Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Biz etməyəcəyiksə, Ermənistan edəcək" - Yoxsa, Lavrov belə açıqlama verməzdi...

 

“Azərbaycan işğala məruz qalan tərəf olduğuna görə müdafiəyə deyil, hücuma üstünlük verməlidir”.

Yenixeber.org: Politoloq Məhəmməd Əsədullazadə Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə mobil çevik dəstələr yaratmasına münasibət bildirib.

Politoloq hesab edir ki, Azərbaycan tərəfinin atəşkəsə riayət etməsi erməni tərəfinin əl-qolunu açıb:

“Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə yaratdığı mobil çevik dəstələri zərbə dəstələridi. Məqsəd, Azərbaycan tərəfinə mütəmadi təxribatlar törətməkdir. Nikol Paşinyan və müdafiə naziri David Tonoyan dəfələrlə belə bir qrupun yaradılacağının anonsunu vermişdilər”.

Politoloq qeyd edib ki, ermənilər hazırda cəbhə xəttində Ermənistan müdafiə istehkamlarını möhkəmləndirib, danışıqlarda heç bir güzəştə gedilməyəcəyini qeyd edirlər:

“Onlar ərazilərdə məskunlaşmanı sürətlə aparırlar. Nikol Paşinyan BMT-nin ali kürsüsündən artıq danışıqlarda maraqlı olmadıqlarını vurğuladı. Bununla da danışıqları tormozladı. Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışıqlarda heç bir irəliləyişin olmadığını qeyd etdi. Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə münaqişəni müzakirə edəcək. Bu görüş ərəfəsində Lavrov Paşinynanın məlum Qarabağ açıqlamasına qarşı olduğunu vurğulamaqla, bir növ İlham Əliyevlə Putinin müəyyən bir razılaşma əldə edə biləcəyi mesajını verdi. Yoxsa, həmin açıqlamanı Lavrov verməzdi”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi Moskva ilə bu kimi diplomatik danışıqları sıxlaşdırmalıdır:

“Bununla paralel cəbhədə işğalçılara zərbələr endirilməlidir. Ermənistanın cəbhənin müdafiə xəttinə yaxın ərazilərdə bütün hərbi infrastrukturu dağıdılmalıdır. Biz etməyəcəyiksə, Ermənistan edəcək. Nikol Paşinyan daxildə özünə qarşı mümkün etirazları cəbhə xəttinə yönəltməklə vəziyyətə nəzarət etməyə çalışacaq. Cəbhə boyu vəziyyət mürəkkəbdir. Heç bir irəliləyiş danışıqlarda əldə olunmur. Atəşkəsin davam etməsi isə əleyhimizə işləyir. Bir tərəfdən Xankəndindəki separatçılarla Paşinyan arasında problemlər, ümumi situasiyanı da gərgin edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam