Yenixeber.org: 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatları yaratmışdılar, lakin ASALA fəallığı ilə daha çox diqqət çəkirdi. Təşkitatın qurucuları Akop Akopyan və Gevork Açemyandır. Təşkilatın qərargahı Beyrutda, təlim - məşq bazaları isə Suriyada yerləşib.
Akop Akopyan 1980-ci ildə “Nyu -York Tayms”qəzetinə verdiyi müsahibədə bildirmişdi:” Bizim düşmənlərimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
ASALA fəaliyyəti müddətində dünyanın müxtəlif ölkələrində saysız terror aktları törədib. Bunlardan ən geniş miqyaslısı isə türk diplomatlarına və onların ailələrinə qarşı törətdikləri amasız qırğınlar olub. Akopyanın başçılığı ilə ilk belə terror aktı 1973-cü ildə Türkiyənin Los Ancelesdəki baş konsulu Mehmet Baydar və köməkçisi Bahadır Demirə qarşı törədilib. Hər iki diplomat qətlə yetirilib. Türkiyənin Beyrutdakı səfirliyinin baş katibi Oktay Cirit 16 fevral 1976-cı ildə yaxın məsafədən açılan atəşlə öldürülüb. 1978-ci ildə Türkiyənin İspaniyadakı səfiri Zeki Küneralpın maşınına Madriddə silahlı hücum təşkil olunub və səfirin həyat yoldaşı və keçmiş səfir Beşir Balcıoğlu öldürülüb.
1979-cu ildə isə Türkiyənin Laheydəki (Hollandiya ) səfirinin oğlu Ahmet Benler ASALA tərəfindən qətlə yetirilib. 1980- ci ildə Türkiyənin Afinadakı attaşesi Galip Özmen və 14 yaşındakı qızı terror hücumuna məruz qalıb və təşkilatın qurbanı olub. 1981- ci ildə ASALA Türkiyənin Parisdəki konsulluğuna da hücum təşkil edib. 56 konsulluq əməkdaşını 15 saat boyunca girov saxlayaraq, Türkiyədə həbsdə olan erməni və PKK terrorçularının azad olunmasını tələb edib.
Növbəti hədəf isə Ankaradakı Esenboğa hava limanı olub. Hücumda 9 nəfər dinc sakin həyatını itirib və 72 sivil yaralanıb. Bu terroru həyata keçirən Levon Ekmekçiyan edam olunub. 1983- cü ildə İstanbulda Kapalıçarşıya hücum nəticəsində daha iki dinc sakin həyatını itirib.
1983- cü ilin iyul ayında isə terror təşkilatı Türk Hava Yollarının Paris Orly hava limanındakı bürosuna bombalı hücum edib. Hücum nəticəsində 8 nəfər həlak olub və 55 nəfər yaralanır. Bu hadisədən sonra artıq Avropa ASALA -ya qarşı təzyiqləri artırıb.
Terrorçular Fransanın Tehrandakı səfirliyini raket zərbələri ilə vurmaqla hədələyərək, Fransada həbsdə olan 21 erməni terrorçunun azad olunmasını tələb ediblər.
Türkiyəli diplomatlara olan bu terror hücumlar nəticəsində 42- si diplomat olmaqla, ümumilikdə 60 Türkiyə vətəndaşı həyatını itirib. Hələ Akopyanın sağlığında ASALA daxildən parçalanmağa başlayıb və bir -biri ilə düşmən qruplaşmalara ayrılıb. Akopyanın Yunanıstanda, Melkonyanın isə Qarabağda öldürülməsindən sonra parçalanma sürətlənib.
Gevork Açemyan
Levon Ekmekçiyan
Akop Akopyan
Qətlə yetirilən 14 yaşlı qız, hava limanına bombalı hücüm -ASALA cinayətləri
“ASALA” ( Armenian Secret Army for the Liberation of Armenia) 1975 -1991 ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır . Özlərini “Ermənistanının Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlandıran bu terrorçu qruplaşmanın məqsədi qondarma “erməni soyqırımı“nın qisasını almaq və ermənilərin “tarixi torpaqlarını” geri qaytarmaq olsa da, əslində gələcək fəaliyyətində onlara tabe olmayan erməniləri və onları dəstəkləməyən dünya dövlətlərini hədəfə almışdı.