Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“QARDAŞLARI” ŞEYXULİSLAMI “ALDADIB” –40 ildir “aldanan” Paşazadənin İranın niyyətlərindən xəbəri yoxmuş?!.

Yenixeber.org: Son müsahibəsində İranın hərbi təlimlərini pisləyən Allahşükür Paşazadə 40 ildir şeyxülislam osa da, “qardaşı” hesab etdiyi İran rejimindən bu hərəkəti gözləmədiyini bildirib.

Azərbaycanda orta məktəb şagirdi də bilir ki, cənubdakı soydaşlarımız başda olmaqla İran xalqından fərqli olaraq, Paşazadənin “qardaş” adlandırdığı İranı idarə edən ayətullalardan, xomeneyilərdən, süleymanilərdən, rəisilərdən və s. Azərbaycana heç zaman qardaş olmayıb və omayacaq da. Görünür, bizim şeyxülislama isə bunu anlamaq üçün 40 il(!) lazım imiş. Bəs, görəsən indiyə qədər hamının, xüsusilə də səmimi dindarların gördüyü həqiqətləri görə bilməyən birisi hansı haqla 40 ildir şeyxülislam, “Bütün Qafqazın Şeyxi” titulunu daşıyıb?

Paşazadənin dediklərindən belə çıxır ki, guya İran Azərbaycanı yalnız dünən satıb, dünənə qədər isə can bir qardaşımız olub. Üstəlik, “əl yeri” də qoyur ki, guya İranın dini rəhbərlərinin bu təlimlərdən, satqınlıqdan xəbəri olmayıb(!)… 

44 günlük müharibəyə qədər, onun gedişində və ondan sonrakı dövrdə də Azərbaycanda İranın ən qızğın müdafiəçilərindən, az qala sözçülərindən biri elə Paşazadənin özü olub. O, İranın Qarabağdakı ermənilərə yanacaq və silah ötürməsindən Ermənistana hər cür siyasi, hərbi və iqtisadi dəstək göstərməsinə qədər bütün məsələləri, faktları danır, molla rejimini müdafiə edirdi. Hamının gördüyü şeyləri görmək istəmirdi və görmürdü, ya da özünü görməməzliyə vururdu. Görəsən, şeyximiz bu qədərmi sadəlövh, məlumatsız və “gözdən zəif” idi? Bəs, indi nə oldu, nə baş verdi ki, birdən-birə “ayıldı” və gözləri açıldı? Doğrudanmı, yalnız Arazın o tayına yığılmış sınıq-salxaq top-tüfəngi görəndən sonra beyni işə düşdü? 

Bəlkə, İrandakı geniş etirazlar və molla rejiminin süqutunun yaxınlaşdığını, İran hakimiyyətindəki “qardaşlarının” bərk büdrədiyini hiss etməsi, yaxud Azərbaycanda kimlərinsə ona “sarı vərəqə” göstərməsi şeyximizi “tərpədib”? Təəssüf ki, ondan müsahibə götürən jurnalist bu sualları şeyxə vermədi…

Bəli, şeyxülislam bu müsahibəsi ilə bir növ İrandan, onun Azərbaycana qarşı apardığı məlum aşkar düşmən siyasətindən məsafə saxlamağa, özünü sığortalamağa, “haqq yoluna qayıtdığını” göstərməyə çalışdı. 

Lakin bu zaman “üzürü günahından betər” ritorikaya üstünlük verərək, bu dəfə də şeyxülislam adına yaraşmayan açıq və ucuz məzhəbçiliklə məşğul oldu. Müsahibəsində az qala 40 dəfə azərbaycanlı dindarlarla, əhali ilə bağlı “şiə müsəlmanlar”, Azərbaycan dövləti ilə bağlı isə “şiə dövləti” və s. kimi məzhəbçi ifadələr işlətdi.

Birincisi, Azərbaycan Konstitusiyasın görə dövlətimizin bir adı var! Azərbaycan dünyəvi dövlətdir. Ona nə “şiə dövləti”, “şiə əhalisi”, nə də başqa bir ad qoymaq heç kimin həddi deyil. Azərbaycan burada yaşayan və istənilən dinə, məzhəbə, təriqətə qulluq edən hər bir azərbaycanlının vətənidir, dövlətidir! 

İkincisi, İranın Azərbaycanda 3-5 bisavad məzhəbçidən və pulla satın aldığı zatıqırıqdan başqa heç bir dayağı yoxdur və ola da bilməz! 

Şeyxdən və ətrafındakılardan başqa da heç kim İran rejimini, onun ayətullalarını özünə qardaş hesab etməyib və etmir də. Odur ki, bütün xalqın adından danışıb, İranı və onun başında duran molla sürüsünü zorla “Azərbaycanın qardaşı” elan etməyə, Azərbaycan dövlətinə isə başqa bir ad qoymağa onun nə mənəvi, nə də hüquqi baxımdan səlahiyyəti yoxdur, bu səlahiyyəti ona heç kim verməyib! “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam