Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Ermənilərin Qazax təxribatının pərdəarxası: -“Paşinyana qarşı plan hazırlanıb” – Politoloq

“Ermənistanın Qazax istiqamətində atəşkəsi pozması ciddi bir təxribatdır və məqsəd işğal altında olan yeddi kəndi Azərbaycana verməməkdir. Qeyd edim ki, Nikol Pasiyan dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası prosesində praqmatik bir siyasət ortaya qoyur. Zəngəzur və Kəlbəcərdə demək olar ki, sərhədlər müəyən edilib”.

Yenixeber.org: Bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, atəşkəsin pozulması ilk növbədə Nikol Paşinyana qarşı siyasi təxribatın tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin qarşısının alınmasına yönəlib:

“Qeyd edim ki, Qazaxın 7 kəndinin qaytarılması gündəmdədir və bu kəndlər strateji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyindən ordu rəhbərliyi bu kəndlərin verilməsində maraqlı deyil. Bundan əlavə, Ermənistan ordusunda Paşinyanın sərhəd məsələlərində tutduğu mövqeyə kəskin etiraz var. Hazırda Ermənistan ordusunun Azərbaycana qarşı hər hansı bir müharibə etmək gücü yoxdur”.

M.Əsədullzadənin fikrincə, baş verənləri Ermənistan daxilində siyasi proseslərin gərginliyindən qaynaqlanır:

“Çalışırlar ki, Azərbaycan Ermənistan ordusuna həmin istiqamətdə zərbə vuraraq bu ölkənin ərazisinə daxil olsun və xalq ayağa qalxaraq Paşinyanı devirsin. Təbii ki, Azərbaycan sərhəd qoşunları düşmənə layiqli cavab verib. Bundan sonrada bu kimi təxribatlar mümkündür. Nikol Paşinyan vəziyyətin gərginləşdiyini görərsə, ordu içində növbəti təmizləməyə gedəcək. Ermənistan elə bir vəziyyətdədir ki, nə əhali, nə də hakimiyyət müharibədə qəti maraqlı deyil. Növbəti muharibə Ermənistan dövlətçiliyinin məhvi olar”.    /Cebhe.info/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam