Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Müharibə milyardlar yeyir:Kreml pulu necə çatdıracaq?

Ukraynaya qarşı müharibəni davam etdirməyə Kremlin pulu çatmayacaq. Artıq Rusiya hakimiyyəti iri xammal istehsalçılarından və dövlət şirkətlərindən vəsait çıxarmağa hazırlaşır.

Yenixeber.org: İqtisadçılar bildiriblər ki, Rusiyada müharibə ilə bağlı olmayan bütün xərclərin azaldılması prosesi planlaşdırılır. Qeyd olunur ki, baş nazir Mixail Mişustinin hələ dekabr ayında Rusiya rəsmilərinə verdiyi göstərişə əsasən, dövlət şirkətlərindən dividendlər və kömür hasilatı şirkətləri və gübrə istehsalçılarından “birdəfəlik ödəmə” əhəmiyyətli dərəcədə artacaq.

Sənəddə bildirilir ki, Xersondan Rusiyaya 100 min nəfərin köçürülməsi üçün əlavə 175 milyard rubl ayrılmalıdır. Nəşr qeyd edib ki, bu, Rusiya Federasiyasının hakimiyyət orqanlarının şəhərin yenidən ələ keçirilməsinin mümkün olmadığına işarədir:

“Səfərbər edilən pullar Ukraynada genişmiqyaslı müharibə ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək. Dividendlərin məbləği və ya birdəfəlik ödənişlə bağlı qərar hələ qəbul edilməyib, lakin Kreml dövlət şirkətlərinin xalis mənfəətinə 50%-dən aşağı olmayan səviyyədə “rekvizisiya” qoymağa çalışacaq”.

Qeyd edək ki, hələ ötən ilin may ayında Rusiyanın müharibənin hər günü üçün 900 milyon dollar xərcləndiyi bildirilmişdi. Bu pullar hərbçilərin saxlanmasına və yerdəyişmələrinə, aylıq müavinətlərinə, döyüş sursatları və raketlərlə təminatına, texnikaların təmirinə və s. xərclənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam