“Donald Tramp KGB-nin 40 illik agentidir” –ŞOK İDDİA
ABŞ-ın sabiq prezidenti Donald Tramp 40 il əvvəl KGB tərəfindən əməkdaşlığa cəlb olunub və ona xüsusi təlim keçilib.
Yenixeber.org: Böyük Britaniyanın dünyaca məşhur “The Guardian” qəzeti xəbər verir ki, bu iddianı KGB-nin keçmiş casusu Yuri Şvitz (Schwitz) irəli sürüb.
Məlumata görə, ABŞ jurnalisti Kreiq Anqer (Craig Unger) qələmə aldığı "Amerikan Kompromatı: KQB Donald Trampı necə yetişdirdi?” adlı kitabında Yuri Şvitzin iddialarına yer verilib.
Şvitz iddialarında Trampın bir çox cəhətdən KGB üçün “ideal hədəf” olduğunu bildirib: "Eqosu və narsisizmi onu əməkdaşlığa cəlb etmək üçün təbii bir hədəf halına gətirdi,"-deyən sovet kəşfiyyatının keçmiş agenti Yuri Şvitz Trampın 1977-ci ildə ilk həyat yoldaşı Çexiyalı model İvana ilə evlənəndə Çexoslovakiya kəşfiyyat xidmətinin diqqətini cəlb etdiyini bildirib. İddiaya görə, Çexoslovakiya kəşfiyyat xidməti daha sonra KGB ilə birlikdə Trampı casusluq əməliyyatının hədəfinə çeviriblər.
Şvitzin fikrincə, hələ 40 il bundan əvvəl sovet kəşfiyyatı Trampın “intellektual və psixoloji cəhətdən çox zəif və yaltaqlığa meylli olmasını” kəşf etmiş və bu yumşaq damarından yararlamağa başlamışlar: “Özlərini ona heyran olmuş kimi göstərdilər və onu bir gün Amerika Birləşmiş Ştatlarının prezidentliyə ən uyğun adam olduğuna inandırdılar,"- keçmiş sovet casusu belə deyib.
İddia sahibi Yuri Şvitz 1980-ci illərdə Rusiyanın TASS xəbər agentliyinin Vaşinqton müxbiri kimi çalışıb, 1993-cü ildə isə daimi olaraq ABŞ-a köçərək Amerika vətəndaşlığı alıb.
Bizim əlavəsmiz
Maraqlıdır ki, Donald Trampın 28 il əvvəl boşandığı ilk xanımı İnava 2017-ci ildə “CBS News”-ə verdiyi müsahibəsində jurnalistin sualını cavablandırarkən “Mən olmasaydım, Tramp indiki adam ola bilməzdi”,- demişdi. Sabiq KGB casusu Yuri Şvitzin irəli sürdüyü iddialar fonunda İvananın bu açıqlaması xeyli manidar görünür. Bəlkə də rus kəşfiyyat orqanları Trampa keçmiş həyat yoldaşının dili ilə gizli bir həqiqəti çatdırmaq istəyib. Yaxud da rəqibləri qəsdən bu cür fon yaradaraq Trampı gələcəkdə ləkələmək üçün növbəti dəlil əldə ediblər. Hansı versiyanın həqiqəti əks etdirməsindən asılı olmayaraq, Donald Tramp yaxın zamanlarda rus agenti kimi ittihama məruz qala bilər. Nədən ki, onun mövcudluğu və siyasi fəaliyyəti ABŞ-da nə Demokratlara, nə də yeni partiya yaratmaq məqsədilə elektoratının böyük hissəsini öz ətrafına çəkə biləcəyi Respublikaçılara sərf edir.(ovqat.com)