Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanda mitinq günü -Müxalifət Paşinyanı devirə bilər?

Ermənistanda mitinq günü:  Müxalifət Paşinyanı devirə bilər?
Ermənistanda İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra daxili siyasi gərginlik getdikcə şiddətlənir. Ölkədə demək olar ki, hər həftə aksiyalar keçirilir, müxalifətə dəstək olan narazı vətəndaşlar iqtidar komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildirirlər.
Yenixeber.org: Ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atan baş nazir Nikol Paşinyan postmüharibə dövründə çətin anlar yaşayır. Qarabağla bağlı üçtərəfli bəyanatın imzalandığı ilk günlərdə İrəvan küçələrinə axışan narazı ermənilər Paşinyanı devirmək üçün yenə meydanlardadır. Lakin onlar hələ də istəklərinə nail ola bilmirlər.

Artıq 10 noyabr bəyanatından 3 ay keçir. Kütləvi etirazlara baxmayaraq, Paşinyan öz postunda qalmağa davam edir, xalqın tələblərini qulaqardına vurur. Müxalifət isə israrla hakimiyyətə yiyələnməyə can atır və bu istiqamətdə bütün resurslarını səfərbər etməkdən çəkinmir. İqtiradın 3 aylıq dirənişindən sonra Ermənistan müxalifəti artıq anlamağa başlayır ki, bütün ölkəni əhatə edən ümumxalq mitinqi olmadan iqtidarı devirmək mümkün olmayacaq.

Ermənistanda narazı kütlə digər məğlub siyasi liderlər kimi Nikol Paşinyanın da öz xoşu ilə gedəcəyini gözləyirdi. Amma gözlənilən olmadı. Müxalif qüvvələr hakimiyyət kürsüsünə yiyələnmək üçün ənənəni etirazlar yolunu seçdilər. Məğlubiyyəti əlində bayraq edən müxalifət "artıq məqamdır" deyib vətəndaşları küçələrə, dövlət binalarını ələ keçirməyə çağırdılar. Xalq isə məğlubiyyətin kütləvi stressindən hələ çıxmayıb, sadə vətəndaşlar iqtidarın repressiv təzyiqlərindən ehtiyat edərək gözləmə mövqeyinə üstünlük verirlər. Bu məqamda inqilab yolu ilə hakimiyyəti devirmək planları bir o qədər real görünmür. Hazırkı şəraiti nəzərə alan müxalif qüvvələr yalnız müəyyən fasilələrlə mitinqlər keçirməyi qərarlaşdırır.



Bu vaxtadək “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyanın çağırışı ilə Ermənistanın paytaxtında bir neçə dəfə "təcili mitinq" keçirildi. "Vətənin xilası" hərəkatının baş nazir vəzifəsinə namizəd olan Vazgen Manukyan belə xalqın hələ də inqilab əhvalında olmamasından gileyləndi. Azadlıq meydanı müxalifətin qərargahı elan edilsə də, bura proqnozlaşdırıldığı kimi onları dəstəkləyəcək yüz minlərlə adam toplanmadı. İndi isə, müxalifət yenidən kütləvi aksiyalarla bağlı çağırışlar edir. “Vətənin xilası” hərəkatı fevralın 20-də Azadlıq meydanında ümumrespublika mitinqi təyin edib. Bu "təcili mitinq"in başlıca məqsədi son vaxtlar sosial şəbəkələrin erməni seqmentində "məxfi sənəd" haqqında məlumat kontekstində müxalifətin gələcək fəaliyyətini əlaqələndirməkdir.

Qeyd edək ki, naməlum mənbələrdən yayılan "məxfi sənədlərdə" Ermənistan rəhbərliyinin Sünik bölgəsində Azərbaycana ərazi güzəştləri vədindən bəhs edilir.



Mitinq öncəsi Sarkisyanın “zühur”u təsadüfi deyil

Maraqlıdır, belə bir qarışıq dövrdə Ermənistanın eks-prezidenti Serj Sarkisyan uzun müddətlik fasilədən sonra siyasi meydana atıldı. O, bir neçə gün öncə geniş müsahibə ilə gündəmə gələrək özünü əsl "qəhrəman", iqtidarı isə xəyanətkar, səbatsız komanda kimi təqdim etdi. Ermənistanda ölkənin üçüncü prezidenti olmuş Qarabağ klanının əsas fiqurunun məqsədli şəkildə çoxşaxəli açıqlamalarla peyda olduğunu düşünürlər. İddia olunur ki, Sarkisyan 20 fevral ümumrespublika mitinqinə daha çox vətəndaş toplanması üçün ortaya çıxıb ifşaedici fikirlər səsləndirdi.

Erməni politoloq Andrias Qukasyan eks-prezident Serj Sarkisyanın yerli KİV-ə verdiyi müsahibəsini tənqid edərək bildirib ki, onun “zühuru” yeni planlaşdırılan mitinqə dəstək xarakteri daşıyır.

“Sarkisyan hansı məqsədlə müsahibə verdi? 20 fevralda məşhur müxalifət üçlüyü liderləri Vazgen Manukyanla birlikdə etiraz aksiyaları keçirməyi və dövlət binalarını zəbt etməyi düşünürlər. Yəqin ki, məsələ bu cənabların ayın 20-də etməyi planlaşdırdıqları qətiyyətli hərəkətlərdədir. Bu müsahibə vətəndaşlarımızı ən azı aksiyalara sədaqət göstərməyə sövq etmək, mitinqlərə siyasi dəstək yaratmaq məqsədi daşıyır. Buna görə də Serj Sarkisyan indi belə bir müsahibə verərək ortaya çıxdı. O, 20 fevral etirazlarını dövlət çevrilişinə çevirmək üçün zəmin hazırlayır”,- deyə erməni politoloq son günlərin gündəmi olan məsələləri şərh edərkən bildirib.

Bir tərəfdə müvəqqəti baş nazir olacaq potensial namizəd kimi göstərilən Vazgen Manukyan, digər tərəfdə Qarabağ klanının nüfuzdan düşmüş cəllad lideri Serj Sarkisyanın çıxışlarını, aktivləşməsini müqayisə edəndə ölkədə vəziyyətin həqiqətən gərgin olduğu demək olar. Xalqın iqtisadi-sosial fəlakətin yaratdığı burulğanda çabaladığı bir vaxtda daxili siyasi gərginlik də bir tərəfdən artır. İnsanları meydanlara, xaosa, dövlət binalarının zəbtinə, hakimiyyətin devrilməsinə çağıran müxalif qüvvələr ölkədə yeni qarşıdurmaların yaradılmasında maraqlı olduğunu aşkar şəkildə göstərirlər.



Manukyanın tərəfdarları kimi Sarkisyanı dəstəkləyənlər da ümidvardırlar ki, sosial problemlərdən boğaza yığılan erməni xalqı 20 fevral mitinqindən sonra Sünik məsələsini əldə bəhanə tutaraq ölkə rəhbəri Nikol Paşinyana qarşı kütləvi etirazlara qoşulacaqlar. Amma məğlub ölkənin müxalifət düşərgəsinin ən böyük problemi budur ki, onlar Paşinyan hakimiyyətinə qarşı narazı siyasi qüvvələrin vahid cəbhədə birləşməsi prosesini başlada bilmirlər. İkinci böyük problem isə, əvvəllər müharibəni əyləncə kimi görən və ordularını məğlubedilməz təsəvvür edən erməni cəmiyyəti sarsıdıcı məğlubiyyətdən sonra kütləvi stress keçirir, insanlar aktiv şəkildə siyasi proseslərə qoşulmaqda maraqlı deyillər. Digər tərəfdən minlərlə itki verən, hələ də ölü sayı gizlədilən işğalçı ölkənin sadə vətəndaşları artıq anlamağa başlayırlar ki, Qarabağ problemi Ermənistanda olan bütün hakimiyyətlər və siyasi qüvvələr üçün hər zaman siyasi oyun mənbəyi olub. İndiki halda Qarabağı, yaxud da hansısa sərhədi, digər siyasi məsələləri əlində bayraq edib, kütləvi aksiyalara çağıran qüvvələr öz məqsədlərinə çatdıqdan sonra xalqa Paşinyan və Sarkisyan kimi üstdən aşağı baxacaqlar. Hakimiyyətlərin dəyişməsi siyasi məsələlərə yanaşmada formanı dəyişsə də, məzmun və mahiyyəti dəyişməyəcək. Ona görə də ölkədə yaranmış ictimai-siyasi gərginliyin fonunda hansısa inqilabın, mitinqlərlə çevrilişin baş tutacağı hələlik real görünmür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam