Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ASALA- gizli planlar və SOROS fondu:Araşdırma

 Tarximizi bilmək vacibdir, amma tariximiz qədər də düşmənin tarixçəsini bilmək lazımdır. Bu faktlar sizə lazım olmaya bilər, amma ən azı düşməni daha da yaxşı tanımış olarsınız.

Yenixeber.org: ASALA 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Təşkilatın fəaliyyətini dayandırıldığı deyilsə də gizli şəkildə fəaliyyət apardığı, erməni diasporu ve irili-xırdalı erməni mafioz qrupları halında fəaliyyətlərini davam etdirildiyi iddia olunur.

FB_IMG_1553253169460

“Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlanan bu təşkilatın adının abreviaturası ingiliscə ”Armenian Secret Army for the Liberation of Armenia” kimidir.

FB_IMG_1553253165931

Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır.

FB_IMG_1553253172399

Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşirdi ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır.

FB_IMG_1553253174890

ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.

FB_IMG_1553253177439

Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.1980-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir” Daha sonar silsile suiqəsdlərlə Türkiyənin xaricdəki diplomatları qətlə yetirmişdilər.

FB_IMG_1553253200305

ASALA 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür.
1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır.

FB_IMG_1553253208970

1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan etdilər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlamışdı.

FB_IMG_1553253182345
İsrailin Beyrutu işğal etməsiylə ASALA bu səhəri tərk edir və 1983-cü ildə ikiyə parçalanır:
1.Akop Akopyanın qrupu Yunanıstan və Fələstin ərazilərində yerləşmiş qoca, cavan, qadın, uşaq demədən öldürürlər. Ən dəhşətli terror hadisəsəini Fransanın Orli hava limanında həyata keçirmişdirlər.

FB_IMG_1553253195011
2.Təşkilatın Qərbi Avropadaki qrupu isə “Asala İnqilab Hərəkatıdır”. Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirirlər. Bu hərəkatın lideri isə Monte Melkonyandır. Onun ölümündən sonra liderləri Ara Torayan olmuşdur.

FB_IMG_1553253197592
Akop Akopyan İsrail işğalından sonra ASALA-nın Livandakı 3 təlim düşərgəsini itirdiyini, Fələstinli idarəçilərin ASALA-nı arxadan vurmağa çalışdıqlarını Beyrut radiosunda yayımladı.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra parçalanmalar artdı.

FB_IMG_1553253211462
ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasln rəhbərlik etdiyi məlumdur. Bundan əlavə ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və düşərgədən Harout Aqbaçyanın məsul olduğu bilinir.

FB_IMG_1553253179825

Asala fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə Erməni terrorçulara sərbəst hərəkətinə icazə verilmişdir. Bundan başqa ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə,Fələstin və Kanada da fəaliyyətlərini davam etdirməkdədirlər.

FB_IMG_1553253206368

Bir çox ekspertlər isə yeni bir iddia ilə çıxış ediblər. Ekspertlər ASALA terror təşkilatının bir addım böyüdüyünü və yerlərini başqa bir terrorist qrupa yəni PKK-ya verdiklərini bildirirlər.

Belə ki, ASALA ilə PKK terror təşkilatının əlaqələri hər kəs tərəfindən bilinir. Lakin son dövrlər bayraqlarının yan yana açılması, öldürülən PKK terrorçularının bəzilərinin milliyətcə erməni olduqlarının və işğal edilmiş Azərbaycan torpaqlarında PKK terrorçularının yerləşdirilməsi bu iddiaları doğrulayır.

FB_IMG_1553253214044

Aprel döyüşlərində Talış istiqamətində öldürülənlərin bəzilərinin üzərindən PKK gerillalarına aid geyimlərin aşkarlanması da bu gerçəkliyi bird aha sübut edir. Onu da qeyd edim ki, Aprel döyüşləri zamanı ASALA-nın lideri Vazgen Sislyan və bir neçə terrorçunun əllərində ASALA bayrağı ilə erməni döyüşçülərinin yanlarında olduqlarını göstərmişdilər.

Başqa bir faktda erməni hökumətinin SOROS fondu ilə əlaqəli olmasıdır. Belə ki, SOROS fondu yegənə Ermənistan dövlətidir ki, dövlət səviyyəsində əməkdaşlıq edir.

Ən maraqlı məqam isə ölkələrdə müxalifətlərə dəstək adı ilə pul ayıran bu fond 1997-ci ildən Ermənistanla dövlət səviyyəsində əməkdaşlıq edir. Nəzərə alsaq ki Ter Petrosyanın prezidentliyindən sonra daha 3 dəfə prezident dəyişilib, burada ədalətdən yox bariz ermənipərəstlik mövqeyi tutan bir qrumun varlığını görmüş olarıq.

Bu fondun özünü bitəfər göstərməsinə baxmayaraq əslində məhz Azərbaycan və Ermənistan münaqişəsində ermənilərin yanında olduğunu görmüş olarıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam