “ORN GMBH” isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb.
ORN GMBH Vyanada “Reisnerstraße 61” ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən “S.M.A.N Business Solutions GMBH” də burada fəaliyyət göstərir.
Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada “Kenny” restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan “PKE Holding AG” “ORN GROUP”un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda “PKE CASPIAN MMC” adı ilə özünün Azərbaycandakı qolunu təsis edib.
Avstriya paytaxtında “ESPRESSO MOBIL” brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda “ESPRESSO MOBIL AZE” MMC adı ilə Nəsimi rayonu, Eldar Tağızadə, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur”.
 Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam