Ermənilər İrəvan küçələrinə terrorçu “ASALA” maskalarında çıxdı...- FOTO
İşğalçı ölkə paytaxtında bir neçə erməni küçəyə dünyada, xüsusən türk diplomatlara qarşı onlarla terror hadisəsi törətməkdə tanınan “ASALA” terrorçularının rəmzi maskalarında çıxıb.
Yenixeber.org: Bunu əks etdirən görüntülər sosial şəbəkələrin erməni seqmentində “qürur”la paylaşılıb.
Polis İrəvan küçələrindən birində 1988-1994-cü illərdə Qarabağın işğalında da fəal iştirak etmiş terrorçu “ASALA” maskalarında gəzən iki dığanı saxlayır və guya cərimə yazır.
Bu, əslində türk dünyasına – Türkiyə və Azərbaycana bir mesajdır ki, heç bir koronavirus-filan, heç bir maska ermənilərin əsl terrorçu simasını dəyişməyəcək...
Bu fotoları müxtəlif dillərdə Ermənistanın beynəlxalq terroru dəstəkləməsi faktı kimi bütün dünyaya yaymaq gərəkdir....
Xatırlatma:
"ASALA" (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır.
"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır.
Təşkilat 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb . Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. "ASALA"-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. "ASALA" əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".
"ASALA" 1975-ci ildə qurulmuş, həmin il Paris erməni konfransında "ASALA"-ya yerli qüvvələr qoşulmuşdur. 1981-ci ildə təşkilat zirvə nöqtəsinə çıxmış, ancaq 1983-cü ildə ikiyə bölünmüşdür.
1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və Monte Melkonyandır.
1981-ci ildə bir çox terror hadisələri törədən "ASALA", bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir çox qruplar, Kanadadakı "Azad Hay", İngiltərədəki "Kaytzer" qrupları "ASALA"ya qoşulduqlarını elan etdilər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlamışdı.
İsrailin Beyrutu işğal etməsiylə "ASALA" bu səhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalandı:
Akop Akopyanın qrupu Yunanıstan və Fələstin ərazilərində yerləşmiş qoca, cavan, qadın, uşaq demədən öldürürlər. Ən dəhşətli terror hadisəsəini Fransanın Orli hava limanında həyata keçirmişdirlər.
Təşkilatın Qərbi Avropadaki qrupu isə "Asala İnqilab Hərəkatıdır". Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirirlər. Bu hərəkatın lideri isə Monte Melkonyandır. Onun ölümündən sonra liderləri Ara Torayan olmuşdur.
Akop Akopyan İsrail işğalından sonra "ASALA"-nın Livandakı 3 təlim düşərgəsini itirdiyini, Fələstinli idarəçilərin ASALA-nı arxadan vurmağa çalışdıqlarını Beyrut radiosunda yayımladı.
Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra parçalanmalar artdı.
"ASALA"-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burda PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasln rəhbərlik etdiyi məlumdur. Bundan əlavə "ASALA"-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və düşərgədən Harout Aqbaçyanın məsul olduğu bilinir. (moderator)